adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
24 Aprel 2015 15:19
5231
SİYASƏT
A- A+

Partiya gənclərindən Avropa Oyunlarına dəstək

Ana Vətən Partiyasının gənc üzvləri Bakıda keçiriləcək I Avropa Oyunlarının ölkəmiz üçün əhəmiyyətli olduğunu bəyan ediblər
Ana Vətən Partiyası Mətbuat Xidmətinin rəhbəri Tünzaləİsmayılova deyib ki, idman tarixi uğurlarla dolu olan ölkəmiz artıq dünyada idman ölkəsi kimi tanınır: "Dünya idman arenasında öz layiqli yerini tutan Azərbaycan bir çox beynəlxalq yarışlara ev sahibliyedib. Ölkəmizdə keçirilən bu yarışlar artıq bir növ adət halını alıb. Bu ölkəmizin inkişafından xəbər verir və biz  bununla fəxr etməliyik”.

Ana Vətən Partiyası Gənclər Təşkilatının sədri Mikayıl İbrahimov düşünür ki, ölkəmizə göstərilən  bu inam prezidentimiz Cənab İlham Əliyevin uğurlu xarici siyasətinin nəticəsidir: "Onu da nəzərə almaq lazimdır ki, hər gün rastlaşdığımız Avropa oyunları üçün tikilən infrastuktur və olimpiya kompleksləri gələcək üçün istifadə oluna bilən layihələrə daxildir. Bu nəhəng komplekslər ölkəmizdə qalıb, gələcəkdə vətandaşlarımıza xidmət edəcək, gənclərimizin idmana həvəsini daha da stimullaşdıracaqdır.  Hər bir ölkə vətəndaşı ailə üzvləri ilə birlikdə oyunlar zamanı  bu möhtəbər idman bayramında iştrak edib, böyük zövq alaraq iyun ayının əsas idman hadisələrinə şahidlik etməlidirlər”.

Ana Vətən Partiyası Sumqayıt şəhər Gənclər Təşkilatının sədri Aydan Mustafayeva vurğulayıb ki, bu yarış dövlətimizin xaricdə olan təbliğat prossesini sürətləndirəcək və  ölkəmizə gələn turist axınına təkən verəcəkdir.  "Bacarıqlı gənclərimiz bu fürsətdən maksimum yararlana biləcək, bu yarışlar vasitəsi ilə ölkəmizə yatırılan investisya artacaq.”

Ana Vətən Partiyası Yasamal rayon Gənclər Təşkilatının sədri Sərbaz Qafarov  qeyd edib ki,  bu oyunlar ölkəmizin beynəlxalq arenalarda imicinin artması üçün çox gözəl fürsətdir və bele bir təşkilatçılığı öz üzərinə götürərən ölkəmiz öz  imkanlarını  yetərincə  göstərib. Əminəm ki, yarışlardan sonra etimadı doğrultduğumuza görə imicimiz daha da artacaq.

Ana Vətən Partiyası Sabunçu rayon Gənclər Təşkilatının sədri Hikmət Yusifov deyib ki, Avropa oyunlarında tamaşaçı kimi fəxarət və qürurla iştirak edəcək: "İlk oyunların Bakıda keçirilməsi əlbəttə ki, böyük nailiyyətdir. Bu tarixi qərarın qəbul edilməsi əlbəttə ki, ölkəmizin beynəlxalq aləmdə nüfuzundan xeber verir”.

Ana Vətənçi gənc Niyaz Novruzov bildirib ki, Bakı 2015 Avropa oyunlarının iştirakçıları dövlətimizin qədim tarixi, zəngin mədəniyyəti, milli mentaliteti haqqında lazımı bilgiləri öyrənəcəklər: "Müstəqil dövlətimizin İdmana necə əhəmiyyət verməsi və idmançılara olan dövlət qayğısı yetərincə nümayiş ediləcək. Azərbaycan xalqı Baki 2015 Avropa oyunlarının başlanmasını səbirsizliklə gözləyir”.