adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
20 Aprel 2015 21:20
3035
MƏMLƏKƏT
A- A+

Ətcələrə qaz verildi

Sabirabad rayonunun Ətcələr kəndinə təbii qazın verilişi bərpa edilib. 


Adalet.az SOCAR-ın saytına istinadən məlumat verir ki, bu münasibətlə keçirilmiş tədbirdə rayon İcra Hakimiyyətinin və "Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, 302 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında 46 689 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 47 ədəd müxtəlif diametrli siyirtmə, 302 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Tədbirdə çıxış edənlər kəndə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.