BİR DÜNYALIQ GÖZƏLLİK

ƏBÜLFƏT MƏDƏTOĞLU
62076 | 2015-04-24 17:03

Bura Cənnət də deyirlər

Dağın başında, necə deyərlər, buludların bir əl məsafəsində olduğu nöqtədədayanıb dörd tərəfə baxıram. İnanın, o yerdə dayanıb siz də ətrafa baxmasanız, söylədikləriməmütləq şübhə edəcəksiniz. Amma burda şübhəli heç bir əl yeri yoxdu. Çünki dörd tərəfdətamam fərqli bir panorama açılıb. Bir tərəf aypara şəkilli, yəni qövsvari bir məkandaqar qalağı elə parıldayır ki, işığı adamın gözlərini qamaşdırır. İkinci tərəfdəqaya silsilələridi. Bilmirəm onları gün yandırıb, yoxsa şaxta qorxudub, hər nədisəbu sərt qayalar qapqara və həm də zəhmlidi. Öz-özümə fikirləşirəm ki, heç kəs cürətedib yəqin ki, o qayalara dırmanmaz. Amma həmin andaca yanıldığımı sanki təbiətözü mənə göstərir və deyir buyur, bax:

- Qayaların arasından qartal qanadlanır… Qanadların şaqqıltısını rahateşitmək mümkündü. Gəldiyim istiqamətə baxıram… Bir vadi uzanır… Çay  ilan kimi qıvrıla-qıvrıla axıb gedir… Ağaclarboy-boya verib… Meşə mənzərəsi adamın ruhunu oxşayır... Elə istəyirəm ki, bu durduğumnöqtədən üzü aşağı yüyürüm, qaçım, özümü çatdırım o qıvrılan çaya. Amma buna dacürət gərəkdi. Çünki eniş o qədər sərtdi ki, ayağın büdrəsə və yaxud nəyəsə ilişsə,artıq heç kimi səsləməyə ehtiyac yoxdu. Ən yaxşı halda ya xilasedicilərə zəng vurmalıdılar,ya da mollaya. Odur ki, həmin fikrimdən vaz keçirəm. Sadəcə seyr etməyə, gördüklərimigöz yaddaşıma, ürəyimin səhifələrinə yazmağa çalışıram. Axı, sabah nə olacaq, nələrbaş verəcək, ondan xəbərsizəm. Üstəlik, yolum bura düşəcək, ya düşməyəcək, bax,onu da deyə bilmərəm.

Bütün bu fikirlərin içərisində, bütün bu gözəllikləri yaşaya-yaşaya özümdənasılı olmadan içim sıxılır… ürəyim elə bil caynaqlarla dəlik-dəlik olur. Hiss edirəmki, kirpiklərimin ucu nəmdi. Bu həm içimdəki ağrıdan, sıxıntıdandı, həm də təbiətimdənqaynaqlanan gözəlliyə aşiqliyimdən…

Sıxılan ürəyim bir müqayisə aparırdı mənə demədən. Düşmən əlində olandağları, dərələri, çayları əriyirdi içimdə. Amma  nə qədər edirdisə də bu ələk heç nəyi özündə saxlayabilmirdi - bircə ağrılardan başqa, həsrətdən başqa. Mən indiki halda özümdən başqakimsəni qınaya bilmərəm. Çünki hər kimi qınasam üzümə qayıdıb deyəcək ki:

- Dəlisi olduğun o dağlarda, o dərələrdə, o çayların sahilində ölüb qalaydın.Niyə ölüb qalmadın?

Bəli, haqlı və yerində verilən sual. Mən bu sualın cavabını demək olarki, hər gün fikirləşirəm, hər gün də nəsə tapıram. Amma cavab məni qane etmir. Əgərməni qane etmirsə, onda gör sualı verənlər bu cavaba nə qədər qulp qoya bilərlər.Şəxsən mən təxmin edirəm bütün bunları.Onlar haqlıdır. Hətta yapışdırdıqları qulpla birlikdə haqlıdırlar. Gerçək olan odurki, o dağlar, o çaylar məndən uzaqdadı və mən də ancaq xəyallarla, xatirələrlə onlarayaxınlaşıb onların həsrətinə köks ötürməklə su səpmək istəyirəm. Bu, odu söndürməküçün səpilən su deyil… Bu, həsrətin sozalmasının, vağanımasının qarşısını almaqüçün səpilən sudu. Nə isə…

Hə, çiynimə kimsə toxunur.Dönüb baxıram. Əhməd bəydi. Qayğılı-qayğılı deyir:

- Abi, deyəsən bura gəlməyimizürəyincə olmadı, üzdü səni. Bir sıxıntın varsa, dərhal gedək burdan?..

