DALĞALARIN ÖPÜŞ DADI

ƏBÜLFƏT MƏDƏTOĞLU
63052 | 2015-04-17 16:31

Bu şəhər ona qərq olub

Dünəndən bəri xəyalımınxatirələrinin qanadında Bakını tərk edib qayıtmışam o yerlərə. Doğrudur,burada, yəni məmləkətimdə cismən olsam da, ruhum əslində ordadı - dostların vəbir də gözəlliyinə heyran qaldığım bir ünvanda. Mən kənddə, dağlar qoynundadoğulduğumdan daha çox təbiəti, onun dağını, dərəsini, meşəsini sevmişəm.Görünür, insan yaşlaşdıqca doğulduğu torpaq, doğulduğu mühit onu daha çox çəkir.Mən burda qəribə heç nə görmürəm. Əksinə, tam səmimiyyətimlə etiraf edirəm ki,indinin özündə də mənim üçün tozu-torpağı dizə çıxan kənd-kəsək rahatasfaltdan, onun kosmetik gözəlliklərindən min dəfə qiymətlidi, dəyərlidi.Çünki ilk təmas, ilk real mənzərə, yəniAllahın öz qüdrəti ilə yaratdıqları dağlarda, dərələrdə, kənd-kəsəklərdədi...Biz şəhərdə hər şeyi özümüz yaradırıq və bu mənada təbii olanla insanınyaratdığının fərqini biz yaşlılar daha çox hiss edirik. Amma şəhərdə doğulubinsan yaratdıqları ilə təmasda olanlar bunu müəyyən zamandan sonra duymağa,anlamağa başlayırlar. Və mən də İsmayıllının, Xızının dağlarını qoyub gəlibBakıda kiminsə qucağında kirayənişin yaşayıb heç nəyə də nail ola bilməyənlərinhəm təfəkkürünə, həm də məqsədinə sadəcə gülürəm. Mən anlaya bilmirəm buadamları. Konkret məqsədin olmadan və o konkret məqsədə də çatmaq gücün,qabiliyyətin yoxluğu içərisində şəhərə sığınmağın nə anlamı var? Bəlkə sizbilirsiniz? Hər halda bilməmiş olmazsınız...

Bəli, indi xəyalımınqanadlarında gəzirəm. Və yol boyu gördüklərimin hər birini təkcə adını, mənasınıyox həm də öz kəndimdə, öz dağ-dərəmdə oxşarını da, bənzərini də tapmaq istəyirəm,bütün diqqətim, bütün fikrim ancaq bu təbii gözəlliklərin, bu qeyri-adi mənzərələriniçərisindədi. Necə deyərlər, elə bil ki, Allah bu güşədə özünün möcüzə yaratmaqqüdrətini nümayiş etdiribdi. İnsanlara göstərib ki, bu qayaları, bu ormanları,bu irili-xırdalı şəlalələri, bu güzgü kimi parıldayan su qovşaqlarını səninüçün yaratdım ki, baxasan, dərk edəsən, anlayıb qiymət verəsən. Mənə elə gəlirki, mən o gördüklərimin önündə susub duranda həm yol-yoldaşlarım, həm də o dairədəqarşılaşdığım adamlar mənə bir az fərqli baxırdılar, fərqli yanaşırdılar. Həttadeyəsən ağlıma şübhə edirdilər. Axı insan təbii gözəlliyin qarşısında ancaq dəliola bilər. Mən də həqiqətən dəliyə çevrilmişdim. Özü də özümdən xəbərsiz. Necədeyərlər, mən bütün bunları sevirdim, onların xəbəri olmadan...

Hə, şəhərin özüdağa söykəndiyindən, evlər yamaclarda tikildiyindən hər küçəni, hər tinidönüb-dolandıqca üzü aşağı baxıram. Şəhərin ayaqları Qara dənizin içərisindədi.Elə bil ki, şəhər dağın başında oturub ayağını sallayıb dənizə. İnanın ki, şəhərinvə dənizin üzərində duman olmayanda adama elə gəlir ki, rahat bir lojada əyləşibmöhtəşəm bir əsərin tamaşaçısına çevrilirsən. Bax, bunu yaradıb Tanrı həmin ogüşədə həmin o adamlar üçün, bir də onu görmək, ondan zövq almaq istəyənlərüçün...

