adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
17 Aprel 2015 14:28
3834
ƏDƏBİYYAT
A- A+

Özbəklərə Naftalan möcüzəsi tanıdılır

Özbəkistanın Nizami Gəncəvi adına Daşkənd Pedaqoji Universitetində "Möcüzəvi Naftalan. Azərbaycan” adlı kitabın təqdimatı keçirilib. Bu barədə Universitetin professoru, ədəbiyyatşünas Saodat Muxamedova məlumat verib. O qeyd edib ki, kitab Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan mərkəzinin layihəsinə əsasən nəşr olunub. Kitab özbək və rus dillərindədir.

Tədbirdə Naftalan müalicə mərkəzi, onun tarixi, müalicə prosesi haqqında sənədli film nümayiş olunub. Naftalanın müalicəvi əhəmiyyətindən bəhs edən kitab tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.  

Layihə çərçivəsində özbək turistləri üçün Naftalana turlar da təşkil olunacaq.