adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
20 Aprel 2015 15:31
3470
MƏDƏNİYYƏT
A- A+

Qara Qarayev VI Müasir Musiqi Festivalı başlayır

Aprelin 20-25-dək Bakıda Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Qara Qarayev VI Müasir Musiqi Festivalı keçiriləcək. 

Açılış mərasimində Ü.Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestri çıxış edəcək. Bədii rəhbər və baş dirijor Rauf Abdullayevin rəhbərliyi altında Q.Qarayevin, V.Lyutoslavski, K.Saariaho, E.Denisov və digər bəstəkarların əsərləri səsləndiriləcək.

Festival çərçivəsində aprelin 21-i saat 12:00-da Muzey Mərkəzində Marianna Visotskayanın təqdimatında mühazirə və operaya baxış, saat 19:00-da kamera və orqan musiqisi zalında Laut Käfig ətrafında proqram, aprelin 22-si saat 12:00-da Muzey Mərkəzində Tstiana Tsaregradskaianın təqdimatında mühazirə və operaya baxış, saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində "Stories of Love" adlı multimedial layihənin təqdimatı, aprelin 23-ü saat 12:00-da Muzey Mərkəzində "XX-XXI əsrlərin vokal musiqisinin nəzəri problemləri" mövzusunda elmi-nəzəri konfrans, saat 19:00-da Gənc Tamaşaçılar Teatrında multimedial opera proqramı keçiriləcək.

Aprelin 24-də Beynəlxalq Muğam Mərkəzində "Sevgi hekayətləri” layihəsi təqdim olunacaq.

Festivalın yekun konserti aprelin 25-də Azərbaycan Dövlət Filarmoniyasında olacaq. "Xütbə, Dua, Daşqın – Təzadlar?!” ideyalarını birləşdirən bu konsertdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestri və Rusiyanın "Questa musica” ansamblı çıxış edəcək.