Saat fərqinəbaxmayaraq, mən bu mənzərəni gecə də, sübh çağı da, günəş öz taxtında əyləşəndə də təkrar-təkrar seyretdim. Və gördüm ki, bu mənzərədən elə bizdə olduğu kimi zövq alan adamlar o qədərdə çox deyil. Özlüyümdə bunun səbəbini çözməyə çalışdım. Adamların baxışından,hərəkətlərindən və bir sorğuma cavab verənlərin fikirlərindən bu nəticəyə gəldimki, sən demə dünyanın hər yerində adamların özəl qayğıları, həyat problemləri,yaşamdan doğan zərurətlər onları hər gün gördükləri bu gözəllikdən doydurur...Onlar üçün bütün bunlar adiləşir. Adiləşmək isə bəzən unutmağa, unutqanlığa daaparıb çıxarır. Deməli, bu şəhərin gözəlliyinin də bir baş bəlası var. O da həmino adiləşməkdi. Mən gördüklərimi həm müqayisə edirdim, həm də düşünə-düşünə oadamlara müəyyən qədər haqq da qazandırırdım. Axı zamanında doğulduğum kəndi,sakini olduğum Qarabağı mən də hardasa indiki qədər sevməmişdim... indiki qədəronun təşnəsi olmamışdım... indiki qədər onun üçün ürəyim göynəməmişdi, ürəyimatlanmamışdı... Hə, burda bir gerçək də var. O da biz itirəndən, öldürəndən, öləndənsonra sevmişik və elə bu gün də belə sevirik. Şair demişkən, sağlığında gözümüzəgörünmür bütün bunlar. Nə isə...

Ovcumun

içində -

Qara dəniz

ləpələr oxşayırbarmaqlarımı...

dəniz

məni oynadır

balıqlar

balıqçıqarmaqlarını...

ləpələrinpıçıltısı

və bir də

təkrar-təkrar

sahiləcan atması -

məniməndən alıb

amma

balıqların

gözüyumulu

qarmaqlardan

y

ellənməksevgisi -

əslindənəfsi

onları

xoşolmayan

birhala salıb...

özüdə evlərinin içində -

yənidənizdə!..

***

Şəhərdənçıxan bir yolla dağlara tərəf gedirik. Dostum Ahməd bəy məni arzusunda olduğumvə necə deyərlər, kiriyib kəsmədən görmək istədiyim, dilə gətirdiyim yerlərə,orada ilk dəfə gördüyüm Zehir Hüseynin yanına aparır... Yolun hər iki tərəfi dağlar və meşələrdi. Adama eləgəlir ki, maşın hərəkət etdikcə dağlar bir-birindən aralanıb sənə yol verir.Özü də tamam rahat bir yol. İnanın ki, mən bu dağ yolunun bu qədər rahatolduğunu başqa bir yerdə görməmişəm. Ola bilsin ki, ölkədən kənarda azolduğundan qarşılaşmamışam. Amma bizdə, istər Kəlbəcər, Laçın bölgəsində, istərLahıca gedəndə, istərsə də digər ərazilərimizdə yolların, xüsusilə dağ yollarınınbir narahatçılığını həmişə yaşamışam. Doğurdur, son illər bu məsələdə bir xeyliirəliləyiş var. Amma hələki Türkiyədə, Trabzonda gördüyüm həmin o şəhər dışıyolların rahatlığını burda təmin edə bilməmişik. Təbii ki, bunun bəlli səbəblərivar və onun bu yazıya heç bir dəxli olmadığına görə sakitcə mövzunun yanındankeçirəm. Çünki getdiyim bu yol rahatlığıyla mənə bir layla çalır. O laylanınovqatı isə tamam başqadı...

Zirvədən üzüaşağı axıb gələn şəlalələr o qədər durudu ki, onun bir çeşmə olduğu təəssüratıyaranır adamda. Üstəlik də həmin sular bir-birinin musiqisini sanki tamamlayır.Adama elə gəlir ki, bu irili-xırdalı şəlalələrin hərəsi bir not üzərində köklənib,ona görə də onların səsi rəngarəng harmoniyanın gözəl bir xalı təəssüratınıaçır insanın gözləri qarşısında. Bu təəssürat adamda o xalının naxışları kimibir möcüzənin qarşısında sadəcə susmağa, dinləməyə vadar edir səni. Şəxsən mənhəmin anda nə qədər diqqət yetirsəm də, bütün gözəllikləri, bütün naxışlarıtuta bilmirdim. Buna həm yol boyu bizi ötüb keçən maşınlar təsir edirdi, həm dəmənzərə çox cildlik kitablar kimi vərəqlənirdi. Onların hamısını qavramaq,onların hamısını görmək isə heç də asan deyildi. Və beləcə tunelləri keçə-keçəhəmin yolla irəliləyirdik. O uzun tunellərdə bəzən yandırılan işıqlar adama birxof da gətirirdi. Düşünürdüm ki, dağların altından keçən bu tunelləri insan zəkası,insan gücü dəlib keçəndə, görünür yeraltı dünyaların sirlərini, möcüzələrini dənəzərə alıb. Çünki bu qədər ağır yükün,yəni dağın altında hərəkət edən maşınların, xüsusilə ağır tonnajlı maşınlarınuğultusu o tunellərdə sanki boğulurdu, açıq havadakı kimi əks-səda doğurmurdu.Hətta havalandırma sistemi də elə işləyirdi ki, bu tunellərdə maşınlarınyaratdığı dəm qazı və digər zəhərləyici maddələrin təsiri hiss edilmirdi. Bax,bunun özü də həmin o təbii gözəlliyi azacıq da olsa tamamlayır, ona bir növükeçidi rahat edirdi. Yəni tuneldən öncə gördüyün gözəllik bir anda tunelin içərisindəitsə də, orda sıxılmırdın. Növbəti tunelə qədər yenə həmin mənzərə səni gözləyirdi.Düşünürəm ki, bu harmoniyanı qoruyub saxlayan yol işçiləri, mühəndislər,bütövlükdə isə bu torpağın adamları gözəlliyin nə demək olduğunu çox dəqiqbilirlər. Ona görə də burda yol adamı yormur və mən də yorulmaq barədə düşüncələrdənkilometrlərlə uzaqda idim. Çünki məni qoynuna gözəllik almadı. Həmin o gözəllikməni Ziqana dağının başında da gözləyirdi.

