adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
20 Aprel 2015 11:16
2517
DÜNYA
A- A+

Afrikalı müsəlmandan türk dindaşlarına namaz dərsi

Türkiyənin "Beşiktaş” futbol komandasının seneqallı legioneri Demba Ba namaz vaxtı bütün komandanı gözlədib. 
 

Türkiyə mətbuatının xəbərinə verir ki, hadisə "Beşiktaş” – "Kasımpaşa” matçından sonra baş verib.
 

Qarşılaşmanın başa çatmasından sonra "Beşiktaş” komandasının üzvləri klubun avtobusuna miniblər və Demba Ba da minərkən işa azanı oxunmağa başlayıb. 
 

Namaza böyük həssaslıqla yanaşan Demba Ba avtobusa minmək fikrindən daşınaraq ibadətini yerinə yetirmək üçün məscidə gedib. 
 

Komanda yoldaşları isə namazı qılıb qayıdana qədər Demba Banı gözləyib. Ulduz futbolçu namazdan qayıtdıqdan sonra komandanın avtobusu yola düşüb.