MEHRABI GÖYLƏR OLAN…

ƏBÜLFƏT MƏDƏTOĞLU
108150 | 2015-04-10 17:57

 İndi təbiətin elə birçağıdır ki, insanın əhvalında müəyyən gəzişmələrin baş verməsi təbii sayılır.Necə deyərlər, qan qaynayır və ətrafdakı hər bir hadisə özü ilə birlikdə müxtəlifdalğaları da, təsirləri də insana yönəldir. Bir də baxıb görürsən ki, bir ucdan"dolub boşalan", bir yandan "açılıb-solan" dünyanın gözəlliklərivə adamları bir-birinə qarışıb. Ona görə ki, qışın şaxtasından sivrilib çıxanbu həyat oyanışını büruzə verir… Təbii ki, oyanış da mütləq bir silkələnmə, birtərpəniş nüanslarını göstərmək zorunda qalır. Bax, həmin o anda, yəni qanınisindiyini, tumurcuqların çırtladığını, quşların səs-səsə verdiyini seyr edə-edə,dinləyə-dinləyə köklənmək, xəyala dalmaq təbii ki, suyun öz axarıyla baş alıbgetməsi kimi bir gerçəklikdir, bir rahatlıqdır…

Bəli, məhz yazın buçağında təbiətin şıltaqlığı, havanın haldan-hala düşməsi, üstəlik də bəzən əttökən,bəzən insanı özündən çıxaran, bəzən də ürəkdən gülməyə, az qala qəşş etməyə səbəbolan hadisələr, səbəblər öz çalarlarıyla mənim də ovqatımı sarı simdə kökləyir.Zarafat deyil, günün  ən gülməli və ən əttökənxəbəri, yəni ərlərin arvadlarının yemək barəsində söylənilən fətva dünyanın yabarmağa dolandırılmasıdı, ya da yerin öz oxundan çıxması… Amma hər nədisə buinsan düşüncəsi, insan əxlaqıdı. Mən də həmin o düşüncənin, o əxlaqın son günlərmediada, çayxanada, nə bilim marşrutda və hər yerdə insanları bir nöqtəyə dəvətetdiyini müşahidə edə-edə ağlımdan keçirirəm ki, görəsən müəyyən bir formada Qarabağlabağlı fətva veriləsydi bu qədər qızğın müzakirələrə səbəb ola bilərdimi?Açığını deyim ki, heç inanmıram. Amma hər halda Qarabağla bağlı hansısa bir fətvanınverilməsinə yaman ehtiyac var!..

Yazını hardan başlayıbhara gəlib çıxdım - onu düşünə-düşünə mətləb üstə qayıtmaq istəyirəm. O mətləbinki, onun arxasında, daha doğrusu onun mayasında təkcə hiss, həyəcan, duyğudeyil, həm də gerçəklik dayanır. Gerçəklik isə həmişə haqlı və qalibdi. Mən  zaman-zaman düşünüb sonda birmənalı şəkildəinandım ki, Allah insanın qəlbinə nəyi və necə əkirsə, o da məhz həmin formadacücərir, göyərir. Ancaq ətrafdakılar, olan həmlələr, hətta bilərəkdən və yaxudda təsadüfdən yönəltmələr bu göyərəni ya vaxtından tez soldurur, ya da onuqol-budaqlı edir. Məhz bu prizmadan baxanda tam anlayıram ki, ürək təkcə birparça ət deyil. O həm də insanın, onun yaşadığı cəmiyyətin, onun ailəsinin vəümumiyyətlə bütövlükdə insanlığın bütün yükünü çəkməyə gücü, dözümü, qüdrətiyetən bir varlıqdı, bir canlıdı, bir bütövlük deməkdir. Ola bilsin ki, mən ürəyinnə olduğunu bütünlüklə ifadə edə bilmədim. Hər halda  az-çox anlada bildiyimə şübhə etmirəm.Düşünürəm ki, elə mənim də, sənin də, elə bizim hamımızın da sığındığı,tapındığı, məni də, səni də, elə bizi də yaşadan, özü ilə mənzil başına aparanməhz ürəkdi. Deməli, hər şey üçün Allahdan sonra ürəyə minnətdar olmaq gərəkdi.Və…

