adalet.az header logo
  • Bakı 20°C
17 Aprel 2015 13:49
4353
ƏDƏBİYYAT
A- A+

Keçmiş futbolçu Nazim Süleymanova kitab həsr olundu

Azərbaycan milli komandasının sabiq kapitanı, "Alaniya”nın heyətində Rusiya çempionu olmuş Nazim Süleymanovun 50 illik yubileyi ilə bağlı tanınmış yazıçı Varis kitab yazıb. Adalet.az xəbər verir ki, N.Süleymanovun karyerasından bəhs edən kitab "Bitməyən matç” adlanır. 

Kitab Azərbaycan və rus dillərində nəşr olunub. Beynəlxalq Mətbuat Mərkəzində təqdimatı keçirilən tədbirdə vaxtilə N.Süleymanovla birgə çiyin-çiyinə oynamış veteran futbolçularla yanaşı, Azərbaycan futbol ictimaiyyətinin digər nümayəndələri də iştirak ediblər. 

Tədbirdə iştirak edən yazıçı, "Neftçi”nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev çıxış edərək N.Süleymanov barədə xoş sözlər söyləyib. 

Çıxış edən digər qonaqlar da N.Süleymanovla bağlı düşüncələrini bölüşüblər.