adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

Deyilən sözlərin içində sözlə deyilməyən SÖZ var: "O SÖZ"

RZA RZAYEV
41356 | 2011-02-07 16:27
(əvvəli ötən şənbə sayımızda)
   
   
   
   Çünki dövlət və cəmiyyət fərdin,şəxsin problemlərini həll etmədikdə fərd dövlət və cəmiyyət üçün problemə çevrilir.Fərdlərin problemə çevrilməməsi üçün onlar özlərini ifadə etməlidirlər.Fərdlər özlərini tam ifadə etdikdə dövlətin,cəmiyyətin inkişafı, bütövlüyü, tərəqqisi, yüksəlişi üçün potensial yaranır.
   
   Elə cəmiyyət qurulmalıdır ki, şərait yaradılmalıdır ki, fərdlərin içərisində gizli qalan potensial,istedat üzə çıxa bilsin.Necə ki, müharibədə insanların gizli qalmış mərdliyi, iradəsi üzə çıxır.
   
   XXI əsr fikrin, düşüncənin maddiləşdiyi əsrdir.Biz yazdıqlarımızı, çəkdiklərimizi, kəşf etdiklərimizi maddiləşdirməliyik, kapitala çevirməliyik.Maddi dəyərlər yaratmalıyıq.Dünyaya maddi dəyərlərimizi tanıtmalıyıq.
   
   Bu gün sahibkar milli adət-ənənələrə riayət etməli, milli dəyərləri qorumalı, dini qayda-qanunlara əməl etməlidirlər ki,maddi dəyərlər yarada bilsinlər.
   
   Bu gün sahibkarlar anlamalıdırlar ki, Azərbaycan millətinin, dövlətinin varlığı, inkişafı bütövlüyü, tərəqqisi, onların var-dövlətlərinin, kapitallarının, sərvətlərinin qarantiyasıdır.Buna görədə onlar millətimizin, dövlətimizin inkişafı, tərəqqisi, bütövlüyü uçün əllərindən gələni etməlidirlər.
   
   Demokratiya və insan haqqlarından danışan insanlar, dövlətlər demokratiya öz təsdiqini Qarabağda işğal olunmuş torpaqlarda, insan haqqları yer-yuvasından qaçqın, didərgin düşmüş insanların həyatında təsdiqini tapmalıdır.
   
   Azərbaycanda demokratiya var inkişaf edir, insan haqları qorunur. Azərbaycanda demokratiya və insan haqlarına qəsd edənlər torpaqlarımızı işğal edənlər, ona dəsdək verənlər, bu haqsızlıqlığa göz yumanlar və bu haqsızlığa etiraz etməyən dövlətlər, beynəlxalq təşkilatlar, demokratiyanın qarantı olan dövlətlərdir. Onlar demokratiyanı heç bir dövlətin iç işi hesab etmirlər, lakin Azərbaycanda demokratiya və insan haqqlarına qəsd edənləri cəzalandırmırlar və cəzalandırmağada imkan vermirlər.
   
   Bu gün dünyada gedən mübarizə heç kimin olmayanı, əldə etmək mübarizəsi deyil.Kiminsə əlində olanı, onun əlindən almaq mübarizəsidir.Əlimizdə olanı saxlamaq mübarizəsi aparırıq.Kiminsə əlində gözümüz yox.
   
   Bir dövlətdə,cəmiyyətdə süni yaradılmış problem öz həllini ədalətli tapmayanda, o, gələcəkdə dünyanın potensial ortaq probleminə çevrilir.Fəsadları dünya üçün böyük olur.
   
   İtirdiyimiz regionlarda doğulan şəxsiyyətlərin ən azı doğum tarixi o torpaqların bizim olduğunu təsdiq edir.Həm də həmin tarix həmin şəxsiyyətlərin yaratdığı fikirlərin,ideyaların doğum tarixidir.
   
   Doğulduğumuz bölgə vətən səmasını, göyünü ilk dəfə gördüyümüz, vətən torpağına ilk dəfə ayaq basdığımız,vətən kəlməsini ilk dəfə eşitdiyimiz məkandır.
   
   İnsan ibadət edəndə, Allah qarşısında duranda, Allahla rabitəyə girəndə də sözlə əməlin, hərəkətin vasitəsindən istifadə edir. Bu, namazdır. Namaz sözlə hərəkətin sintezidir, vəhdətidir. Tək sözlə ibadət də mümkün deyil. Deməli möcüzəni sözlə əməl birlikdə yaradır.
   
