adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
27 Aprel 2015 14:22
4463
MARAQLI
A- A+

Şahzadəyə imtina edən aktrisanın nağılı...

Adətən, bütün qızlar şahzadə arzulayarlar. Hətta ona çatmaq üçün yüzlərlə qurbağaya da göz yummalı olurlar. Kimi istəyinə çatır, kimisə yox – hər halda bu başqa nağıldır. Bu günün maraqlı nağılı isə şahzadəyə imtina etməyi bacaran prinsipli qız barədədir. Belə ki, amerikalı gözəl aktrisa Cennifer Lourens şahzadənin cazibəsi və sərvəti qarşısında əriməyib. Özü də hansısa "ağ atlı şahzadə" yox, ağ limuzinli, ağ yaxtalı, ağ təyyarəli real şahzadə - Böyük Britaniya krallığının vəliəhdi şahzadə Harrinin təklifini rədd edib. Son vaxtlarda nüfuzlu "Oskar” mükafatı almaqla daha da populyarlaşan Lourens əkc cinsin diqqət mərkəzindən düşmür. Hələ əks cins sırasına şahzadə başçılıq edincə, nağıl daha kəskin süjet alır. Elə "Oskar”ın təqdimetmə mərasimində aktrisanı "qaralayan” şahzadə bu günlərdə onu Kensintonq sarayında romantik şam yeməyinə dəvət edib. Amma gözəl aktrisa bu təklifə rədd cavabı verib.

Şərhçilər (və ya dedi-qoduçular) bunu belə dəyərləndirirlər ki, qız ya "məzənnə”sini bir az da artırır, ya da sevgilisinə sadiqdir. Yeri gəlmişkən o, özü kimi məşhur aktrisa olan Qvinet Peltrounun əri, "Coldplay” qrupunun solisti Kris Martinlə görüşür. Hətta kişini həyat yoldaşından ayırmağı da bacarıb. Bir həftədir ki, Kris Peltroudan boşanıb.

Beləcə, göydən üç seçim düşür: biri şahzadə ilə müvəqqəti flirt, biri kralsayağı piar, digəri isə xoşbəxt evlilik...