 

Mən

bugünə qədər

nə yaşadımsa

hər anım üçün

sənə borculyam…

Sən

bu  dünyada

nə yaşadınsa

hər anın üçün

Tanırya minnətdarsan…

Mən

həyatımın

hər anını

canım,

səndə tapdım

sən

həyatının

hər anını

və onun mənasını -

Tanrıda!

Deməli,

mən səni sevəndə

sən mənim

həyatım,

hər anım,

canım olanda -

Tanrını da sevmişəm.

Amma

sən

Tanrıdan başqa

kimi sevmisən?!

mən onu bilməmişəm…

 

*** 

Bütün

 xoşbəxtliklər nisbidi. Elə bütün bədbəxtliklərdə. Bu nə aforizmdi, nə də yeni bir fikir. Bunu min illərdi deyirlər və mən dəhəmin o deyilən, eləcə də həyatda təsdiqini tapan fikrin əlindən tutub illərdiki, yol gəlirəm. Özü də yolboyu həmişə düşünmüşəm, götür-qoy etmişəm. Anlamağavə anlatmağa çalışmışam ki, mənim də xoşbəxtliyim olub - uşaqlığımda, kəndimdə,elimdə, obamda… Mənim də bədbəxtliyim olub - uşaqlığımın izləri yananda, elimdə,obamda, kəndimdə qaçqınlıq, didərginlik, ağrı-acı, şəhidlik hakim olanda. Yənibu millətin bir qaçqın sıra nəfərinə çevriləndə… Mənim də xoşbəxtliyim olub -bir gecəqonluya sığınıb, ailə-uşağı başıma yığıb baba olanda… kitablarım,yazılarım işıq üzü görəndə… Mənim də bədbəxtliyim olub - yurddan uzaq yerlərdədüynasını dəyişən doğmaları dəfn etmək üçün məzarlıq axtaranda, ağrılarlavuruşanda, ən əsası isə uzaqdan görüb, gedə bilmədiyim kəndimə həsrət-həsrətbaxanda…

Deməli, xoşbəxtliklə bədbəxtliyinyanaşı dayandığını mənim timsalımda görə bildiniz. Bax elə həmin o gördüyünüznöqtədə dayanıb mən də hər kəsə baxıram və özümə inandığım kimi inanıram ki,bütün həyatını xoşbəxt və yaxud bədbəxt yaşamış və yaxud da yaşayan bir Allah bəndəsinikimsə mənə göstərə bilməz. Və inanın ki, hətta ağlımdan gəlib keçir ki, heç mələklərdə bütünlüklə xoşbəxt deyil. Çünki onlar göy üzündən, Tanrının yanından yerə,adamların arasına hər dəqiqə gələ bilmirlər. Onların da bir növü proqramlaşmışhəyatları var. Deməli, bütün azadlıqlar da sən demə nisbidi. Təkcə nisbiolmayan etiraf edək ki, böyük Füzulinin də göylərə qaldırdığı və göylərinmehrabı adlandırdığı eşqdi, sevgidi. Çox şükür ki, həmin o göylərin mehrabı dainsan ürəyinin, insan ağlının, insan duyğularının həm məhsuludu, həm də ifadəsi.Ona görə də dünyanı xilas edən gözəlliyin də şah damarı sevgi sayılır. Çünkigözəlliyə sevgi ilə baxmasan ondan ləzzət ala bilməzsən, hətta onu heç görməzsəndə!..

