adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
14 Aprel 2015 07:31
5042
DÜNYA
A- A+

Gülənin 29 adamı həbs edildi

Türkiyədə terrorçu elan olunan Fətullah Gülənin 29 adamına həbs qərarı verilib.


İstanbulun 20 rayonunda aparılan əməliyyatda 29 nəfər saxlanılıb. Onların arasında İstanbul polis rəisinin müavini Mahir Çakallının da olduğu bildirilir.

Saxlanılan şəxslər tibbi müayinədən keçirildikdən sonra İstanbul polis idarəsinə aparılıb.

Şübhəlilər casusluq, qeyri-qanuni dinləmə, şəxsi məlumatları toplamaq, saxta sənədlər hazırlamaq və hökümətin işinə mane olmağa təşəbbus etməkdə ittiham olunurlar.

Qeyd edək ki, 2013-cü ilin dekabr ayından başlayaraq Fətullah Gülənin rəhbərlik etdiyi dini şəbəkəyə qarşı ardıcıl əməliyyatlar həyata keçirilir.