adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
20 Aprel 2015 17:06
1984
GÜNDƏM
A- A+

JEM yeni layihəyə start verdi

Jurnalist Ekspert Mərkəzi Azərbaycan Respublikasınən Prezidenti Yanında QHT-lərə Dövlət Dsətəyi Şurasının maliyyələşdirdiyi Diqqət! Düşmən mətbuatıdır” adlı layihənin təqdimatını keçirdi.

Tədbirdə Müdafiə Nazirliyinin Dövlət Sirrinin Mühafizəsi Xidmətinin bölmə rəisi polkovnik-leytenant Rafiq Məmmədov, millət vəkili Aqil Abbas, Qarabağ Qaziləri Birliyinin sədri Etimad Əsədov, "Qazilər.az” saytının baş redaktoru Rey Kərimoğlu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətinin rəhbəri Yadigar Məmmədli, Mətbuat Şurasının idarə heyətinin üzvü Azər Həsrət, Azərbaycan radiosunun əməkdaşı, hərbu jurnalist Tural Quluzadə iştirak edirdi.

Layihə barəsində məlumat verən JEM sədri Ceyhum Musaoğlu bildirib ki, Ermənistan mətbuatı işğalçı düşüncəyə mənsub olan rəsmi İrəvanın dəstəkçisinə çevrilib. Onun sözlərinə görə, qərəz, böhtan, dezinformasiya düşmən mətbautının əsas süjet xəttidir: "Ağrıdıcı məqam ondan ibarətdir ki, Azərbaycan mətbuatı, xüsusən onlayın internet resursları bəzi hallarda düşmən mətbuatının dövlətimizin, cəmiyyətimizin əleyhinə olan məkirli məlumatlarının bilməyərəkdən təbliğatçısına çevrilir. qəzetlər və saytlar əsasən cəbhə mövzulu xəbərlərdə ermənilərin dezinformasiyalarının təsiri altına düşür. Təxribatların qarşısının alınmasında şəhid olan və yaralanan əsgərlərimizin sayı, Milli Ordunun cəbhəboyu həyata keçirdiyi müdafiə xatarkterli taktik planları, qoşunların dislokasiya, həyata keçirilən əməliyyatlar, o cümlədən sərhədyanı kəndlərdəki real vəziyyətlə bağlı informasiyalarda bəzən yanlışlıqlara yol verilir. Yanlışlıqlar isə bir başa Azərbaycan dövlətinin əleyhinə yönəlir”.

C.Musaoğlu deyib ki, layihənin əsas məqsədi ölkə mətbuatında dövlət və hərbi sirri təşkil edən, milli təhlükəsizliyimizə xələl yetirən, eləcə də düşmən mətbuatına istinadən verilən təxribat xarakterli informasiyaların qarşısını almaq, media nümayəndələri arasında maarifləndirmə işləri aparmaqla problemin həllinə yardımçı olmaqdır: "JEM nümayəndələri 3 aylıq layihə dövründə jurnalistlərlərlə müzakirələr aparacaq, hansı informasiyaların hərbi sirr təşkil etdiyini göstərən qeydlərin və bu tip məlumatların yayılmasını qadağan edən qanunlardan çıxarışların əks olunduğu xüsusi bildiriş lövhələrini redaksiyalara təqdim edəcəklər. Layihədə cəbhə bölgəsində yerləşən hərbi hissələrdən bir neçəsində əsgərlərlə görüşlərin keçirilməsi də nəzərdə tutulub. Bu kimi görüşlərdə əsgərlərimizə kommunikasiya imkanlarından istifadə edərək cəbhə bölgəsində baş verənlərin çəkilməsi və internetə yerləşdirilməsinin ziyanlı tərəfləri izah olunacaq”.

Tədbirdə çıxış edən millət vəkili Aqil Abbas son zamanlar Azərbaycan Hərbi sahəsində aparılan islahatlardan danışdı. Bildirdi ki. yeni nazirin gəlişi ilə bu sahədə ciddi irəliləyişlər əldə olunub. Millət vəkili mövcud problemdən danışıb. Bildirib ki, hərbi sirrin yayılması yol verilməzdir. O qeyd edib ki. hərbi sirrin yayılması məsələsində bir sıra saytlar var ki, onların fəaliyyətinə ciddi nəzarət olunmalıdır: "Qəzetlər bu məsələdə ayıq-sayıq olsalar da bir sıra saytlar var ki, onlar oxucu toplamaq xatirinə düşmən dəyirmanına su tökən informasiyalar verirlər”. A.Abbas Hərbi sahədə mövcud problemlərlə bağlı bir başa nazirliyə müraciət etdiyini bildirib. O, bu kimi informasiyların cəmiyyətə ötürülməsinin əleyhinə olduğunu qeyd edib. Tədbirdə çıxış edən digər natiqlər hərbi sirr sayılan informasiyaların yayılmasının qarşısının alınmasının vacibliyini vurğulayıblar.

Sübhan