adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
27 Aprel 2015 13:34
4540
MARAQLI
A- A+

Böyük Britaniya kraliçası kasıblayıb

Böyük Britaniyanın kraliçası II Elizabet krallığın ən varlı adamları siyahısına bu il düşə bilməyib. Adalet.az The Sunday Times qəzetinə istinadən xəbər verir ki, 300 ən zəngin adamların siyahısında kraliça 302-ci olduğu üçün kənarda qalıb.  

Qeyd edək ki, hər il hazırlanan siyahıya kraliça 1989-cu ildən düşürdü. Müstəqil ekspertlər onun varidatını 170 milyon dollar həcmində qiymətləndirirlər. Bundan başqa, II Elizabetin sərvəti sırasında dünyanın dahi rəssamlarının orijinal əl işləri və digər incəsənət əşyaları da yer alır.

Ən varlılar siyahısına isə Warner Music şirkətinin sahibi Leonid Blavatnik başçılıq edir. Onun 20 milyard dollarlıq sərvəti var.