BU DÜNYANIN QARA ÜZÜ

ƏBÜLFƏT MƏDƏTOĞLU
59475 | 2015-04-23 16:47

Vəsilə xanımın ruhuna

 

Bilirəm, indi rahatlıq tapmısan…ağrıdan-acıdan qurtulmusan… çəkilmisən layiq olduğun guşəyə... Amma…

Amma diqqətin bizdədi. Builk günlərin ayrılığını, bizi tərk etmək xəbərini necə qarşıladığımızı, hansı hallaradüşdüyümüzü izləyirsən. Bir Allah şahiddi ki, son 15-20 gündə səninlə bağlı dostlarla,xüsusilə səni tanıyan, səni oxuyan, sənə güvənən yazarlarla barəndə xeyli söhbətetmişik… Aramışıq, axtarmışıq, yazılarının arasını kəsməyindən nigaran qalımışıq.Ona görə də bir əlimiz ürəyimizin üstündə, gözümüz yolda, qulağımız səsdə eləcəsorağında olmuşuq. Axır ki, gəldi sorağın. Amma kaş gəməyəydi…


Vesile Usubova


Sənin ölüm xəbərin sarsıtdıhamımızı. Ağrıtdı ürəyimi. Çünki  hər telefonsöhbətimizdə özünəməxsüs şəkildə məsləhət verirdin mənə: «Ay qardaş, çox da dərinəgetmə» deyirdin. Rəhmətlik Vahid Əlifoğlundan sonra elə bil ölümün bizə də yaxınlaşdığınıhiss etmişdin. Ona görə də özünü qoru, - deyirdin. «Vahiddən də tez-tez yaz, qoymaunudulsun», söyləyirdin…

Səsində, nitqində bir güvəncvar idi, bir həlimlik var idi… Yazılarında bir giley, bir üsyan, bir həyatın təpkilərinəetiraz hakim idi… Oxuyurdun və hər yazından sonra mütləq bir-birimizə telefon açırdıq,fikir bölüşürdük. Bitdi demək, bu görüşmələr, bu fikir mübadilələri. Sən sözümüzdən,jurnalistikamızdan, dostlarından getdin, özü də birdəfəlik. Amma sözün qaldı jurnalistikamızda,izin qaldı mətbuatımızda. Bu da hər adama nəsib olmur. Görünür, həyatda bircə nəsibinvar imiş, o da sözün, jurnalistikanın içində qalmaq…

Vəsilə xanım, xəbərin, dahadoğrusu, Haqqa qovuşmaq xəbərin məni elə çaşdırıb ki, içimdə olanların hamısınıyaza bilmirəm. Çünki bütün düşüncələrim pərən-pərən düşüb. Ona görə də sənin ruhununqarşısında baş əyib Allahdan sevənlərinə səbr diləyirəm. Bilirəm ki, bu qısa, necədeyərlər, beş-üç cümləlik vida sözüm sənə olan oxucu sevgimin çox kiçik bir hissəsidi.Qismət olsa, yaşaya bilsəm, səninlə bağlı daha geniş bir yazını ortaya qoyacağımaəminəm. Amma bu gün sadəcə yazmaq istəyirəm ki, mən hələ də sənin bu üzüqara dünyaya«əlvida!» deyib, sözün gəldiyi yerə üz tutduğuna inanmaq zorundayam. Bu, görünürhəyatın acı, amma qəbul olunan qanunudu. Ruhun şad olsun, bacım!

 


TƏQVİM / ARXİV