Gülümsəməyə çalışıram. Dostumun mənim kədərimlə yüklənməsini istəmirəm. Ammaiçimi ondan gizlətmək də mənə çətin olur. Bir halda ki, dostuq, qardaşıq, niyə gizlədimiçimi? Odur ki zor gücünə gülümsədiyim həmin o məqamda bir etiraf edirəm:

- Yox, abi, sıxıntım yoxdu. Sadəcə ağrılarım qanadı… Onlarelə ağrılardı ki, yara səddini çoxdan keçiblər. Ona məlhəm, sarğı heç bir əlac edəbilməz…

Əhməd abi nə dediyimi anlayır və əlini çiynimə qoyub:

- Allah böyükdü, abi. Böyük Allah da türkü heç vaxt darda qoymayıb. Mütləqsəninlə birlikdə mən də gedəcəm o dağlara. Sən də məni qonaq aparıb gəzdirəcəksənŞuşada, Laçında. Ümidsiz olmayaq!

Bəli, bu sözlərdən sonra elə bil nəfəsim genəldi. Qeyri-ixtiyari dostumuqucaqlayıram. O da məni özünə sıxır. Bəlkə də qıraqdan bizi izləyən olsa elə bilərki, ya  sərxoşuq, ya da ilk dəfə görüşürk.Amma bu məqamda mütləq etiraf etməliyəm ki, mən o dayandığım nöqtədə dərddən sərxoşolmuşdum…

Üzü aşağı, getdiyimiz yolla  geri qayıdırıq.Bir də görürəm ki, əlimi dəftər-qələmə uzatmışam. Elə maşındaca  bütün bu yaşadıqlarımın kiçik bir anını şeirəçevirməyə çalışıram.

 

Öncə yüksəklik

sonra

bu yüksəklik qədər

eniş –

haldan-hala

saldı  məni…

özümdən

uzaqlaşmaq

və zorən

özünə dönüş

bir əliylə

bağışlayıb

bir əliylə aldı məni –

qan təzyiqinin əlindən

və onda

anladım ki,

insan

həmişə

bir iynə ucu

məsafədə

dayanır ölümdən!..

 

*** 

Ziqana dağından üzü aşağı gəlirik. Bu gözəl, amma ilk dəfə gördüyüm mənzərəninməndə yaratdığı ovqatın hər anı  ayrıca biryazıdı. Çünki tez-tez maşını saxladıb düşüb baxdığım ağac da, bulaq da, şəlalə də,şəkillərini lentə köçürdüyüm zirvələr də, abidələr də, bir sözlə, hətta yol kənarındakiçik alış-verişlə məşğul olan insanların təbəssümləri də adamda az qala 360 dərəcədəyişikliklər edir. Hərəsi bir ovqat, hərəsi bir yazı, hərəsi bir xatirə və bütövlükdəyaşanan ömür… Üzü aşağı gələ-gələ mən bunların içərisindən keçirəm. Bu arada Əhmədbəy maşını saxlayır. Yolun kənarında bir istirahət guşəsi var. Pilləvari tikilmişvə az qala bir-birinə söykənən, özü də ağacdan, yəni taxtadan ibarət olan bu evlərmüsafirlər üçündü. Orda gecələmək də, orda günü axşam da etmək olar. Həmin evləriniçərisində müsafirə gərəkli olan hər bir şərait yaradılıb. Üstəlik, uşaqların əylənməsiüçün də oyun meydançası nəzərdən qaçırılmayıb. Təbii ki, mənim burada qalmaq niyyətimyoxdu. Sadəcə, dostum öncəki söhbətlərindən belə durumlarla maraqlı olduğumu bilibmaşını saxlamışdı. Düşüb bir xeyli gəzdik. Orda xidmət edənlərlə  həmsöhbət olduq, qiymətlərlə maraqlanlıq. Həttaşəkillər çəkdirməyi də unutmadıq. Maşına əyləşəndə Əhməd bəy dedi ki, kəndə gedibbalıq yeməsək, bugünkü gəzintimizin heç bir ləzzəti olmayacaq. Mən onun bu zarafatınınyozumunu bilirdim. Belə ki, Əhməd bəy ilk gündən demişdi ki, siz Bakıda daha çoxkabab yeməyə üstünlük verirsiniz. Mən isə burada sizə daha çox balıq yedizdirəcəm,özü də çay balığı. Və dediyini də həyata keçirirdi. Bu dəfə də dediyini etdi. Bizşəhərə gedən baş yoldan ayrılan daha rahat bir yola çıxırıq. Yol bizi İbrahim hocanın kəndinə aparır…

Yol həqiqətən rahatdı. Həttabizim bir çox rayonlarımızın baş yolundan da belə… Özü də adama daha çox Şuşanınyollarını xatırladır. Bəzi yerlərdə  maşınaz qala qarşıdan gələnə problem yaratmamaq üçün qayaya sürtünərək keçir. Bir neçəyerdə uçqun olduğunu rahatca görmək mümkündü. İbrahim hocanın üzünə baxıram. Nədediyimi anlayır. Sual verməyimi gözləmir:

- Bu dağlarda tez-tez uçqunlarolur. Ona görə də yolboyu həmino təhlükəli zonalarda xəbərdarlıq nişanları qoyulub. Maşını asta sürmək, ehtiyatlıhərəkət etmək barədə yazılar böyük plakatlarda, özü də işıqlandırma sistemi ilə hər kəsin  diqqətinə çatdırılır. Bir də ki, dağlarda yaşayanlarhər şeyə hazır olmalıdı – selə də, uçquna da. Biz də buna hazırıq…

