hacklink Adalet.az | QARABAĞ 1988-2010 Adalet.az | QARABAĞ 1988-2010 Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

QARABAĞ 1988-2010

(Səkkizinci yazı)

24809    |   2010-09-18 01:59
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Qonşularımıza duyduğumuz nifrət soyumayıb və torpaq tələbimiz öz qüvvəsindədir. Bizim vətənpərvərliyimizlə Türk düşmənçiliyimiz bir-birinə qarışıb. "Soyqırım" bizim üçün hələ də özümüzü tanımaq resepti kimi öz yerindədir.
   
   ...Gözə girmək və yaltaqlıq eləmək həyat tərzimiz olub. Biz gizli casusluğu, satılmağı və riyakarlığı gözüyumulu qəbul edən bir millətik!"
   
   Vardan Arutunyan Hüquq və Müstəqillik Təşkilatının Sədri-İrəvan
   
   İndiyə kimi ermənilər, yəni haylarla bağlı yazılarımın tamamında bu xalqın tarix boyu imperialist qüvvələrin qanadı altında yaşadığını, onların sayəsində vassal bəyliklər qurduğunu və bu güclərin zəifləməsindən, tənəzzülə məruz qalmasından sonra da hayların bəyliyinin axıra çatdığını, daimi olaraq qoltuqlarda yaşamalarının onlarda xalq olaraq alçaqlıq psixologiyası yaratdığını, bu hissin də onları qorxaq elədiyini və bu qorxaqlığın da özlərində ifrat dərəcədə vəhşət və qəddarlıq duyğusu yaratdığını yazmışdım. Məqalənin əvvəlində təqdim etdiyim cümlələr, qədim Türk şəhəri olduğu halda etnik təmizliklə bir dənə də Azərbaycan Türkünün yaşamasına icazə verilməyən, Türkə məxsus bütün mədəni abidələri (Göy Məscid xaric) kin-küdurət dolu bir vandalizmlə yerlə yeksan edilən İrəvan şəhərində yaşayan Hay irqinin Vardan Arutunyan adlı nümayəndəsinə məxsusdur.
   
   Bir gün gəlip 19-cu əsrdən üzübəri haylara qol-qanad açdığı zənn edilən, əslində ermənilərdən öz maraqları istiqamətində maşa kimi istifadə edən rusların hakimiyyəti axıra çatdıqda və gücləri qurtardıqda, eynilə Sovetlər Birliyi kimi darmadağın olduqda, bir sözlə bildirçinin bəyliyi darı sovuluncaya kimidir sözü həqiqət olduqda, haylara tarixi qol-qanad olub əsrlər boyu bəslədiyi və ona "sadiq təbəə" adını qoyduğu, ancaq onların böyük bir vəfasızlıq nümunəsinə çevrilib xəyanət elədikləri Türkə qarşı hansı dillə danışacaqlar, düzü bu mənim üçün çox maraqlıdır. İnşallah o günləri də görər və o anları da yaşayaram. O an gəlib çatdıqda hayları Qərbi Azərbaycanda hansı qüvvə tutub saxlayacaqdı?! Onlar bu tarixi Türk torpaqlarında nə cür yaşayacaqlarını, ya da yaşaya biləcəklərini zənn edirlər?!
   
   İllik məzuniyyətimi keçirmək üçün Bakıdayam. 1988-ci ildə sevincdən göyə uçaraq getdiyim əzəli və əbədi torpaqlarımızın bir parçası olan Qarabağa sonrakı illərdə iki dəfə daha getmişdim. Birində Xocalı Soyqırımı üçün dava dərman və tibbi vəsait aparmaq, digərində də hayların yaratdığı əsrin vəhşətinin sənədli filmini çəkmək, onların Türkə qarşı duyduqları kinin və nifrətin səviyyəsini tarixə miras buraxmaq üçün getmişdim.
   
