adalet.az header logo
  • Bakı 20°C

iNGiLiSiN iKi üZü

SEYFƏDDİN ALTAYLI
53103 | 2010-12-18 06:07
Ulu babalarımızdan qalan bir söz var; "Namərd dostdansa, mərd düşmən yaxşıdır!"
   
   Xüsusilə sənaye inqilabından sonra avropalı xalqlar ki, onların başında ingilislər dayanırdı, müstəmləkəçilik siyasətini həyata keçirməyə başladılar. Bu uğurda insana və insanlığa yaraşmayacaq hərəkətlər elədilər. Müdafiəsiz və gücsüz yerlərə, məsələn Afrika qitəsinə hücum çəkib oranın sadəcə olaraq yeraltı və yerüstü sərvətlərini sümürməklə kifayət eləmədilər, insanlarını da tutub aparıb qul bazarlarında hərraca qoyub satdılar. O vaxtlar qazandıqları sərvətlərlə də indiki inkişaf etmiş və bünövrəsi oğurluq üstündə ucalmış iqtisadən güclü müasir imperatorluqlarını yaratdılar. Çar Rusiyası ilə Bolşevik Rusiya da onlar kimi.
   
   Qərbli imperialistlər qüvvələrin Afrika Ortaşərq və Orta Asiya yolu üstündə qarşılarında maneə kimi dayanan bir xalq vardı, Türklər. Bu səbəblə 1071-ci ildə yaranan Malazgirt zəfərindən sonra daimi olaraq türkləri Anadoludan qovmaq üçün olmadıq fırıldaqlar çevirdilər, bulandırmadıq su qoymadılar. Əvvəlcə Anadolu Səlcuqlu dövləti aradan getdi, daha sonra da düz 630 il davam edən Osmanlı İmperiasını daxildən bizdən görünən satqınların da yardımıyla yerlə yeksan etdilər. İmperiamızın ləğv olunması prosesində də vətənimizi eynilə Afrika və Hindistan kimi müstəmləkələşdirmək xəyalının ardına düşdülər və müqəddəs torpaqlarımıza ağızlarının heliyini axıda-axıda hücum çəkərək müstəmləkələrindən yığıb gətirdikləri əsgərləri ön cərgədə bizə qarşı vuruşdurdular, özləri isə arxa cəbhədə qalıb daha az itki verdilər. Hindistandan gətirdikləri Hindli müsəlmanlara, "Qarşınızdakı səngərlərdə gördüyünüz və döyüşdüyünüz bu ordular sizin din düşməninizdir" deyərək onların cəhalətindən suistifadə edib üstümüzə yolladılar. Təkcə onları?! ərəbistanda yaşayan din qardaşlarımız olan ərəbləri də qızıllarıyla satın aldılar və bizi arxadan xəncərlətdilər, həmi də ərəblərin vətənini yadelli düşmənlərə qarşı qoruyarkən. İndi isə dünən əməkdaşlıq etdikləri ərəblərin torpaqlarını işğal edən özləridir. Ərəblər, təcəlli edən ilahi ədaləti başa düşüblər görən!
   
   Çanaqqala döyüşlərində şilləmizi yeyən ingilislər, Birinci Dünya Müharibəsində müttəfiqlərimizin məğlubiyyəti səbəbiylə bizim də məğlub sayılmamızdan asılı qol çəkilən Mudros müqaviləsinə əsasən İstanbulumuzu işğal etdilər. Beş yüz il hakimiyyətimiz altında kef çəkən və hər cürə bəşəri hüquqlarına heç kəsin yan baxmasına icazə vermədiyimiz yunanlıları qışqırdıb ölkəmizin bir hissəsini işğal etdirdilər və onların Qərbi Anadoluda hər cürə vəhşiliyi həyata keçirmələrinə imkan yaratdılar. Eynilə rusların hayları qışqırdıb Azərbaycan türklərinin üstünə yolladıqları və insana yaraşmayan əməlləri həyata keçirmələri kimi.
   
