adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
20 Aprel 2015 21:18
2945
MƏDƏNİYYƏT
A- A+

Rejissor olmaq istəyənlərin nəzərinə

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə respublikanın "Gənclər ev”lərinin yaradıcı gəncləri arasında kino rejissorluğu, operatorluğu və montajçı sənətləri üzrə təlimlər keçirilir. 


Adalet.az xəbər verir ki, təlimlər "Gənclər ev”lərində yaradılan studiyaların fəaliyyətini inkişaf etdirmək, bu studiyalarda çalışan yaradıcı gənclərin sayını artırmaq, onları bu sahəyə həvəsləndirmək məqsədilə həyata keçirilir.

Təlimlərə qatılan Sumqayıt, Mingəçevir, Daşkəsən, eləcə də Bakının Suraxanı, Sabunçu, Binəqədi, Xəzər, Qaradağ rayonlarının gəncləri kino rejissorluğuna, kino dramaturgiyasının əsas elementlərinə, ssenarilərin yazılmasına dair biliklər əldə edəcək, kamera ilə işləmək bacarığına yiyələnəcək. Gənclər, həmçinin müxtəlif videomaterialları montaj etmək, xüsusi effekt, səs və digər manipulyasiya əməliyyatlarını həyata keçirməyi öyrənəcəklər. Bundan əlavə, üç gün davam edəcək təlimlərdə açıq məkanda və studiyada da çəkilişlərin tədrisi planlaşdırılır.

Təlimlər kino sahəsində fəaliyyət göstərən mütəxəssislər tərəfindən aparılır.