adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

ERMƏNiNiN DAYISI - RUS AYISI

OQTAY SALAMOV
23167 | 2010-08-21 04:50
Bu qəzetdə işlədiyim 12 ildə birinci dəfədir həftə sonunda tərcümə yazısı verirəm. Ona cörə yox ki, daha oynaq, daha nikbin materialım yoxdur. Elə təkcə "Xəzər Lənkəran"a gələn xanım menecer haqda yazsam oxucunun da gözü sevinər, "Xəzər Lənkəran"ın azarkeşləri də birə beş çoxalar. Rumıniyadan gələn gözəl futbol menecerinin şəkillərini internetdə gördüm, hayıl-mayıl oldum. Sadəcə bir şəklini təqdim eləyirəm, baxın görək stadiona gələnlər futbola baxacaq, yoxsa...
   
    Amma yazacağım mövzunun vacibliyi imkan vermir. Rusiya prezidenti Dmitri... Yox, deyirəm bəlkə Ronaldinonun oğlunun anasının tapılması haqda yazım. İndiynə kimi görmüşdük ki, uşağın atasını müəyyənləşdirməkdə çətinlik çəkirlər, bu dəfə tərsinə olub. Bundan yazsam daha maraqlı olar. Amma Dmitri...
   
   Bəlkə Maykl Ceksonun valideynlərinin boşanmasından yazım? Oğulları sağ olanda, yaxşı pul gətirəndə elə mehriban idilər ki. İndi Dmirti...
   
   Bu nədi ey, ağzımı açıram, Dmitri Medvedev çıxır, yəqin sözümü danışır... Nə isə, Dmitri Medvedev Ermənistana gedib. Gedib ki, Ermənistan rəsmiləri ilə ikitərəfli danışıqlar aparsın, həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammitində iştirak eləsin. Rəsmi məlumatda belə deyilir. Amma mən rus prezidentinin səfəri öncə Aleksandr Qamovun "Komsomolskaya pravda" qəzetdə dərc olunmuş bir yazısının mətinin tərcümə eləmək qərarına gəlmişəm. Yazıya başlıq kimi tanınmış politoloq Konstantin Zatulinin "Prezident Medvedevin Ermənistana viziti Qafqazdakı gərgin münasibətləri səngitməlidir" cümləsi çıxarılıb.
   
   Adətən istənilən xarici mətbuatdan götürülən mövzunun tam mətnini yox, ondan sitatları, həm də daha vacib məqamları tərcümə edirlər. Xeyrimizə-ziyanımıza danışılmasına baxmayaraq mən məqalənin tam tərcüməsini təqdim etmək istəyirəm. Məqsədim yazını tam oxuyanlara məlum olacaq.
   
    Gümə axşamı, avqustun 19-da Dmitri Medvedev dövlət viziti ilə Ermənistana səfər edəcək, orada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) ölkə başçılarının qeyri-formal görüşlərində iştirak edəcək. RF prezidentinin bu səfərinin Rusiya və Ermənistan, eyni zamanda bütünlükdə Qafqaz regionu üçün nə dərəcədə əhəmiyyətli olması haqda tanınmış politoloq Konstantin Zatulin danışır.
   
   - Sammitin keçirilməsinin özü və Dmitri Medvedevin Yerevana səfəri fövqəladə dərəcədə vaxtında edilib. Çünki Ermənistan və Azərbaycan arasında müşasibətlər son dövrlərdə kifayət qədər təhlükəli xarakter alıb. Bu, Qarabağ münaqişəsinin tənzimlənməməsi və bununla bağlı Azərbaycanın dəfələrlə səsləndirdiyi müharibə ruhlu çoxsaylı bəyanatları ilə bağlı yaranmış gərginlikdir.
   
