adalet.az header logo
  • Bakı 20°C
15 Aprel 2015 15:46
3555
ƏDƏBİYYAT
A- A+

Bakıda Qabriel Qarsiya Markes anılacaq

Kolumbiyanın Azərbaycandakı səfirliyi tərəfindən aprelin 16-da böyük kolumbiyalı yazıçı Qabriel Qarsiya Markesin anım mərasimi keçiriləcək. Səfirliyin məlumatına görə, Bakı Müasir İncəsənət Muzeyində keçiriləcək tədbirdə Azərbaycan hökumətinin, ölkədə akkreditə olunan diplomatik korpusunun, yerli Latın Amerika icmasının nümayəndələri, alimlər, rəssamlar, yazıçılar və KİV əməkdaşları iştirak edəcək.

Tədbirdə kolumbiyalı yazıçı Oktavio Eskobar da iştirak edərək tədbir iştirakçılarına ədəbiyyat üzrə Nobel mükafatının kolumbiyalı laureatının həyat və yaradıcılığı, həmçinin müasir Kolumbiya ədəbiyyatından bəhs edəcək.

Tədbirdə kolumbiyalı fotoqraf Nereonun çəkdiyi Q.Q.Markesin fotoşəkillərinin sərgisi nümayiş olunacaq.

Qeyd edək ki, məşhur yazıçı ötən il aprelin 18-də 87 yaşında dünyasını dəyişib.