   Sözü düzgün deməyəndə, fikiri düzgün ifadə etməyəndə insan demək istəmədiyini deyir.
   
   Biz nəyə qarşıyıq, nəyi istəmirik, onunla üz-üzəyik.
   
   Populyarlıq - evdə bədbəxt olanların çöldəki xoşbəxt görüntüsüdür.
   
   Yazılanlar, deyilənlər dünyanı pislikdən, şərdən xilas etməsə də,yazılan sözlərdir, deyilən fikirlərdir dünyanı bu günə qədər yaşadan.
   
   İnkişaf ənənələrin köməyi ilə olmalıdır.Ənənələri inkar edən inkişaf müvəqqətidir.Sonrakı mərhələdə geriyə addımdır.
   
   Söz vaxtında, zamanında deyilməyəndə problemlər yaradır.Vaxtında, zamanında bizim sözümüzü deyən insanları yetişdirməliyik, hazırlamalıyıq.
   
   Dəyişilik unudulanın və mühüm olanın tapılmasına, bərpasına yönəlik olmalıdır.
   
   Tənqid edən kəs normativ standarta malik olmalıdır ki, tənqidi həmin standartın mövqeyindən çıxış edərək həyata keçirə bilsin.
   
   Hegel təsdiq edir ki, mövcud olan hər bir şey həmişə daha yüksək sintez formasında saxlanılır.
   
   Dəyişməyənlə dəyişən yaşamaq haqqı qazanır.
   
   İnsan yaşadığı dövrün, zamanın oxşarıdır, həm də onu dəyişəndir.
   
   Məgər üslubu, formanı, düşüncəni dəyişmək üçün insanı da başqası ilə dəyişmək lazımdır?
   
   Əkin əkən şəxsin anbarı boşalsa da, tarlası yaşıllaşar. (Mövlanə)
   
   
   
   "O SÖZ"
   
   
   
   Deyilən sözlərin içində sözlə deyilməyən "SÖZ" var. "O söz" xilas edəcək dünyanı.İnsan yaranandan bu günə dahilər, şairlər, yazıçılar, müdriklər, bir sözlə bütün zəka insanları "O SÖZ"ü axtarır, demək istəyir.
   
   İnsanın yazdıqları, söylədikləri həmişə demək istədiyindən zəif olur.İnsan bir məqalədə, bir kitabda istədiyini, içində olanı deyə bilmədiyinə görə davamlı, ardıcıl olaraq yazır, düşünür.
   
   Tapılmayan "O SÖZ" insanı yenidən yazmağa, düşünməyə vadar edir.İnsan qəlbindəki, beynindəki son sözü, fikri yazır.Qurtardı demək istədiklərimi dedim, yazdım, rahatlayır.Bundan artıq heç nə deyə bilmərəm, yaza bilmərəm.Bu düşüncələrin üstündən bir neçə saniyə keçir.Yenə də "O SÖZ" insanı narahat etməyə başlayır.Hələ mən deyilməmişəm.
   
   "O SÖZ" deyilən, deyilməyən sözlərin, fikirlərin, ideyaların mənbəyidir, ilham pərisidir.
   
   Söz var deyilir, fitnə, fəsad yaradır."O SÖZ" deyilir, fitnəni, fəsadı, pisliyi aradan qaldırır.
   
   Tanrı kitablar göndərdi "O SÖZ"ü demək üçün.Peyğəmbərlər göndərdi "O SÖZ"ü çatdırmaq üçün.Peyğəmbərlər hədislər söylədi "O SÖZ"ü başa salmaq üçün.
   
   Bu dünyanın bir giriş qapısı var.Çıxış qapıları çoxdur.Hərə bir cür çıxır bu dünyadan, içəridən. Bu dünyada hər kəs dediyi "O SÖZ"ə, etdiyi əmələ görə ad alır, ad qoyur, qazanır. Sonra insanlar, sonra tarix yaşadır o adı. Kim "O SÖZ"ü demək istəyir, "O SÖZ"ü yazır, "O SÖZ" saxlayır "O" insanı tarixdə.
   
   Hamı eyni qapıdan girir bu dünyaya. Fərqli qapılardan köçür bu dünyadan. Hamı "O SÖZ"lə yola salınmır, xatırlanmır. Hamı "O SÖZ"ü qazanmır bu dünyada.
   