   1988-ci ilin üstündən düz 22 il ötüb. əziz, istəkli yazıçı və millətvəkili dostum Aqil Abbas axşam zəng elədi və "Sabah səni Qarabağa aparacağam bütün planlarını təxirə sal!" dedi. Hədsiz sevinc hissi keçirib təşəkkür elədim. Qarabağımızı illər sonra görməyə gedəcəkdim. Axşam, deyilən vaxtda oyana bilmərəm deyə telefonumun zəngini altının yarısına qurdum və yatdım. Bədən dilim məni telefonumun zəngindən yarım saat qabaq oyandırdı. Durub hazırlaşdım və qərarlaşdırdığımız yerə getdim, gördüm Aqil Bəyin maşını orda məni gözləyir. Qohumunun sürdüyü maşına minib salamlaşdım və Aqil Bəyi də Badamdardakı evindən götürüb gün doğmadan 15 İyun günü yola düşdük. Aqil Bəy, yola düzəldikdə dua oxuyub qurtardıqdan sonra "Hansı yoldan gedək?" dedikdə, "Kürdəmir yolundan gedək" deyə xahiş elədim. Bu yol biraz dağlıq, qalan hissəsi yayları həddən artıq isti və qışları da soyuq keçən bir iqlimə malik yerlərdədir. Sovetlər Birliyi vaxtında bu yolla getdiyimdə düzünü deyim çaş-baş qalmışdım. Dünyanın ikinci super gücünün hakimiyyəti altına salınmış hər yanından sərvət axan Azərbaycan cümhuriyyətində soyuq asfalt döşənmiş həm gedişli həm də gəlişli yolda bir neçə yerdə yeməkxana vardı. Bölgə taxıl, meyvə və pambıq ambarı olmasına baxmayaraq həddən artıq kasıb görünürdü və lazımi qayğının göstərilmədiyi açıq-aydın göz qabağındaydı. Təkcə burasıə 1988-ci ildə Bakıda, Azərbaycan Pedaqoji İnstitutu müəllimi olan dostum Prof. Dr. Vilayət Əliyev bizi evinə qonaq dəvət eləmişdi. Gecə saat on radələrində oğlu İlham Bəy məni çağırıb eyvana çıxartdı. Gördüyüm mənzərə qarşısında dəhşətə gəlmişdim, Bakı göylərinə sanki ulduz yağmışdı. İlham Bəy, barmaqlarını neft buruqlarına sarı tuşlayıb dedi: "əgər buralardan dartıb çıxardılan neftimizin onda birini bizə versəydilər evlərimizin qapısının qolu qızıldan olardı, ancaq ruslar gəlib sərvətimizi sümürüb aparır və bizim haqqımızı niyə vermirsiniz diyənləri də ya Sibirə yollayır ya da güllələyir". Onun dediyi bu cümlə, 1988-ci ildə hər anı bir ömrə bədəl olan 38 gün qaldığımız Azərbaycanda daim qulaqlarımda cingildədi və hər getdiyim yerdə bu sözlərin nə qədər real olduğunu başa düşməyə cəhd etdim. İlham qardaşım hələ az demişdi, çünkü Azərbaycandan Moskvaya dəhşətli bir sərvət axıdılırdı. O sərvət 1990-cı illərdən sonra Moskvanın əlindən çıxan kimi də Azərbaycanın başına rusun əliylə etnik təmizlik, Xocalı Soyqırımı və torpaqlarının işğalı bəlası açılmışdı.
   
