adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
20 Aprel 2015 16:24
6198
TEXNOLOGİYA
A- A+

Yaponiyada robotlar işçilərin çörəyinə şərik çıxırlar

Yaponlar artıq ictimai məkanlarda robotların xidmətindən yararlanırlar. Adalet.az xarici mətbuata istinadən xəbər verir ki, Tokionun mərkəzi univermaqlarının birində xaricən insana çox bənzəyən robot-nəzarətçi işə başlayıb. Onun işi isə nəzakətlə müştəriləri qarşılamaq və nəyin harda satılmasını göstərməkdir.

Ayko Tixira adı verilmiş robot-qadın milli paltarda - kimonoda müştəriləri qarşılayır. Mavi gözləri, qısa saçları var. Üz əzələləri və əlləri hərəkət edir. Tixira – yaponca "sülh” deməkdir. Ayko isə "ay”  idea sözünün ingiliscə oxunuşunun ilk hecasından götürülüb. "Ko” – kommunikasıya sözündəndir.

Robot Toshiba şirkəti tərəfindən yaradılıb. Onun hazırlanmasına 10 ay vaxt sərf olunub. Hazırda şirkət daha 2 modelin hazırlanmasını həyata keçirir.

Robotu əldə etmək istəyən sahibkarlar bildirirlər ki, o, maddi baxımdan ictimai iaşə obyektlərinə sərf edir. Belə ki, robota yalnız bir dəfə pul sərf olunur, o da onu alanda. Ona nə maaş verilir, nə də sosial rifahı düşünülür. Yemək də ki – həftədə bir dəfə texniki baxışdan keçirilərkən "qidalanır”. Başqa sözlə, canlı işçilər indidən qara günlərini qablaşdırsınlar.