adalet.az header logo
  • Bakı 18°C
27 Aprel 2015 15:19
1308
DÜNYA
A- A+

Ukraynadan Putinə sanksiya

Ukrayna Ali Radasının spikeri Vladimir Qroysman Vladimir Putin də daxil olmaqla, 35 rusiyalı məmurdan ibarət sanksiya siyahısını təsdiqləyib.  Ali Radanın qərarı tövsiyə xarakteri daşıyır və Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Komitəsi tərərfindən təsdiqlənməlidir. Sanksiya siyahısı Ali Radanın deputatı və hazırda Rusiya həbsxanasında saxlanılan təyyarə pilotu Nadejda Savçenkonun qanunsuz həbsində məsuliyyəti olan şəxslərdən ibarətdir. Siyahıda Rusiya prezidenti Vladimir Putin, Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov, Rusiya Prezident Administrasiyası rəhbərinin 1-ci müavini Vyaçeslav Volodin, Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin, komitəsinin rəsmi nümayəndəsi Vladimir Markin və prezidentin köməkçisi Vladislav Surkovdan və s.daxildir. Personal sanksiyalar Luqansk separatçılarının lideri İqor Plotnistkiyə, Rusiya Dumasının deputatı Aleksey Puşkova və spiker Serhey Narışkinə də şamil ediləcək. Amma həmin sanksiya və məhdudiyyətlərin nədən ibarət olması barədə Ukrayna tərəfi açıqlama vermir.