Öz-özümə fikirləşirəm ki,biz də də belə kəndlər, belə yerlər var. Hətta sürüşmə zonalarımız var. Buna baxmayaraq,biz orada yaşayırıq…

Bəli, kənd demək olar ki,lap dərənin dibində, vadinin düz ortasındadı. Dörd tərəf dağlar, meşələr və ortadanaxıb gedən bir çay. Mənə elə gəldi ki, bu kəndə günəş işığı ancaq  günorta zamanı düşə bilər. Çünki dağlar kəndinüstünə tərəf sanki əyilmişdi. Həyətlərdlə çay kolları, meyvə ağacları - daha çoxfındıq, alma diqqəti çəkirdi.  Gül kələmlərinsırası məni cənub bölgəmizə boylanmağa məcbur etdi. Hə, bütün bu oxşarlığın ən gözəlməqamı isə dağ çayının həyətindən axıb keçən yurd sahibinin qurduğu şərait idi.Düz çayın üstündə bir neçə balaca hovuz və çayın suyunun böyük bir hissəsinin həminhovuzlara yönəldilməsi, burada bəslənən balıqlar adama saatlarla oturub mənzərəniseyr etməyi və ləzzət almağı diqtə edirdi. Nə qədər balığa, çaya laqeyd olsan da,bu mənzərəni görəndə özünü saxlaya bilməzsən. Mütləq yaxınlaşıb gözünü balıqlarazilləyəcəksən, mütləq çayın səsinə qulaq asacaqsan və mütləq də elə o çayın üstündəqaynayan samovardan çay içəcəksən. Sonra da ki, qızardılmış balıq və daha nələr…

 

Düşdüm arasına bu məmləkətdə

Ulduz adamların, Ay adamların…

İşığı bürüdü məni hər yerdə–

Ulduz adamların, Ay adamların…

 

Heyrətlə seyr etdim gördümki, burda

Dənizdə yatırmış oyanangünəş!

Yuyunub qalxırmış yatdığısuda –

Özü öz nuruna boyanan Günəş!..

 

Adamlar Ulduz, Ay, adamlar işıq

Hər kəsin dilindən sevgi ələnir!

Burda, Trabzonda mənim tək aşiq –

Olanın ürəyi nura bələnir…

 

***

 

Artıq hava qaralır. Kəndin işıqları yanmağa başlayır. Biz qonağı olduğumuzçayın, balığın, hətta buğlanan samovarın və bir də qarşımıza gətirilən çörəyin sahibinə,əziyyətini çəkənə dərin təşəkkürümüzü bildirib maşına əyləşirik. Artıq şəhərə qayıtmağın vaxtıdı. İndi maşınımız dərənindibindən təkrar üzü dağa dırmanır. Mənə elə gəlir ki, biz getdikcə qatılaşan qaranlığındibindən üzü işığa tərəf qalxırıq. Hər dolamanı ötüb keçəndən sonra o işıq bir azda artır. Lap sonuncu dolamada dayanıb arxada qalan o mənzərəni təkrar lentə köçürürük,bir xatirə olsun deyə. Amma burda sükutu pozan bir məqam məni, eləcə də bütün yol yoldaşlarımı heyrətə bürümüşdü. Ətrafda azan səsi hakimidi. Bütün kəndlərin məscidlərində azan oxunurdu. O səsin təsiri şəxsən məni yenidənüzü Qarabağa çəkirdi. Yadıma şair dostlarımdan birinin Şuşada oxunacaq azanla bağlımisraları düşür. Görünür, o misraları burada xatırlamağım da bir hökmün, bir ilahigücün diqtəsidi!

Bəli, gəlib şəhərə çatırıq.Şəhərin ən yüksək nöqtəsindən üzü aşağı enməliyik. Buradakı məscidin yanından İbrahimhoca bizdən ayırılır. O, məscidə tələsir. Bu, Universitet məhəlləsidi. Biz isə 10 nömrəliKarayolları istiqamətinə gedəcəyik. Müsafirxanamızorada yerləşir… Otağa daxil olan kimi 3-cü mərtəbənin dənizə baxan pəncərəsini açıram.Qara dənizin mehi  otağa dolur. Sanki dənizmənə bu misraları pıçıldayır:

 

Dan üzünün adamıyam

Açım səhərin qapısın…

Silib kirpiyimin şehin –

Çırpım qəhərin qapısın!..

 

Ulduzlar köçün çəkməmiş

Soyunum gecə dəstini…

Ayın gözlərindən öpüm -

Duymadan kimsə qəsdimi…

 

Ləpələrin qırışında

Misralayıb fikir biçim!..

Dan üzünün adamıyam -

Süz ver, bir az işıq içim!..

 

İndi isə buradanayrılırıq.Gözləsəniz, daha doğrusu, gələ bilsəm, yaza bilsəm növbəti şənbədə görüşərik.

 

 

TƏQVİM / ARXİV