adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
22 Aprel 2015 17:48
7845
MƏMLƏKƏT
A- A+

27 mindən çox uşaq doğulub

Dövlət Statistika Komitəsi bu ilin ilk iki ayında dünyaya gələn körpələrlə bağlı statistikanı açıqlayıb. Komitənin mətbuat xidmətindən Modern.az saytının sorğusuna cavab olaraq bildirilib ki, 2015-ci ilin ilk iki ayı ərzində ölkədə 27,9 min körpə doğulub: "Doğulanların 53,6 faizi oğlan, 46,4 faizi isə qız uşaqlarıdır. Körpələrin 514-ü əkiz, 15-i isə üçəm doğulub”. 2014-cü ildə ölkədə 170,5 min körpə doğulub. Bu illə müqayisədə ötən ildə faiz göstəriciləri eyni olub. Belə ki, doğulanların 53,6 faizi oğlanlar, 46,4 faizi isə qız uşaqlarından ibarət olub. Körpələrin 3148-i əkiz, 60-ı isə üçəm doğulub.