adalet.az header logo
  • Bakı 20°C
20 Aprel 2015 17:28
2635
DÜNYA
A- A+

MOSKVA İRƏVANI SEÇDİ

Ankara və İrəvan arasında qalan Rusiya seçimini etdi. Putin 24 apreldə keçiriləcək qondarma erməni soyqırımının 100-cü ildönümü ilə bağlı mərasimlərı qatılmaq üçün İrəvana gedəcək.

Kremldən verilən məlumata ğörə, Rusiya prezidenti Putin Ermənistan prezidenti Serj Sarkisyanın dəvətinə müsbət cavab verib. Kremldən edilən açıqlamada o da bildirilib ki, "Rusiya və Ermənistan liderləri keçirəcəkləri toplantıda, ikitərəfli əlaqələr, Avrasiya İqtisadi Birliyi ilə inteqrasiya, regional və qlobal məsələləri müzakirə edəcək".

Putinin İrəvanda Fransa Prezidenti Fransua Ollandla da ikitərəfli görüş keçirməsi planlaşdırılır. Kremlin sözçüsü Dmitri Peskov da prezidentlərin görüşəcəyini təsdiq edib. Putin-Olland görüşündə Ukrayna böhranı, Mistral tipli döyüş gəmilərinin Rusiyaya təhvili və ikitərəfli əlaqələrin müzakirə olunması planlaşdırılır.

Türkiyənin 24 aprel dəvətinə gəlincə isə, Moskva Çanaqqala mərasimləri üçün protokolda dördüncü sırada olan Duma sədri Sergey Narışkini göndərəcək. Narışkin, Türkiyə Böyük Millət Məclisinin Sədri Cəmil Çiçəklə ötən həftə keçirdiyi görüşdə Çanaqqala zəfərinin ildönümünə özünün gələcəyini açıqlamışdı.

DUMA "SOYQIRIM” DEYƏCƏK?!

Rusiya Dumasının uydurma "soyqırım”la bağlı 24 apreldə bir qərar verəcəyi iddia edilir. Hələ martın sonunda İrəvana səfər edən Narışkin Putinin səfərini təsdiq etmiş və Dumanın da tarixi hadisə ilə bağlı bəyanat qəbul edəcəyini bildirmişdi.

Onu da xatırladaq ki, Rusiya parlamenti 14 aprel 1995-ci il və 22 aprel 2005-ci ildə "erməni soyqırımı” ilə bağlı bəyanat qəbul etmişdi. Türkiyə Xarici İşlər Nazirliyi da bu qərarı pisləyən bəyanat yaymış, bəyanatda "Türklərin və ermənilərin qarşılıqlı böyük ağrılarına səbəb olan hadisələrin təhrif edilərək bir soyqırım kimi təqdimi, üstəlik bunun Birinci Dünya Müharibəsi zamanı baş verənləri ən yaxşı şəkildə xatırlamalı olan bir ölkə Parlamenti tərəfindən edilməsi başa düşülməyəndir" ifadələri yer almışdı.

SƏRKİSYAN QIZIL MEYDANDA OLACAQ, ƏRDOĞAN HƏLƏ QƏRAR VERMƏYİB

Uydurma "soyqırım” tədbirlərindən sonra SSRİ-nin İkinci Dünya Müharibəsində nasist Almaniyası üzərində qazandığı qələbənin 70-ci ildönümü ilə baglı Rusiyada mərasimlər keçiriləcək. Rusiya üçün xüsusi əhəmiyyət kəsb edən bu tədbirlə əlaqədar Türkiyə və digər ölkələrə dəvətlər göndərilib. Ermənistan prezidenti Serj Sarkisyan dəvətə qatılacağını bildirib. Kreml mənbələrinə görə, Türkiyə isə hələ qərarını verməyib. Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək Moskvada verdiyi bəyanatda Prezident səviyyəsində dəvət aldıqlarını dilə gətirərək, yaxın zamanda bu dəvətə öz münasibətlərini bildirəcəklərini vurğulayıb.

Mehriban Cəfərova