Zakir Həsənov iranlı nazirlə görüşdü
Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan İranın müdafiə və Silahlı Qüvvələrə Dəstək naziri, general-mayor Hüseyn Dehqanla görüşüb.
Adalet.az-ın Müdafiə Nazirliyinin rəsmi saytına istinadə verdiyi məlumata görə, H. Dehqanın rəhbərlik etdiyi nümayəndə heyəti əvvəlcə Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin və Zərifə Əliyevanın, sonra isə Şəhidlər Xiyabanında ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını ziyarət ediblər.
Sonra Müdafiə Nazirliyində rəsmi qarşılanma mərəsimi keçirilib. Hər iki ölkənin dövlət bayraqları qaldırılıb, qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Fəxri qarovulun rəisi raport verdikdən sonra dövlət himnləri səsləndirilib. Rəsmi protokola uyğun olaraq general-mayor H. Dehqan Şərəf Kitabını imzalayıb.
Nümayəndə heyətlərinin geniş tərkibdə keçirilən görüşündə Z.Həsənov Azərbaycan-İran münasibətlərində qarşılıqlı etimadın yaradılması və inkişaf etdirilməsində H. Əliyevin və prezident İlham Əliyevin xidmətlərini xüsusi qeyd edib. Müdafiə naziri iki ölkə arasında əməkdaşlığın dostluq münasibətləri, qarşılıqlı inam üzərində qurulduğunu və bu əlaqələrin daim inkişaf etdiyini bir daha vurğulayıb.
Z. Həsənov bölgədəki hərbi-siyasi vəziyyətə toxunaraq Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində ərazilərimizin işğal olunması faktını, bir milyonadək qaçqın və məcburi köçkün soydaşlarımızın problemini, o cümlədən münaqişənin regional sabitliyə əsas təhlükə yaratdığını diqqətə çatdırıb.
General-mayor H.Dehqan isə dövlətlərimizin əlaqələrinin qədim tarixə, mehriban dostluq ənənələrinə əsaslandığını, iki ölkə arasında siyasi, iqtisadi, mədəni, təhlükəsizlik və hərbi sahədə böyük əməkdaşlıq potensialının olduğunu vurğulayaraq İranın Azərbaycanın ərazi bütövlüyünü və ədalətli mövqeyini dəstəklədiyini bir daha bəyan edib.
Sonra Azərbaycan və İran Silahlı Qüvvələri arasında əlaqələrin perspektivləri və müdafiə sahəsində qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
Görüşdə İran İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Möhsün Pak Ayin də iştirak edib.
Digər Xəbərlər
23 Aprel 2024 20:11
"Laçın" məntəqəsinin qurulmasının ildönümü qeyd edildi
23 Aprel 2024 19:20Xankəndidə 33 il sonra doğulan körpənin valideynlərinə mənzil ayrıldı
23 Aprel 2024 18:59"Azərbaycan ordusu bir güllə atmadan Tavuşa bu səbəbdən girdi"- Vrtanesyan
23 Aprel 2024 17:31Azərbaycanda “Sığorta ödənişinin verilməsi Qaydası” dəyişib
23 Aprel 2024 17:04