   "O SÖZ" nə vaxt söylənəcək, "O SÖZ"ü kim söyləyəcək? Bəlkə məşhər günü Mehdi Sahibi Əzzaman gələcək, "O SÖZ"ü söyləyəcək,dünyanı xilas edəcək. "O SÖZ"ü söyləmək üçün məşhəri Mehdi Sahibi Əzzamanı gözləyək, dünyanı xilas etmək üçün.Bəlkə "O SÖZ" hamımızın bir yerdə söyləmək istədiyi "SÖZ"dür? Hamımız bir yerdə, birlikdə "O SÖZ"ü söyləyək.Bəlkə birlikdə dediyimiz "SÖZ" "O SÖZ" oldu xilas etdi dünyanı? Dünya bir yerdə, birlikdə bir "SÖZ" deməlidir, bir "SÖZ" söyləməlidir.İnsanlar eyni anda, vaxtda şərə, pisliyə, ədalətsizliyə, müharibəyə, işğala etiraz etməlidir, yox deməlidir.Bəlkə elə "O SÖZ" "YOX"dur.
   
   Bəlkə kimsə bilir "O SÖZ"ü söyləmir.Kimsə bilir söyləsin, xilas etsin bu dünyanı.Yazıqdır bu dünya, nə qədər gözləmək olar.Nə vaxta qədər gözlətmək olar dünyanı? Nə qədər intizar, həsrət çəkmək olar? Axı "O SÖZ"ü söyləmək sizin missiyanız, demokratiyanın qarantı olan dövlətlər.Dünya dözmür artıq, gözləmir.Görmürsünüz dağılır dünya? Nə vaxta qədər haqqı nahaqqın ayağına verəcəksiniz?
   
   Bəlkə "O SÖZ" bizim məkanda, bizim coğrafiyada batıb.Ona görə hamının gözü bizim torpaqdadır.Bəlkə qorxurlar "O SÖZ"ü biz deyərik deyə, torpaqlarımızı işğal edirlər.Bəlkə ona görə torpaqlarımızın altını üstünə çevirirlər.Bəlkə dünya istəmir "O SÖZ"ü demək, eşitmək.
   
   Biz bəlkə "O SÖZ"ü olduğu yerdə axtarmırıq. BMT, ATƏT deyə bilər O SÖZü ? Hər kəs özünə lazım olanı, öz xeyrinə olan sözləri söyləyir.
   
   Dünyanın gözü istədiyini görür, istəmədiyini görmür.Aldanmayaq dünyaya.Gözümüzü açaq öz gözümüzlə baxaq dünyaya.Bir millətin torpağında neçə dövlət yaradarlar? Sağa, sola, qabağa, arxaya baxaq. Bizim əzəli, tarixi torpaqlarımızda bizim olmayan neçə dövlət yaradıblar və yaratmaq istəyirlər? Yoxdur dünyanın başqa yerində torpaq? Bu haqqı kim verib onlara? Kimdir bunu edənlər? Başqalarının haqqı çatır buna? Bəs bizim haqqımız harda?
   
   Dünyada həqiqətlər deyilən sözlərdə deyil.Dünyanın bir hissəsi çox vaxtı həqiqətləri gizlətmək üçün söz deyir,söyləyir.Dünyanın bir hissəsinə həqiqətlər lazım deyil.Onlara həqiqətsiz yaşamaq daha asandır.Həqiqətlər söylənsə dünya yenidən dağılmalı, yenidən yığılmalıdır.( Son vaxtlar ABŞ Konqresi tərəfindən 2010-cu maliyyə ili üçün Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinə 8 milyon dollar maliyyə vəsaiti ayrılmasına dair qərar qəbul etməsi bir daha dünyanın separatizmin dəstəklənməsini göstərir.)
   
   Dünya kimin əlində (düşüncəsində) daha gözəl Allah? Hansı millətin düşüncəsi gözəl, daha "SƏNƏ" yaxın? Qaytar dünyanı bir daha "Ona" Allah.
   
   Dünya söyləmək istəmir "O SÖZ"ü. Dünya deməyəcək bizim "O SÖZ"ümüzü.Gəlin özümüz deyək, söyləyək. "O SÖZ" bizim öz içimizdədir. Bəlkə "O SÖZ"ü özümüz deyək vaxtında, zamanında.Bəlkə "O SÖZ" əsirlikdədir, işğal altındadır.
   
