adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
20 Aprel 2015 14:15
3412
ƏDƏBİYYAT
A- A+

XX əsr Azərbaycan ədəbiyyatı bir monoqrafiyada

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda ədəbiyyatşünas alim, professor Bədirxan Əhmədovun "XX yüz il Azərbaycan ədəbiyyatı: mərhələlər, istiqamətlər, problemlər” monoqrafiyasının təqdimat mərasimi keçirilib.

Tədbirdə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli nəşrin əhəmiyyətindən danışıb.

Qeyd olunub ki, "Elm və təhsil” nəşriyyatında çapdan çıxan kitabda XX yüz il Azərbaycan ədəbiyyatının mərhələ və problemləri təhlil edilir.

Digər çıxış edənlər də nəşr barədə fikirlərini bölüşüb, əsərin elmə dəyərli töhfə olduğunu bildiriblər.