adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
13 Aprel 2015 12:39
31079
AVTOMABİL
A- A+

Bəzi yollarda sürət həddi azaldılıb

Bakıda bəzi yollarda sürət həddi azaldılıb.

Bunu mətbuata aşıqlamasında Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev deyib.

P.Mürsəliyev qeyd edib ki, metereoloji vəziyyətin dəyişməsi, hava şəraitinin pisləşməsi səbəbindən Bakının Böyükşor yol qovşağı - Heydər Əliyev Beynəlxalq Aeroportu - Mərdəkan dairəsi - Bilgəh, eləcə də Zığ dairəsi - Heydər Əliyev Beynəlxalq Aeroportu beton yolda hərəkət sürəti azaldılıb: "Zolaqlar üzrə üzrə sürət həddi 20 km/saat azaldılıb. Belə ki, yollar üzrə sürət həddi müvafiq olaraq 120 km/saat-dan 100-ə, 100km/saat-dan 80-ə, 80km/saatdan 60-a endirilib. Bununla bağlı yollardakı elektron tablolarda da dəyişiklik edilib”.

Onun sözlərinə görə, hava şəraiti normallaşan kimi adıçəkilən yollarda əvvəlki sürət həddi bərpa ediləcək.