   "O SÖZ" bizim torpaqda, bizim vətəndə, bizim paytaxtdadır. "O SÖZ"ü ümummilli liderimiz əmanət qoyub gedib bizlərə. O SÖZün yükü, ağırlığı sizin çiyninizdədir cənab Ali Baş Komandan.Kim desə, inanmayacaq "O SÖZ"ə millətimiz, xalqımız. Deyin "O SÖZ"ü, gedək torpaqlarımızı azad edək, xilas edək "O SÖZ"ü. Danışmağa kimsənin qalmasın sözü.
   
   "O SÖZ" vaxtında, zamanında düzgün ifadə olunmalıdır, düzgün deyilməlidir.
   
   Bəlkə dünya istəyir ki, "O SÖZ"ü biz deyək. Biz də bilirik "O SÖZ"ü harada, necə, nə vaxt demək lazımdır. Bəlkə "O SÖZ"ü demədən "O SÖZ"ə əməl edək.
   
   Dünyada nə qədər "SÖZ", ideya var ki, hələ təcrübədən keçməyib, zamanını, vaxtını gözləyir.
   
   Azərbaycanlı olmaq öncə başqalarının haqqını tanımaq sonra öz haqqını tələb etməkdir.Dünyanın "haqqını" tanıdıq, "haqqını" verdik.Haqqımızı tələb etməyin vaxtıdır, haqqımızı almağın zamanıdır.Haqqımızı tələb edək!
   
   Bizi odla, atəşlə, müharibə ilə qorxutmaq olmaz.Biz öncə atəşpərəst olmuşuq.Odun üstündən tullanmışıq,oddan yoğrulmuşuq,oda inanmışıq.
   
   Vuran əl deyil, ürəkdir.Tanrı bizə ürək verib.Düşmən isə başqasının ürəyi, əli ilə bizi vurur.Əliuzunluq edir.Düşmənin bu dəfə əlini kəsmək lazımdır.Bir daha başqasının ürəyinə güvənməsin.
   
   Cənab Prezident bizlər televiziya ekranlarında, çıxışlarınız zamanı sizin bir əlinizi yumulu görürük. Yumruq kimi. Bu, bir olmağın, yumruq kimi olmağın mesajıdır. Cəmiyyətdə çoxluq bir olmağın tərəfindədir.
   
   Cənab Ali Baş Komandan, siz milli ordunun yaranma günü, azadlıq meydanında keçirilən hərbi paratda düşmənə barmaq sirkələmədiniz,yumruq silkələdiniz,yumruq sıxdınız.Düşmən o yumruqdan qorxur.Ürəyin sıxdığı, ürəyə oxşayan yumruqdan.
   
   Tanrı bizi çox böyük yaradıb.Hələ dünya o böyüklükdə deyil, bizi anlaya.Gəlin başa düşməyənləri bir daha başa salaq.
   
   Bu torpağı dəlicəsinə sevənlər çoxdur. "Dəlilər" əmrini gözləyir, Ali Baş Komandan.
   
   Gəlin bir gün dəli olaq,vuraq çayı keçək.Bir gün keçmiş olaq...
   
   Söyləmək mümkün olmayan başqa bir şey də vardır, lakin onu danışmaq üçün həm zaman, həm məkan, həm də dost lazımdır.(Mövlanə)
   
   Millətimizin daha bir "O SÖZ"ə, daha bir "Günə", daha bir "Bayrama" ehtiyacı var...
   
   Tanrı millətimizin alnına yazılanı yaşamağa güc versin. Amin...
   
   Tanrı hər kəsin alnına yazılanı yaşamağa güc versin. Amin...
   
   
   
   P.S. Eyni hadisəni, fikri, sözü fərdlər,şəxslər öz bilikərinin, dünyagörüşlərinin səviyyəsinə uyğun dərk edirlər və şəxsi maraqlarına uyğun mənalandırırlar.
   
   Böyük Mövlanə söyləmişdir: Nə qədər bilirsən bil, söylədiklərin qarşındakının anlaya biləcəyi qədərdir.
   
   
   
   P.S. Yaza-yaza mən də biraz qalxdım ucalığa. Mən ucalıqdan qorxuram. Mənim yerim yerdi elə. Yerdən GÖYDƏKİ daha böyük görsənir. Səni Daha BÖYÜK gördüyüm Yeri mənə çox görmə TANRIM...
   
   
   
   
   
   "Gənc Azərbaycan" Gənclərin Siyasi və Hüquqi Mədəniyyətinin İnkişafına
   
   Yardım İctimai Birliyinin Sədri:
   
   Naxçıvan Muxtar Respublikasının
   
   Bakıdakı Daimi Nümayəndəliyinin Məsləhətçisi:

TƏQVİM / ARXİV