   İngilislər, İstanbulu işğal etdikləri vaxt bizi də daimi izlədilər və işinin əhli olan dövlət adamlarına müəyyən tədbirləri görmək üçün arayışlar hazırlatdılar. İstanbulu işğala gələn ingilis gəmilərinə pəncərədən tamaşa edən Çanaqqala döyüşlərinin dahi komandiri Mustafa Kamalın əlindəki qırmancla çəkməsinə vuraraq "Gəldikləri kimi də gedərlər!" dediyini eşitmədilər, ancaq onu Azadlıq Hərbini başladandan sonra daimi izlədilər və hazırladıqları arayışları İngiltərəyə yolladılar. Həmin arayışları hazırlayanlardan biri də İngilis Yüksək Komissarı Sir H. Rumbulddur. Rumbuld, Atatürk barədə hazırladığı arayışında bunları yazıb:
   
   "Mustafa Kamalın, Milli Azadlıq Hərbindəki şəxsi qüdrəti və nüfuzu həddən artıq yüksəkdir. Yazdığı çıxışları, kütlələri böyük bir bacarıqla istiqamətləndirmə, yaranan hər cürə vəziyyətdən nailiyyətlə çıxmaq istedadına malik olduğunu aşkar şəkildə əks etdirir. Həddən artıq təmtərağa və avtoritetə malik olmaqla yanaşı, ifrat dərəcədə vətənsevər və düzlükdən zərrə qədər ayrılmayan bir şəxsiyyətdir".
   
   İngilis Humbuld düz deyir. Əgər Mustafa Kamal o cür bir vətənsevər olmasaydı və millətinə olan inamı da, sevgisi də nəhayətsiz olmasaydı, Çanaqqala döyüşlərini qazanan Məmmətçiklər uğurlu ola bilərdi?!
   
   Bir təpəni müdafiə etməklə vəzifələndirilən bir manqa hərbçinin üçü xaricində hamısı şəhid olur və sursatları da həddən artıq azalır. İki əsgər bir yoldaşlarını yardım üçün yollayırlar, çünkü yardım istəyə biləcək nə telsiz aparatı, nə də səhra telefonları var. Mustafa Kamal da hərbi idarə edir və təpədən təpəyə yüyürərək vəziyyəti nəzarət altında saxlayır. Birdən qarşısına həmin o qaçan əsgər çıxır. Aralarında bu dialoq yaranır:
   
   -Əsgər hara qaçırsan?
   
   -Komandirim, yoldaşlarımızın çoxu şəhid oldu, cəbbəxanamız da qurtarmaq üzrədir, yardım gətirməyə gedirəm.
   
   -Əsgər, sursatınız qurtardısa süngünüz də yoxdu, songünüz yoxdusa pəncələriniz də yoxdu?! Mən sizə döyüşməyi yox, ölməyi əmr etdim. Sizlər ölənə kimi əlinizdə tutduğunuz yerlər düşmən əlinə keçməyəcəkdi və bu vaxt keçənə kimi ora özünü çatdıracaq qardaşlarınız düşmənin gününü göy əskiyə bükəcəkdi, qayıt geri!
   
   Məmmədçik, "əmriniz baş üstə, komandirim!" deyə qayıdır, qalan iki yoldaşıyla son damcı qanlarına kimi vuruşub şəhid olurlar, ancaq onlar şəhid olana kimi keçən vaxt ərzində yardım üçün özünü çatdıran məmmədçiklər həmin mövqeyə düşmənə layıq olduğu cavabı verir.
   
   Özgə bir gün ingilislər Arı Burnu deyilən yerin ucundakı çimərliyə zirehli gəmilərdən hərbçilərini çıxardır və yamacdakı bəzi təpələri tuturlar. O gecə əgər düşmən təpələnməsə ertəsi gün ingilislər və anzaklar (Avstraliya və Yeni Zellandiyalı əsgərlər) Arı Burnu təpəsini təpəsini ələ keçirə bilər və döyüşün talei bir anda əleyhimizə dönə bilər. Vəziyyətin həssasiyyətini dərk edən, tanrının, türkün qara günü üçün seçdiyi Mustafa Kamal zabitlərini yığır və onlara bu təlimatı verir:
   
   "Əsgərlərinizin başında olun və onları yatmağa qoymayın. Bilənlər Qurani Kərim oxusun, bilməyənlər gecəni dua edərək yola salsın. Səhərə yaxın mən düşmən səngərlərinə sürünə-sürünə yaxınlaşacağam və gedə biləcəyim qədər gedəcəyəm. Gözləriniz mənim üstümdə olsun, məni izləyin. Haçan ki, əlimdəki qırmancı yuxarı qaldırıb birdən endirdim bilin ki, qələbə vaxtıdır. O anda Allah-Allah nidalarıyla hücuma keçin!"
   
