adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
22 Aprel 2015 16:36
9198
İDMAN
A- A+

Naxçıvanda olimpiya sistemli şahmat yarışı keçirilib

Naxçıvan şəhərindəki 3 nömrəli tam orta məktəbdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə şahmat yarışı keçirilib. Olimpiya sistemi üzrə keçirilən yarışda məktəbin 5-9-cu sinif şagirdləri iştirak ediblər. 4 gün davam edən yarışın yekun nəticələrinə əsasən, 5-ci sinif şagirdi Ümid Məmmədov bütün rəqiblərinə qalib gələrək birinci yerə layiq görülüb. Digər iki pillədə isə Renat Hacıyev və Nihad Süleymanov qərarlaşıblar. 

Sonda qaliblər mükafatlandırılıblar.