   Sovet dövründən fərqli olaraq gedişli və gəlişli hala gətirilərək çəkilən cüt yolla Kürdəmirə çatdığımızda yol üstündə olan və illər əvvəl gördüyüm yeməkxanada səhər çörəyini yedik. Gördüyüm dəyişiklik məni çaşdırmışdı. İllər əvvəl gördüyüm yerlərə sanki görünməyən ovsunlu bir əl toxunmuş və hər yan insanı valeh edəcək gözəlliyə bürünmüşdü. Hərb, soyqırım, işğal, böyük bir qaçqın və köçkün problemiylə üzləşsə də qardaş Azərbaycan dövləti yaralarını qısa zamanda bağlamış və ölkəni Sovet dövrünün üfunətli qalıqlarından təmizləməyə başlamışdı. Maşınımız Qarabağ bölgəsinə daxil olduqda gördüklərimə inanasım gəlmədi, çünkü Sovet dövrünün o kasıb görünüşü rədd olub getmiş, hər kənd və şəhər köhnə qabığını soyunub tökərək təptəzə libaslarını geyinmiş bir çöhrə ilə məni qarşılamışdı. 1966-cı ildə Ağcabədi şəhərinə "Qafqaz Ulduzu" adlı sənədli filmi çəkmək üçün gəlmişdik. İndiki gəlişimiz isə mərhum dövlət başqanı Heydər əliyevin hakimiyyətə gəliş gününü yad etmək və şəhərdə tikiləcək "Şahmat Gənclik Mərkəzi"nin özül qoyma mərasimində iştirak etmək üçündü. Şəhərin başçısı Şahin Məmmədov, Ağcabədi bölgəsinin millətvəkili Tahir Rzayev və şəhərin idarəçiləriylə birlikdə xalq da bizi, daha düzü bölgənin millətvəkili Aqil Bəyi gözləyirdi. Şəhər əhalisi, dəhşətli isti olmasına baxmayaraq axın-axın mərasim yerinə gəlmişdi. Binanın özülqoyma mərasimi həddən artıq təntənəli oldu. Mərasimdən sonra Aqil Bəylə şəhəri dolandıq. 1966-cı ildə gördüyüm Ağcabədi getmiş, yerinə cənnətdən bir guşə gəlmişdi. O vaxtkı Ağcabədini gözlərimdə canlandırdım və indiki ilə müqayisə elədim, indikini əsla tanıya bilmədim. Şəhərin yönəticisi (Raykom da katib də yad söz olduğuna görə işlətmək istəmirəm) Şahin Bəy və digər idarəçilərə onlara sərhədsiz hörmət və məhəbbət bəsləyən bir qardaşları olaraq sonsuz təşəkkürlərimi təqdim edirəm. Üç-dört kilometr o yanda olan və rusların köməyi ilə Ağdam şəhərini tutaraq o gözəl şəhəri yerlə yeksan eliyən haylara qarşı Ağcababədi necə deyərlər gözdağı idi. Şəhərin böyük küçələrindən birinin adı Məmməd Əmin Rəsulzadə, digərininki isə Füzuli idi. Tarixinə və mədəni dəyərlərinə sahib çıxan, onları gözünün giləsi kimi qoruyan Şahin Bəy və digər idarəçilər hər cürə təqdirə və mədhə layiqdir.
   
   Aqil Bəylə şəhərdən çıxıb ətraf kəndlərə yönəldik. Boyat, Hindarx, Evoğlu kəndlərini arxada qoyub Ağdama sarı getdik. Bu yoldan 1988 və 1992-ci illərdə keçib Aqil Bəyin dediyi kimi bazarında hər cürə şeyin satıldığı Ağdam şəhərinə getmişdim. Hərbçilərin dayandığı axırıncı posta çatdıq, Aqil Bəy əsgərlərdən yola uzadılan maneəni qaldırmalarını istədi, ancaq onlar "buradan oyan yasaqdır" dedi. Aqil Bəy məni göstərdi və "Türkiyədən gəlib onu axıra kimi aparmaq istəyirəm" dedikdə əsgərlər yola uzadılan ağacı qaldırdı və yolun enləməsinə qazılan nöqtəsinə kimi getdik. Erməni səngərləri ilə aramızda ancaq 150-200 metr məsafə vardı. Yandırılmış, dağıdılmış Ağdam şəhəri gözyaşı tökərək əzəli və əbədi sahiblərini gözləyir, mən isə ürəyim min parçaya bölünmüş halda uzaqdan ona tamaşa edirdim. O andaki duyğularımı heçbir sözlə dilə gətirə bilmərəm, sözlər o hisslərin qarşısında aciz qalır. Vətən müdafiəsini ürəklərində duyan və onun məsuliyətini çiyinlərində daşıyan igid əsgərlərlə birlikdə fotoşəkil çəkdirip qayıtdıq. Aqil Bəyin yazdığı, oğlum Alpərtunqa ilə birlikdə Türkiyə Türkcəsinə köçürdüyümüz və "Bəngü" nəşriyyatı tərəfindən buraxılan "Dolu" adlı romanda adı çəkilən "Azər Hüseynin Restoranı"nda romanın qəhrəmanı "Komandir"in kəhrizdə kiçik balıqlarla suyun mənbəyinə sarı üzərək ruhunu Tanrısına təhvil verdiyi yerdə oturub bir istəkan çay içdik. Ruhum məngənəyə salınmış kimi idi. Biraz o yanlar sənin dədə-babanın torpaqları olsun, ora üçün hərəsi bir dünyaya bədəl olan igidlərini qurban ver, onların şəhid ruhlarının cövlan etdiyi yerlərdə düşmən çəkməsi dolansın və sənin müqəddəs torpaqlarını murdarlasın, sən də əli-qolu bağlı bir şəkildə heçbir şey eliyə bilmə. Bu duyğu məni pərişan edirdi. Altında oturduğumuz sarı söyüdlər də mənim düşdüyüm halı əks etdirərcəsinə başlarını aşağı əymişdi.
   
