adalet.az header logo
  • Bakı 22°C
20 Aprel 2015 14:19
2819
ƏDƏBİYYAT
A- A+

Tərcümə Mərkəzi Oljas Süleymanovun əsərini dərc edib

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin (ATM) "Tərcümə Mərkəzinin kitabları” seriyasından növbəti nəşri – görkəmli qazax şairi, alimi və ictimai xadimi Oljas Süleymanovun "Az-Ya” əsəri işıq üzü görüb.

Adalet.az ATM-yə istinadən xəbər verir ki, kitab Azərbaycan dilinə Natiq Səfərov tərəfindən çevrilib.

Qeyd edək ki, türk xalqlarının tarixinə yeni yanaşma, fərqli, orijinal münasibət sərgiləyən bu əsər uzun illər sovet ideoloji cəbhəsinin hücumlarına məruz qalsa da, müstəqillik illərində dünyanın bir çox dillərinə tərcümə olunaraq, kütləvi tirajlarla nəşr edilib.