adalet.az header logo
  • Bakı 20°C
20 Aprel 2015 19:17
4981
KRİMİNAL
A- A+

Məktəbli oğlanın qanını tökdülər

Bakıda məktəbli oğlan bıçaqlanıb. Nizami rayon Polis İdarəsindən  verilən məlumata görə, Qara Qarayev prosopektində, "Çinar” marketin arxasında 1998-ci il təvəllüdlü Muradov Elvin Əmrah oğlu bıçaqlanıb. O, çoxsaylı bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

İlkin araşdırmalardan sonra E.Muradovun Rövşən adlı şəxs tərəfindən bıçaqlanması müəyyən edilib.

Bildirilir ki, zərərçəkmiş orta məktəbin 11-ci sinif şagirdidir. Onu bıçaqlayanın da məktəbli olduğu məlum olub.