   (Hamının keçmiş Ramazan Bayramını səmimi qəlbdən təbrik edirəm. İnşallah gələn bayramı doğma diyarımız Ağdamda, Şuşada keçirərik. Allah arzularımızı çin eləsin.)
   
   (Davam edəcək)


YAZARIN ARXİVİ

2019-02-26 : SALAMLARLA
2018-06-01 : SON ZƏNG
2018-04-28 : YALANÇININ ŞAMI
2018-02-24 : TARİXİ ADDIM
2017-10-21 : NƏ YAZIM?
2017-03-10 : XOCALI-DӘNİZLİ
2017-03-04 : XOCALI-DӘNİZLİ
2016-12-17 : Etimad, kimə???
2016-11-12 : TANRININ DOSTLARI
2016-09-24 : Salam, Dostlar
2016-05-28 : ATA YURDUMUZDA
2016-03-05 : XOCALI HƏFTƏSİ
2015-12-30 : YENİ İL
2015-12-26 : BİZİM DÜNYAMIZ
2015-12-05 : KÜLƏK ƏKƏN...
2015-11-28 : ÜÇ GÖMRÜK
2015-10-31 : SEÇKİLƏRİMİZ
2015-10-17 : KÖÇÜMÜZ
2015-08-29 : ALTAYDAN QAFQAZA
2015-06-20 : KİMDİR QATİL?!
2015-06-06 : LÜKSEMBURQDAN
2015-05-02 : 24 NİSAN
2015-03-14 : 8 MARTIN ARDINDAN
2015-03-07 : XOCALINI ANLAMAQ
2014-12-27 : BODUN
2014-11-29 : XƏZƏRİN MEHİ
2013-10-26 : XƏYALİ
2013-10-05 : ZEHTABİNİ ANDIQ
2013-09-28 : SAĞ OL, BAKI
2013-08-17 : KEÇƏN GÜNLƏR
2013-08-03 : BELƏ DÜNYANIN
2013-03-30 : BAYRAMIN ƏZABI
2013-03-16 : XOCALI HƏFTƏSİ
2013-02-02 : ADIMIZLA BAĞLI
2012-11-21 : VAXT
2012-11-17 : VAXT
2012-09-01 : TİFLİS-BAKI
2012-04-07 : İNGİLİS OYUNU
2012-02-25 : XOCALI DƏRDİ
2011-10-29 : VƏHHABİLİK
2011-10-08 : VƏHHABİLİK
2011-09-17 : ELƏ GÜVƏNMƏK
2011-09-10 : ALTAY BİLİK
2011-08-13 : NƏJDƏT QOÇAQ
2011-06-04 : 28 MAYI ANLAMAQ
2011-05-28 : YALANÇININ ŞAMI
2011-04-16 : SİZ NƏSİNİZ?
2011-04-09 : ANA - OĞUL
2011-03-12 : ONLAR VƏ BİZ
2011-02-26 : XOCALI SOYQIRIMI
2011-02-05 : QURULTAYIMIZ
2011-01-29 : MAŞA SARKİSYAN
2010-10-30 : BAKI QEYDLƏRİ
2010-10-02 : AXTA-MAR
2010-07-10 : 35 QURUŞ
2010-05-15 : ZİDDİYYƏT
2010-04-24 : BAYQUŞLAR
2010-02-27 : TÜRKÜN ANALARI
2010-02-13 : ÇİÇİ
2009-11-27 : TÜRK MİLLƏTİ
2009-10-31 : BAYRAQ
SON XƏBƏRLƏR
2019-11-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK