adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
15 Aprel 2015 11:27
10218
DÜNYA
A- A+

Davudoğlunun erməni müşaviri “soyqırımı” dəstəklədi

Roma Papasından sonra Türkiyənin baş naziri Əhməd Davudoğlunun erməni müşaviri Etyen Mahçupyan da "soyqırımı” ifadəsi işlədib.

Adalet.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, erməni müşavir belə deyib: "Bosniya və Afrikada yaşananların soyqırımı olduğu qəbul edilərkən, 1915-ci ildə ermənilərə edilənlərə soyqırımı deməmək qeyri-mümkündür".

Mahçupyanın sözlərinə görə, Roma Papasının açıqlamasında siyasi nəsə axtarmağa heç bir ehtiyac yoxdu: "Həm ermənilər, həm də qeyri-ermənilər üçün soyqırımı sözünün siyasi tərəflərindən daha çox, psixoloji tərəfləri var".