   Çanaqqala ordularının komandiri Mustafa Kamal, səhərə yaxın bir vaxtda, yuxunun insan bədənini əsir aldığı bir anda, anzakların və ingilislərin səngərlərinə on beş metr qalana kimi sürünə-sürünə yaxınlaşır. Baxır ki, düşmən əsgərləri şirin yuxudadır. O anda əlindəki qamçısını yuxarı qaldırır və birdən endirir. Məmmədçiklər məhşəri bir gurultuyla Allah-Allah deyərək hücuma keçir və düşmən səngərlərində bu ani gurultu və hücumdan panika yaranır. Nə olduğunu başa düşməyən ingilislərə və anzaklara dəhşətli bir zərbə endirilir. Arı Burnu yamacındakı təpələri tutan ordunun əksəriyyəti məhv olur. Hətta onlar, əllərindəki ağır silahlarını da buraxıb qaçmaq məcburiyyətində qalır. Həmin döyüşdə olan və o anı yaşayan bir Anzak daha sonra yazdığı xatirələrində eynilə bu cümlələri yazıb: "Elə bildik məşhər oldu və o gurultunun təsirindən hövl ilə oyandığımızda Türk əsgərlərinin üstümüzə uça-uça gəldiyini gördük".
   
   Mərhum şairimiz Məməd Akif Ərsoy,
   
   "Sana dər gəlmiyəcək makbəri kimlər kazsın
   
   Göməlim gəl səni tarihə desəm sığmazsın!"
   
   Şəklindəki sözləri bağışladığı məmmədçiklərə, özünə inamı aşılayan Mustafa Kamaldı.
   
   Churchil, İngiltərənin əfsanə liderlərindən biridir. Mustafa Kamalın qarşısında uğradığı məğlubiyyətdən asılı Lordlar Palatasında özünü təndiq atəşinə tutanlara; "Hər əsrdə bir dahi çıxır, bizim şansımızdan bu dahi əsrimizdə türklərə qismət oldu. Bir dahi qarşısında nə edə bilərdik kiə!" şəklində dediyi sözlər, Atatürkün böyüklüyünü göstərdiyi kimi, bizlərə də böyük bir milli dərs keçir və qürur hissi bəxş edir.
   
   Rumbuld, Anadoluda işğala qarşı milli müstəqillik mübarizəsi yeridilərkən şəxsi qeydlərini İngiltərə xarici işlər naziri Lord Curzona yollayıb. Azadlıq Hərbi, hər şeyin yoxa çəkildiyi, yoxsulluğun xalqımızın yaxasına yapışdığı, əsgərlərin qaşlarında bitlərin sıra-sıra düzüldüyü, bir çox hallarda ayaqlarına geydikləri altı getmiş çarıqları bişirib yedikləri bir vaxtda Atatürk və silahdaşlarının xalqa aşıladığı mənəvi güc və qüdrətlə əldə edilmişdir. Atatürkün rəhbərliyində yeridilən bu mübarizə bir çox məzlum millətə ilham mənbəi olduğu kimi, darmadağın olan Osmanlı İmperiasının xarabalığı üstündə müasir demokratik dəyərlərə söykənən Türkiyə Cümhuriyyəti yaradılmışdır. İngilislərin, Avropalı yançılarını da yan-yörələrinə yığıb, müasir texnologiya ilə buraxdıqları silah və sursatlarla üstümüzə qəddarcasına hücum çəkməsinə baxmayaraq, Məmədçiklərin, Anadoluda işlədilən şəkliylə desək, çaxaralmaz, yəni qarşıdakı düşmənin silahıyla əsla müqayisə oluna bilməyəcək qədər zəif olan silahları qarşısında məğlub olmuşdur. Onları məğlub edən güc, Atatürkün millətə aşıladığı mənəvi qüdrətdir. Bəli ingilislər məğlub olmuşdur, ancaq böyüklüyümüzü də qəbul etmişdir. Ölkəmizə yolladıqları komissarları və böyükelçiləri bizimlə bağlı arayışlar yazarkən obyektiflikdən də kənara çıxmayıblar. Arnold Toybə kimiləri istisnadır. Bizə düşməncəsinə hisslərlə yanaşsalar da haqqımızda mərdanə sözlər dilə gətiriblər. Heç olmasa, Wikiləaks rüsvayçılığını yaradan amerikalılar kimi səviyyəsiz hərəkət eləməyib və ağzıyavalıq etməyiblər.
   
   Üzümüzə gələn həftə isə Atatürklə dəfələrlə görüşən bir İngilis xadiminin, onun dünyasını dəyişməsindən sonra Atatürk haqqında yazdığı arayışını təqdim edəcəyəm.

TƏQVİM / ARXİV