adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
27 Aprel 2015 16:15
1041
SİYASƏT
A- A+

İlham Əliyev Nazarbayevi təbrik etdi

Bu gün prezident İlham Əliyev Qazaxıstan Prezidenti Nursultan Nazarbayevə telefonla zəng edib. 


Adalet.az AzərTac-a istinadən xəbər verir ki, dövlət başçısı Nursultan Nazarbayevi prezident seçkilərində inamlı qələbəsi münasibətilə təbrik edib, ona ali dövləti fəaliyyətində yeni-yeni uğurlar, möhkəm cansağlığı arzulayıb.

Qazaxıstan Prezidenti göstərilən diqqətə və təbriklərinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Dövlət başçıları Azərbaycan ilə Qazaxıstan arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da bütün sahələrdə uğurla inkişaf edəcəyinə əmin olduqlarını bildiriblər.