adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
27 Aprel 2015 16:03
1094
SİYASƏT
A- A+

Milli Şuradan Razi Nurullayevə ittiham

Milli Şuranın sessiyası keçirilib. Sessiyada keçmiş AXCP sədrinin müavini Razi Nurullayevlə yanaşı, qurumda fəaliyyətini dayandıran KXCP sədri Mirmahmud Mirəlioğlu və partiyanın bəzi üzvləri qurumdan çıxarılması yönündə qərar qəbul olunub. 
 
Milli Şuranın üzvü Eldəniz Quliyev Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sabiq müavini Razi Nurullayevin Milli Şuradan kənarlaşdırılmasına münasibət bildirib: "Razi Nurullayev Milli Şuranın sessiyalarına 3 dəfə qatılmadığına görə, Nizamnaməyə uyğun olaraq qurumdan çıxarılıb. Həm də AXCP-dən çıxarılandan sonra Razi Nurullayevin açıqlamaları ziyanlı, qeyri-səmimi və qeyri-demokratik oldu. Bütün bunlar nəzərə alınaraq, yekdilliklə onun qurumdan çıxarılması haqqında qərar qəbul edildi”.

O, R.Nurullayevin qurumdan kənarlaşdırılmasını onun "bir ayağının iqtidarda, bir ayağının müxalifətdə olması" ilə izah edib.