adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
20 Aprel 2015 23:04
3343
MƏDƏNİYYƏT
A- A+

Azərbaycan beynəlxalq sərgidə təmsil olunacaq

Cari ilin 22-24 aprel tarixlərində Qazaxıstanın Almatı şəhərində keçirilən "KİTF 2015” beynəlxalq turizm sərgisində Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti təmsil olunacaq. 


Adalet.az-ın məlumatına görə, sərgidə, həmçinin 5 yerli turizm şirkəti (Millennium Tourism and Congress, Improtex travel, The Tour, Bestar, Granitas) və 2 mehmanxana (Chinar Hotel and Spa Naftalan, Duzdag Hotel) iştirak edəcək.

Bu sərgidə Azərbaycanın turizm potensialını özündə birləşdirən 42 kv.m-lik stend hazırlanıb və sərgiyə gələn qonaqlara təqdim olunması üçün ingilis və rus dillərində müxtəlif reklam-çap məhsulları ilə təmin olunub.

Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyi və yerli turizm şirkətləri artıq üçüncü dəfədir ki, "KİTF" beynəlxalq turizm sərgisində iştirak edəcək.