adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
22 Aprel 2015 17:36
994949
GÜNDƏM
A- A+

Aqil Abbas tələbələrlə görüşüb

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında tanınmış yazıçı-publisist, Milli Məclisin deputatı Aqil Abbas paytaxtda fəaliyyət göstərən bir sıra universitetlərin filologiya fakültələrinin tələbələri ilə görüşüb.  Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Milli Kitabxananın birgə təşkilatçılığı ilə "İmzalı görüş” layihəsi çərçivəsində keçirilən tədbirdə iştirakçılar əvvəlcə kitabxananın foyesində yazıçının kitablarından ibarət sərgi ilə tanış olublar.

Tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq iştirakçıları salamlayıb, bu Layihənin əhəmiyyətinin mühümlüyünü qeyd edib.

Daha sonra çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri Vaqif Quliyev bugünkü gənclərin kitaba, mütaliəyə münasibətindən danışıb.

Yazıçılar Birliyinin gənclərlə iş üzrə katibi, "525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, filol. elmləri doktoru, tənqidçi Vaqif Yusifli, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun  İnformasiya təminatı sektorunun müdiri Ramilə Qurbanlı da gənclərin mütaliəyə həvəsindən, onları mütaliəyə cəlb etməyin yollarından danışıblar. Tədbirdə Aqil Abbasın "Dolu” romanı müzakirə olunub, oxucuların sualları müəllif millət vəkili, yazıçı-publisist Aqil Abbas tərəfindən cavablandırılıb.

Sonda gənc oxuculara Aqil Abbas tərəfindən imzalanmış 50 ədəd "Dolu”  romanı paylanılıb.

Qeyd edək ki, tədbir iştirakçıları yazıçının yaradıcılığını özündə əks etdirən sərgi ilə tanış olublar.