adalet.az header logo
  • Bakı 20°C
27 Aprel 2015 15:24
980
SİYASƏT
A- A+

Vurğun Əyyubun namizədliyi irəli sürüldü

Müsavat Partiyasının Suraxanı rayon təşkilatı yenidən partiya məclisinin sabiq üzvü Vurğun Əyyubun deputatlığa namizədliyini irəli sürüb. 

Partiyanın Suraxanı rayon təşkilatının sədri Rövşən Dəmirlinin verdiyi məlumata görə, 26 aprel  saat 17:00-da  rayonun şura iclası keçirilib. İclasda Vurğun Əyyubun da deputatlığa namizədlik məsələsi müzakirə olunub. Müzakirələrin sonunda şura tərəfindən V.Əyyubun namizədliyi 30 saylı Suraxanı birinci seçki dairəsindən irəli sürülüb.

Qeyd edək ki, V.Əyyubun deputatlığa namizədliyi daha öncə də Suraxanı rayon təşkilatı tərəfindən irəli sürülsə də, bu qərar partiyanın Mərkəzi Nəzarət-təftiş Komissiyası tərəfindən ləğv edilmişdi.