adalet.az header logo
  • Bakı 20°C
22 Aprel 2015 17:50
15091
SİYASƏT
A- A+

Kommunistlər Lenini Bakıda andılar

22 aprel 2015-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində proletariatın dahi rəhbəri V. İ. Leninin anadan olmasının 145-ci ildönümü münasibəti ilə " Lenin və müasir dövr" mövzusunda elmi-praktiki konfrans keçirilib. Konfransı giriş sözü ilə Azərbaycan kommunistlərinin lideri Rauf Qurbanov açıb.

V. İ. Leninin inqilabi fəaliyyəti haqqında KPİ - Sov. İKP MNTK üzvü, AKP Mərkəzi Nəzarət-Təftiş Komissiyasının sədri Ələddin Bağırov məruzə edib. Məruzə ətrafında digər yoldaşlar da çıxış ediblər.

Konfransda KPİ-Sov. İKP Mərkəzi Şurasının üzvü, Azərbaycan KP MK sədri              R. Qurbanov bəzi yoldaşlara AKP biletləri təqdim edilib.