adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
25 Aprel 2015 18:59
2456
MƏMLƏKƏT
A- A+

Metroda problem: qatarlar yarım saat hərəkətsiz qaldı

"Bakı Metropoliteni" faktı təsdiqlədi

Metronun 20 Yanvar stansiyasında qatarların hər iki istiqamət üzrə (Dərnəgül və Həzi Aslanov) hərəkəti dayandırılıb. Sərnişinlərin verdiyi məlumata görə, nəticədə qatarlarda olan sərnişinlər boşaldılıb. "Bakı Metropoliteni” QSC-nin şöbəsi rəisi Nəsimi Paşayev bildirib ki, Həzi Aslanov stansiyasından Dərnəgül istiqamətində hərəkət edən 32 saylı qatarda nasazlıq yaranıb: "Köməkçi qatar vasitəsilə nasaz qatar xətdən çıxarılıb. Buna görə də arxadakı qatarlar gözləmək məcburiyyətində qalıb. Xətlərdə artıq hərəkət bərpa olunub”.

Qeyd edək ki, qatarların hərəkətində yarım saata yaxın (30 dəqiqə ) fasilə yaranıb.

lent.az