   Məlum olduğu kimi, Minsk Qrupunun həmsədrləri (Qarabağ münaqişəsinin tənzimləməli qrupa ABŞ, Fransa və Rusiya daxildir) "səkkizlik" ölkələri prezidentlərinin sammitində Dağlıq Qarabağla bağlı xüsusi bəyanat qəbul elədilər. Bəyanatda Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsinin zərurliyi göstərilir və bu vəziyyətin əsasına qoyulacaq prinsipləri sadalayıblar.
   
   Təəssüf ki, tərəflər hələlik məlum şeyləri etiraf eləməkdən uzaqdırlar. Və bu nöqteyi-nəzərdən, Azərbaycan belə addımı atmağa qərar verərsə, münaqişə potensial olaraq istənilən anda əriyə bilər.
   
   Özü özlüyündə Azərbaycan və Ermənistan arasındakı münaqişəli münasibətlər Rusiyanı qətiyyən təmin eləmir. Çünki Rusiyanın həm Ermənistanla, həm də Azərbaycanla müəyyən əlaqələri və qarşılıqlı maraqları var. Əlbəttə bu maraqların sırası və əlaqələrin dərəcəsinə görə Ermənistan əhəmiyyətli dərəcədə yüksəkdədir, çünki biz eyni hərbi-siyasi klubun üzvüyük. Bu klub- Kollektiv Təhlükəsizlik Müqaviləsi üzvlərinin istənilən xarici aqressiyadan təhlükəsizliyin qorumaq vəzifəsini qoyur.
   
   Yerevanda sammiti keçirməklə, bu işarəni anlamaq istəyənlər üçün biz sanki hamıya çatdırmaq istəyirik ki, hərbi əməliyyatların bərpa olunması Rusiya üçün qəti arzulanan deyil və ola bilsin ki,harada olmasıvndan asılı olmayaraq qaynar başlılarolarsa - bununla onları belə perspektivdən xəbərdar edirik.
   
   Səfərin gedişində prezident Medvedev prezident Sarqsyanla birgə memorial qəbiristanlıqda üzün müddət yaddan çıxmış və dağılmış rus döyüşçülərinin bərpa olunacaq abidəsinin açılışını edəcəklər. Bu abidə inişilki əsrin rus-türk müharibəsində Ermənistan torpaqlarında həlak olmuş rus döyüşçülərinə qoyulub. Rus və erməni könüllülərinin vəsaitləri hesabına düzəldilən abidə XIX əsrdə tikildiyi forma əsasında bərpa ediləcək.
   
   Və hərbi baza haqda əsas müqavilənin bağlanması, bu tarixi memorialın açılması faktı sanki Rusiyanın hərbi qüvvələrini və bu narahat regionda öz imkanlarının saxlanmasını nümayiş etdirməkdir. Yoxsa Gürcüstanla münasibətlərdə baş verənlərdən sonra, Qarabağ münaqişəsinin tənzimlənməsi ucbatından biz Qafqazda vəziyyətlə bağlı heç bir narahatlıqları qətiyyən arzulamırıq. Və xüsusən də Ermənistanın - bizim KTMT üzrə müttəfiqimizin, oğul və qızları Rusiya mədəniyyətinə böyük töhfələr verən ölkənin, Rusiyada ən çoxsaylı diasporası, Ermənistandan qıraqda bir eçə milyonluq diasporası olan Ermənistanın- narahatlığını.
   
   Qafqaz ona görə bizim həyatımızda böyük qeyri-mütənasib yer tutur ki, Rusiya üçün tez sınan, tez inciyən nöqtədir, Şimali Qafqazdan danışırıqsa, rusiyadaxili ərazinin narahat regionudur.
   
   Tərcüməçidən: Güman edirəm ki, politlolqun dili ilə Rusiyanın kimi dost, kimi qeyri-dost kimi tanıması və tanıtması növbəti dəfə tam açıqlığı ilə bildirildi. Və Qarabağ münaqişəsinin həll olunmamasının səbəbkarı bizi saydıqlarını da açıq dilə gətirdilər. Münasibətlər də ki, ortadadır. Yəqin düzgün nəticə çıxararıq...

TƏQVİM / ARXİV