İŞIĞI GENDƏN GƏLƏN

ƏBÜLFƏT MƏDƏTOĞLU
65815 | 2015-04-15 18:26

Hamı kimi mənimdə öz dünyam var və bu dünyanın da açar-kilidi öz əlimdədi. Sadəcə, ürəyimdəkiadamlar bu açarın yerini bilirlər və onlar günün istənilən saatında heç bir narahatlıqhissi keçirmədən, necə deyərlər, əndişələnmədən o dünyanın qapısını açıb içəridaxi olur, özlərinə aid yerdə müsafir olurlar və mən də bundan bir məmnunluqduyuram. Axı adətən hər adamı evə qonaq aparmırlar və hər adamı da evdəqarşılamırlar. Əgər evinə qonaq aparmısansa və yaxud da evində qarşılamısansa,deməli, bütün bunların sənə uyğun gələn, sənin parametrlərinlə az-çox uzlaşan məqamları,nüansları var. Onsuz inanmıram ki, kimsə kimi isə evinə qonaq çağırsın, evindəmüsafir etsin...

Burdabir məqam da var. O da təsadüfdür. Necə deyərlər, qapını bir Allah qonağı döyərvə sən də insanlıq naminə onun üçün qapı açarsan. Bax, bütün bunları düşünə-düşünə,necə deyərlər, ürəyimin ələyindən, xəlbrindən keçirib ağlımın süzgəcindədurulayıb üzü içimdəki adamlara tərəf baxıram. Bu adamların yeri də gözəldi, oyerlərdəki duruşları da, davranışları da və halal haqları da. Həmin adamlarınarasında sən də varsan. Nə qədər qəribə olsa da, sən yaş baxımından onlarınhamısından kiçik olsan da, amma mənim üçün içimdə olan adam kimi onların hamısıilə bir müstəvidə durursan... Bir çəkinin, bir ağırlığın, bir doğmalığınsahibisən və bunu...

İlkdəfə səninlə qarşılaşanda etiraf edim ki, daxilən bir qəribə hal keçirdim.Çünki baxışlarından, üz-gözündən o qədər işıq tökülürdü ki, mən onun gerçəkliyinəşübhə ilə yanaşdım. İnana bilmədim ki, cavan bir oğlanın gözündə, çöhrəsindəilk görüşdən bu qədər işıq ala biləcəm. Çünki zaman indi o qədər bir xaotikdurumun ünvanına, mayasına çevrilib ki, adamların içində, çöhrəsində ya işıqazalıb, ya da onlar bu işığı bilərəkdən arxa plana keçirirlər ki, çox da diqqətiçəkməsinlər. Amma sən bunu etməmişdin. Necə vardın, o cür də çıxmışdın qarşıma.Və mən də yazdıqlarımı, indicə söylədiklərimi bir anlıq düşünüb elə bilmişdimki, sən incəsənət adamısan, bir obraz yaradırsan. Amma xaloğlum Rafiq səni həkimkimi təqdim edəndə onda bayaqkı şübhəm bir az da artdı. İndi də fikirləşdim ki,yəqin insanların psixikasını, psixoloji durumunu yönəltməyi bacaran həkimsiniz.Bu yolla məni də "oxumaq", öyrənmək istəyirsiniz. Belə düşündüyüm birməqamda xaloğlum onu da vurğuladı ki, Babək həkim çox əlidüşərli bir cərrahdı.Özü də həmyerlimizdi, Füzulidəndi...

Bəli,bu təqdimat məni artıq əməlli-başlı qürurlandırmışdı. İnanın ki, belə bir cavanoğlanın, özü də bütünlüklə işığa bələnmiş bir varlığın qarşımda dayanması,onunla tanış olmağım, onunla kəlmə kəsməyim və nəhayət bir süfrə arxasındaözümüzdən, Qarabağ dərdlərimizdən, ədəbiyyatımızdan gen-bol danışıbbir-birimizin soykökümüzdən bugünümüzə qədər xəbər tutmağımız məni bütünlüklərahatlığın layları arasında duyğulanmağa, fəxarət hissi keçirməyə kökləmişdi.Düşünürdüm ki, oğlumun adaşı olan bu gənc həkim həm el-obamıza, həm millətimizəAllahın mükəmməl bir hədiyyəsidir. Zaman göstərdi ki, mən bu düşüncəmdəyanılmamışam...

Bəli,o, Füzuli rayonunun Araz kənarında yerləşən Dilağarda kəndində doğulub, özü dəziyalı ailəsində. Atası Mehman müəllimlə anası Əfruz müəllimə həm kənddə, həmrayonda, həm də bu bölgədə öz alicənablıqları ilə, həm xeyirxahlıqları ilə, həmdə yetirmələri ilə tanınıblar, seviliblər. Və bu gün də ömürlərinin müdrikçağında da onlar qonaq qarşılayıb məclis qurmağı, insanların hayına çatmağı,üstəlik də ali təhsil verdikləri övladlarıyla bir valideyn fəxarəti yaşamağıAllahın onlara lütfü kimi dəyərləndirirlər. Mən bunun canlı şahidi olmuşam...

