adalet.az header logo
  • Bakı 20°C
20 Aprel 2015 18:42
1510
GÜNDƏM
A- A+

Samir Şərifov neftin qiymətinin büdcəyə təsirindən danışdı

"2015-ci il üçün Azərbaycanın dövlət büdcəsində neftin baza qiyməti ilə bağlı dürüstləşməyə ehtiyac yoxdur”.

Bunu maliyyə naziri Samir Şərifov mətbuat konfransında bildirib.
Nazir bildirib ki, "Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dürüstləşmənin həyata keçirilməsinin meyarları təsbit edilib: "Hələ ki, biz belə meyarları görmürük. Çünki məcburi dürüstləşməyə hökumət yalnız o zaman gedir ki, gəlirləri ilə xərcləri arasındakı fərq nəzərdə tutulmuş gəlirlərin 30%-ni təşkil edir. Belə bir vəziyyət yoxdur. Ona görə də, biz burada hər hansı bir ehtiyac görmürük”.