adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
24 Aprel 2015 13:02
189595
MODA
A- A+

İrina Şeyk stadiondan birbaşa Hollivuda keçdi

Dünyanın ən gözəl modellərindən olan tatar əsilli rus modeli İrina Şeykin yeni sevgilisinin kimliyi bəlli olub. Adalet.az xarici mətbuata istinadən xəbər verir ki, yeni sevgilinin Hollivudun tanınmış aktyoru Bredli Kuperin olduğu güman edilir. Belə ki, ötən axşam model sözügedən aktyorla birlikdə film izləməyə gedib.

 

Ulduzlara yaxın olan mənbələr iddia edirlər ki, onların çox yaxşı münasibətləri var.  Kuperlə İrina Şeyk mətbuat nümayəndələrinə  faktı təkzib etsələr də, yaxın vaxtlarda münasibətlərini gizlətməyəcəkləri şübhə doğurmur.

 

Xatırladaq ki, hər iki məşhur sevgilisindən bu yaxınlarda ayrılıb. Belə ki, İrina Şeyk Ronaldo ilə 5 illik münasibətlərinə yanvar ayında, Bredli Kuper isə 2 illik həyat yoldaşı Syuki Uoterxausla evliliyə mart ayında son qoyub.