adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
22 Aprel 2015 17:08
9684
MƏDƏNİYYƏT
A- A+

Əbülfəs Qarayev Fransalı həmkarı ilə görüşdü

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Fransanın mədəniyyət naziri Flör Pellerinlə görüşüb. 

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən Adalet.az-a verilən məlumata görə, görüşdə iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın bütün istiqamətləri müzakirə edilib.
 
Ə. Qarayev Fransa ilə Azərbaycan arasında mədəniyyət sahəsində əlaqələrin inkişafı üçün hüquqi bazanın mövcudluğunu önə çəkərək bu amilin ölkələrimiz arasında kitabxana, muzey, irs, kino və digər sahələrdə mübadilələrin aparılmasının önəm kəsb etdiyini, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Fransanın bütün regionlarında Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı silsilə tədbirlərin təşkilinin xalqlarımızın bir-birini yaxından tanıması üçün müsbət rol oynadığını diqqətə çatdırılıb.
 
Fransalı nazir son dövrlərdə həyata keçirilən çoxsaylı layihələr və tədbirlərin onda Azərbaycana xüsusi maraq oyatdığını, iki ölkə arasında əməkdaşlığın dərinləşdirilməsi üçün maraqlı proqramların irəli sürülə bilinəcəyini bildirib.  
 
Nazir qeyd edib ki, Fransa Azərbaycanla mədəniyyətin bütün sahələrində əməkdaşlıqda maraqlıdır. Görüşdə teatr və musiqi tamaşalarının, həmçinin balet sənətinin inkişafı barədə birgə layihələrin həyata keçirilməsinin vacibliyi vurğulanıb. Nazirlər iki ölkə arasında mədəni əməkdaşlıq sahəsinə beş illik fəaliyyət proqramının qısa zamanda hazırlanması barədə razılığa gəliblər.
 
Ə.Qarayev may ayında Bakıda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və ölkəmizin bu mövzuda layihələri barədə məlumat verərək Flör Pellerini tədbirə dəvət edib.