Dan üzü

Ziqana dağında

qarın

qurşağa çıxdığıyerdə

dayanıb

boyun əymişdim

içimdəki dərdə...

əlimdən

tutan dostum

ümid dolu

ürəyi,

gözü

Ziqana dağında

dan üzü -

məni də ovudur,

içimdəki dərdi də...

ayın,

günün bu çağında

qar üstdə

tüstülənənsamovar

mənə

pıçıldayır ki,

hələ

alışası

çox qor var

adı da

Ümid qoru!..

***

Yol uzanır vəbiz biz keçib gedirik bu yolu. Gedərkən diqqətimi uca bir yerdəki xatirəkompleksi çəkir. Əhməd bəydən soruşuram. Bildirir ki, burda alpinistlər qaruçqununa düşərək şəhid olub. Onların şərəfinə ucaldılıb. Pillələrlə qalxmaqlazımdı həmin o şəhid olduğu yerə. Qar isə qurşaqdandı. Birtəhər qalxmağaçalışırıq, amma mümkünsüz olur. Sadəcə, elə qarın içindəcə həmin abidəyəbaxıram. Onun üzərində dalğalanan ay-ulduzlu bayrağı seyr edirəm. Və bir dəburdan gəlib keçən maşınların həmin ərazidə necə sürətlərini aşağı saldığını.Bu abidəyə ehtiram əlaməti olaraq oradan astaca ötüb getdiklərini gözdənqaçırmıram. Tam səmimiyyətimlə deyim ki, bu məqamdan həm də duyğulanıram, kədərlənirəm.Yox, biz də qalxmalıyıq!

Bu da Ziqanadağının ən yüksək nöqtəsi. Yol burda burulur. Çox da sərt olmayan bir döngə.Əhməd bəy maşının Zehir Hüseynin yeməkxanasının önündə saxlayır. Əslində buböyük bir kompleksdi. Burda müsafirlər ailəlikcə istirahət də edib, namaz daqıla bilərlər. Hər şey o qədər səliqə-sahmanlıdı ki, özünü evindəki kimi hissedirsən. Xüsusilə adına gəldiyimiz Zehir Hüseynin bu ünvanda yaratdığı canlıbir muzey adamı haldan-hala salır. Müxtəlif əl işləri, sənət əsərləri, qədim vəantik əşyalar, bu yerlərin nemətlərindən nümunələr, ən vacibi isə bu ünvanınqonağa olan tanınmış insanların Zehir Hüseynlə birlikdə çəkdirdikləri fotolar.Onların arasında Abdulla Gül, Rəcəb Tayyib, Davudoğlu, millət vəkilləri,bakanlar, sənət adamları, bir sözlə, həm ölkənin, həm də onun hüdudlarından kənardatanınan ünlü simaları. Bu adamların hamısı Hüseyn bəyin qonağı olub. Oqonaqların sırasında bu gün biz də varıq. Və ikinci dəfə gəldiyimiz həminünvanda ev sahibi bizi artıq köhnə dostları kimi qarşılayır...

Hə, mən elə həmino doğmalığın içərisində ötən səfərdən ürəyimə yazıdığım bir sevgi şeiriniqeyri-ixtiyari xatırlayıram. Bilmirəm, zamana və mövzuya uyğundumu, amma ürəyimdənonu sizə demək keçir.

Fikir dəyirmanımı

Dənsiz qoyabilmirəm

Ürəyimi, gözümü-

Sənsiz qoyabilmirəm.

Ruhumu ağlimansız

Ümidsiz vəgümansız...

Hətta gülüm,dumansız-

Çənsiz qoyabilmirəm!..

Həyat acımazolub

Saçıma qırovdolub

Sənin - xatirənolub -

Mənsiz qoyabilmirəm!..

... Elə burda,bu dağın zirvəsində sizdən ayrılıram, özü də gələn şənbəyə qədər... Allaha əmanətolaq!

P.S. Dünən Əhmədbəyin 49 yaşı tamam oldu. Ürəkdən təbrik edirəm. İnşallah, 50 mükəmməl qeyd edərik!


TƏQVİM / ARXİV