adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
15 Aprel 2015 12:37
8641
MƏMLƏKƏT
A- A+

“Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna dəyişiklik edilir

Layihə parlamentin növbəti iclasında müzakirəyə çıxarılacaq 

 

 

Azərbaycanda sərbəst toplaşmanın təşkili ilə bağlı qaydalarda dəyişiklik edilir.

 

Milli Məclisdən Adalet.az-a verilən məlumata görə, bununla bağlı "Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun 10-cu (Toplantı haqqında müvafiq icra hakimiyyəti orqanının qərarlarının toplantı təşkilatçılarına çatdırılması) maddəsinə dəyişiklik təklif olunur.

 

Dəyişikliyə əsasən, toplantı haqqında müvafiq icra hakimiyyəti orqanlarının qərarları tədbirin təşkilatçılarına onun keçirilməsinə artıq azı 3 iş günü qalmış yox, ümumiyyətlə 3 gün qalmış yazılı şəkildə çatdırılmalıdır. Layihədə o da bildirilir ki, həmin qərarlar aydın və əsaslandırılmış olmalıdır.

 

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və növbəti iclasda müzakirəyə çıxarılacaq.