Orta məktəbdə oxuyanda ayının verdiyi məsləhət yadınızdadı? Dostları uşaqlardan birini yarı yolda qoyub qaçırlar. Ayı da dost tərəfdən yarımayan oğlana deyir ki, səni yarı yolda qoyub qaçanlarla dostluq eləmə. Həmin o uşağı deyə bilmərəm, amma şəxsən mən özüm ayının məsləhətini elə o vaxtdan yadımda saxladım. Dostlarımı elə seçmişəm ki, indiyə qədər nə onlar məni yarı yolda qoyub qaçıblar, nə mən onları yarı yolda qoymuşam. Ayının səsi hələ də qulaqlarımdadı. Ona görə də dost sarıdan yarıyanlardanam.
Dünən səhər ayının səsini yenə eşitdim. Hiss olunurdu ki, yaman qocalıb. Ayı olanda nə olar. Hər ötən gün ona də təsir edib. Həmin hadisədən 30-35 il keçib. Ayı dedi ki, neçə il idi günümü göy əskiyə bükmüşdülər. Adını balaca hərflə yazan restoran müdiri məni tutub qəfəsə salmışdı. İnsafsıza nə qədər deyirdim ki, ayını qəfəsdə saxlamaq olmaz, məni eşitmirdi. Mən boyda ayını əl oyuncağına döndərmişdi. Gəlib-gedən sərxoş müştərilərin, onların kefi kök balalarının atdığı tikələrə möhtac qalmışdım. Hər gün yüz dəfə alçalır, təhqir olunurdum. Mən ayı ola - ola Rəqsanənin Monika Belluçi olmadığını qanırdım, restoran müdiri qanmırdı. Rüfət Axundovla Demis Rusosu ayır edə bilməyən adamın əlində qalmışdım. O gün bildim ki, düşdüyüm acınacaqlı vəziyyəti İngiltərədə yaşayanlar da eşidiblər. Azərbaycandakı futbol klublarından birində çalışan ingilis şəkilimi çəkib Londondakı dostuna göndərib. Dostunun dostu da həmin kadrı məşhur qəzetdə çalışan dostlarından birinə ötürüb. Görürsən də, beynəlxalq miqyasda biabır olmuşdum. Yaxşı ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları məni o gavurun əlindən xilas etdilər.
Restoran qəfəsindən xilas olduğu üçün sevinci yerə - göyə sığmayan ayı illər əvvəl verdiyi məsləhəti unutmadığıma görə mənə təşəkkür elədi. Dedi ki, bundan sonra da dost seçəndə diqqətli ol. Çünki adamlar yaman dəyişib, balaca bir yanlışlıq böyük problem yarada bilər. Xüsusən də iqtidar - müxalifət münasibətlərinə həssas yanaş. Ətrafındakıların partiyalılıq məsələsinə diqqət elə. Elə et ki, sonda ağrımayan başına nəm salfetka qoymaq lazım olmasın. Babat pulu, yaxşı vəzifəsi olanı tərifləmək imkanı qazanan kimi şansı əldən vermə. Bil ki, tərif deməkdən hələ heç bir kəs ziyan çəkməyib.
Ayı mənə dedi ki, pullu tanışın səni övladının toyuna çağıranda özünü hamıdan əvvəl restorana çatdır. Hamı bir şiş kabab yeyəndə sən ikisini ye. Toya gələnlər bir oynayanda sən iki oyna. Belə jestlər gələcəkdə lazım ola bilər. Sənə mobil telefonunun nömrəsini verən imkanlı adamın nömrəsini bəs deyincə təriflə. De ki, necə gözəl, yadda qalan nömrədi, lirik musiqi kimi adamın qulağını, könlünü oxşayır. Belələri övladları ilə qarşına çıxanda uşağı tərifləməkdən doyma. De ki, gözləri lap Lütfi Zadənin gözlərinə oxşayır, inşallah onun kimi məşhur olacaq. Səndən tərifləməkdi, həmin adam Lütfi Zadəni tanımasa da olar. Mənimlə eyni vaxtda məktəbdə oxuyan, imtahanlardan kəsilən uşaqları günü bu gündən axtarmağı məsləhət gördü. Dedi ki, onlar indi ya nazir müavinidilər, ya da icra başçısı, yəqin polkovnik olanı da var.
Ayı məndən səsimin olub-olmadığını soruşdu. Təəccübləndiyimi görüb dedi ki, səsin olmaya - olmaya oxuya bilsən əla olar. Dedi qəfəsdə saxlandığım illərdə belələrini çox görmüşəm. Pul, maşın, dəbdəbəli imarət indi onlardadı. Ekranda indi bütün günü belələrini göstərir, tərifləməkdən yorulmurlar. Ayı dedi ki, indi belə oxumaq məsləhətdi, kitab oxumaq getdi işinin dalınca. Çexovdan, Tolstoydan, Mirzə Cəlildən, Əziz Nesindən, Markesdən sənə bir xeyir dəyməyibsə, Anardan, Əkrəmdən, Vaqif Səmədoğludan, Ramiz Rövşəndən nə xeyir görəcəksən?
Restoran qəfəsindən azad olub bundan sonra meşədə sərbəst gəzib kef edəcək Ayı çox söz dedi, mənə xeyli faydalı məsləhətlər verdi. Bütün dediklərini yadda saxlamaq olmur. Bəlli səbəblərdən yazmaq da mümkün deyil. Söhbətimiz zamanı bir söz də dedi. Amma üz vurmayın, yaza bilmərəm. Ayının dediyini yazsam qan düşər...