Babəkhəkimlə 13-14 il bundan öncə tanış olduq, çörək kəsdik. Məhz həmin o gündən onaqanım qaynadı. Onun davranışı, onun məntiqi, xüsusilə səmimiyyəti, yəni məclisadamı olmağı mənim üçün bir tapıntı idi. Çünki mən onu bir əhli-hal kimi qəbuletdim və zaman-zaman da onu həm kənardan, həm daxildən bir yazı adamı olaraqincələdim, öyrəndim. Və gördüm ki, Babək yaşından çox-çox böyük insanlardanbiridi. Elə bir insandı ki, o, qarşısında dayanana həm sayğı göstərir, həmdavranışı ilə ondan sayğı qazanır, həm dəbütün jestləri ilə hər kəsin diqqətini özünə çəkir. Ən qaraqabaq adambelə onun davranışından, onun söhbətindən, onun işığından dərhal dirçəlir. Yənibir az obrazlı desəm, Babək həkimdəki müsbət aura bütün buzları əridir. Sankio, adamların əhvalını müsbət istiqamətə tuşlamaq üçün bu dünyaya gəlib. Özü dətuşlamağa yox, həm də onları özünün şəfalı əlləriylə, savadlı yönətməsiylə ailəyə,cəmiyyətə qaytarmaq üçün doğulubdu Babək həkim.

Tanışlığımızget-gedə dostluğa, doğmalığa çevrilirdi. Bu da səbəbsiz deyildi. Yəni həm Babəkdəkimüsbət çalarlar, həm bizim ortaq dostlarımız, həm də Babəkin ədəbiyyatasevgisi, mətbuata marağı bizi bir-birimizə doğru maqnit kimi çəkirdi. Üstəlik dəmənim loğmanlara, təbiblərə olan həm səhhətimlə bağlı tələbatım, həm də bu sahəninadamlarının əksəriyyətinin intellekt sahibi olması demək olar ki, bizi artıqbir ailəyə çevirirdi. Burada bir nüans da var idi. O da Babək həkimin mənim ailəmlə,mənim də onun həyat yoldaşı, həm də cərrah olan Solmaz xanımla, eləcə dəövladları və valideynləri ilə tanışlığım həmin o doğmalığı yüksələn bir xəttüzrə şaxələndirib genişləndirirdi. Günlərinbirində mən təkcə özüm yox, həm də tələbə dostum barəsində oxuculara məlumatverdiyim Firudinlə birlikdə Babək həkimin doğulduğu evdə, valideynlərininyaşadığı ünvanda qonaq oldum. Bax onda Babəkin həmin o mənim öz təsiri altınasalmış psixoloji gücünün ipucunu tapdım. Gördüm ki, gendən gəlir bütün bunlar.Çünki...

Bəli, Beyləqanda,cəbhə bölgəsində 90-cı illərin əvvəlləri idi və qaçqın həyatı yaşayandoğmalarım da burada məskunlaşdıqlarından demək olar ki, rayonun mövcudproblemlərini onlar da yaşayırdılar. Təqribən 1996-cü il idi. Özü də dekabrayı. Bacım təcili əməliyyat olunmalı idi. Beyləqanda bu işi görəcək həkimtanımırdım. Yəni güvəndiyim bir kimsə yox idi. Fikir məni götürmüşdü. İş elə gətirdiki, dostlar bir araya gəldik. Çay süfrəsi arxasında mənim fikirli olduğumu hissedən Babək həkim nə baş verdiyini soruşdu. Məsələni açıb ona dedim. Gülümsədi.

- Elə buna görədilxorsunuz? Çayınızı için. Sabah sübhdən yola çıxarıq. Əməliyyatı özüm edərəm,sonra da qayıdıb gələrik! - dedi.

Elə bil üstüməgün doğdu. Bir anlıq içimdəki fərəh hissi güvənc hissinə qovuşub məni tamambaşqa bir adama çevirdi. Məclisin də ovqatı dəyişdi. Elə oradaca Firudinə zəngvurdum. Səhər saat 6-ya vaxt təyin etdik. Sonra da Beyləqanla əlaqə saxladım.Bacımı xəstəxanaya yerləşdirmələrini tapşırdım...

Səhər deyilənvaxt yola çıxdıq. Biz Beyləqana çatanda artıq xəstəxanada gərəkli işlərinhamısı görülmüşdü. Babək həkim birbaşa əməliyyat otağına getdi. Bir neçəsaatdan sonra o, əməliyyat otağından çıxanda mən xalatımın üstündəki bir neçədamla qana və bir də gözlərinə baxdım. Gözlərində həmin o təbəssüm, amma üzündəbir az yorğunluq var idi. Ona baxdığımı görüb:

- Hər şey əlaoldu. Narahat olma

ya bilərsiniz, -dedi.

Lap sonralar öyrəndimki, Babək həkim bir anda iki əməliyyatı gerçəkləşdirib. Amma bunu mənə deməyib.İstəməyib narahatçılıq yaratsın. Üstəlik dəözünə güvəndiyindən, işini səliqəli gördüyündən heç nə dilə gətirməyib.Və mən onun icazəsi ilə reanimasiya otağına köçürülən bacıma yaxınlaşıb halınısoruşdum. Gözləriylə yaxşıyam dedi.

İnanın ki, həyatayenidən qayıtmış bir ovqatla xəstəxanadan çıxıb bir stəkan çay içmək üçünyaxınlıqdakı yeməkxanaya gedəndə mən elə bil ki, yerimirdim, uçurdum,havadaydım. Süfrə açıldı, çay gələndə yadıma düşdü ki, biz səhər də çay içibçörək yeməmişik. Ona görə də səhərlə günortanı bir-birinə qatdıq. Yanımızda əyləşmişFirudin də bir yorğun görkəmiylə bizə elə baxırdı ki, sanki bütün bunların onsuz baş verdiyinə etirazedirdi. Bax, mən onda Babək həkimin hansı duyğunun, hansı diqqətin sahibiolduğunun bir daha hiss etdim, gördüm. Belə ki, əlimdəki badəni yuxarı qaldıranBabək həkim gözləmədiyim halda:

- Əbülfət müəllim,deyirəm bəlkə bu gün şəhərə qayıtmayaq? Firudin müəllim də bir istirahət eləsin.Yoxsa biz yeyib-içirik, o da kənardan dayanıb baxır, - dedi.

Bu təklifə məndənöncə Firudin:

- Həkim, bunubayaqdan söylə də, - dedi.

Beləcə, məclisartıq necə deyərlər, bütün iştirakçıların ürəyincə olan bir durum aldı. Bizsüfrədən qalxanda arıtq toran qarışmışdı. Necə deyərlər, tək-tək ulduzlar dagörünürdü. Etiraf edim ki, doğmalarımın yaşadığı mənzillərdə Babək həkimi yerləşdirmək,yəni bu qaçqınların sığınacağında onun da müsafir olması məni çörək yediyimizanda da düşündürmüşdü. Qərar vermişdim ki, mehmanxanaya gedərik. Babək burda daməni "oxudu"... burda da məni qabaqladı. Maşına yaxınlaşanda:

- Bizim kəndəgedəcəyik. Həm ağsaqqallarla görüşə, həmdə Arazın mehi vursun bizi! - dedi.

Bəli, biz Mehmanmüəllimin qapısını döyəndə artıq kənd yatmışdı. Amma Əfruz müəllimə ilə Mehmanmüəllim qonaqlarını gözləyirdi. Otaqda odun sobası elə çırthaçırtla yanırdı ki,elə bil bu evdə hər şey bir hərarətə, bir sevgiyə bürünübdü. Qarşılanma da,açılmış süfrə də, otağın özünün temperaturu da. Əməlli-başlı bir harmoniya idi.Samovar da süfrənin yuxarı başında öz zümzüməsini edirdi...

Sübh yuxudanoyananda yenə sobanın eyni qaydada yandığını, yenə süfrənin eyni qaydadaaçıldığını və səhər yeməklərinin bizi gözlədiyini gördüm. Mənə elə gəldi ki, həmingecə Əfruz müəllimə ancaq oğlunu və onun qonaqlarını düşünür. Onların rahatlığıüçün çeşid-çeşid yeməklər hazırlayır, süfrə bəzəyibdi. Mən bu evdə bir dahaanladım ki, gendən gələn nədisə, o insanın əməlində də, üz-gözündə də həttanitqində də özünü büruzə verir. Deməli, Babək həkimin canında-qanında olan işıqməhz bu valideynlərdən qaynaqlanıbdı, bu evdən, bu ocaqdan pərvəriş tapıbdı...

Bu gün tibb elmlərinamizədi, Tibb Univesitetinin aparıcı müəllimi olan Babək Zeynalov həm də mənimiçimdə bir işıq ünvanıdı. Mən demək olarki, ən xoş anımdan tutmuş ən narahat anıma qədər içimdə. Ailəmdə baş verənlərinhamısını onunla bütün çılpaqlığı ilə, bütün səmimiyyətimlə bölüşürəm. Üstəlik,onun təkcə həkimliyi, ziyalılığı yoxdu. Həm də yoldaşlığı, insanlığı məni özaurasında saxlayır. Heç də təsadüfi deyil ki, o, həm mənim dostum, həm ailəminüzvü, həm içimdə olan adam, həm də ailəmizin həkimidi. Üstəlik, onun hər biruğuru bizim ailənin uğuru qədər doğmadı. Və bu 15 ildə mən onu təkcə görüb tanımadım, həm də kəşf etdim.Düşünürəm ki, yalnız işıqlı adamlar kəşf olunurlar. Onlardan biri də Babək həkimdi!..

ƏbülfətMƏDƏTOĞLU


TƏQVİM / ARXİV