Hə, yazın bu çağında,ruhumuzun qanadlı, duyğularımızın həsas məqamında xoşbəxtliklə bədbəxtliyimüzakirə etmək, onu hansısa bucaqlar altında gözdən keçirmək bəlkə də  doğru deyil, yalnışlıqdı. Amma etiraf edimki, mən son vaxtlar içimdə bu dünyaya, onun adamlarına, onun daşına, torpağına,suyuna, ağacına, bir sözlə, bütün mövcud olanlara bir az başqa cür, yəni həsrətlə,acgözlüklə, lap elə son dəfə baxırmış kimi baxmağa başlamışam. Bunun müəyyən səbəbləriözümə bəllidi. Amma anlaya bilmədiyim bir şey var. Görəsən min il bundan öncəolduğu kimi min il bundan sonra da həmin o göylərin mehrabı öz yerindəqalacaqmı?

Deyəsən, qəliz, dolaşıqsual oldu. Amma nədənsə mən sualın qəlizliyindən yox, onun cavabınınbitkinliyindən, inandırıcı olmasından narahatam. Yəni məni inandıra biləcək bircavabı tapa bilməməkdə əziyyət çəkirəm. Düzdür, köməyimə sözlər. Misralar,kağız-qələm çatır. Və mən də onlara söykənib özümü unuduram. Necə deyərlər,başımı qatıb duyğuları, hissləri yola verirəm. Bu isə bir növü özü özünüaldatmaq kimi bir şeydi. Amma həyatda fərqli nüansların da olduğuna inamsızdeyiləm. Axı fərdlər qədər də inamlar və baxışlar var. Elə bəxtəvərliyə və bədbəxtliyəolan baxışlar, yanaşmalar kimi.

Bu yerdə yadımakönlümün atlanan vaxtı sənə yazdığım misralar düşür. Çünki elə onda sən də, eldəmən də bəxtəvər idik.

 

Yerişi bir nağıldı -

Nağıldı bəxtəvərin!

Təmənnasız aldığı -

Ağıldı bəxtəvərin!

 

Baxmadan sağa, sola

Xoşbəxtliyi,- qol-qola

Addımladığı yola -

Yağırdı bəxtəvərin!

 

Söz gərək, söz yazıla

Bu yer, bu göy qızına…

Allah özü nazına -

Baxırdı bəxtəvərin!..

 

***

Bütün ömrüm boyu heç kimin var-dövlətini, qazancını, yəni pulunusaymamışam… Heç kimin villasının, sarayının, bahalı maşınının, həyat tərzinin həsədiniçəkməmişəm və həmişə də Allahıma dua etmişəm ki, kimin nəyi varsa, sağ canlaistifadə etsin. Amma indi boynuma alım ki, mənim də içimdə bir həsəd hissi var.O hissi ən çox yaz, yay fəsillərindədişimlə sıxıb ürəyimin bir güşəsində əsir saxlayram. İstəmirəm ki, onu kimsəgörsün,duysun. Amma əlimi ürəyimin üstünə qoyub yenə and içirəm ki, bu həsədkiminsə ünvanına, kiminsə qazancına deyil, bu sadəcə mənim bir insan kimiAllahdan gələn haqqımdı… Mən kənd həsədi çəkirəm, həyət-baca həsədi yaşayıram.Elə istəyirəm ki, şənbə-bazar olanda mən də qaçıb gedim kəndimə. Həyətimdə birağac əkim, bir gül budayım, bir lək göyərti səpim… Amma gedən yerim yoxdu… hərdəndostlar bu həsədimi bildiklərindən məni özləriylə kəndlərinə aparırlar və yaxudda kəndi, onun narahat yollarını gözdən salmaq üçün müxtəlif fikirlər səsləndirirlər.Çalışırlar məni o həsəddən uzaqlaşdırsınlar. Lakin mən tam çılpaqlığı ilə hələ  o dostları başa düşə bilmirəm. Anlaya bilmirəmki, onlar niyə kənddən, torpaqdan daha çox asfalta meyl edirlər? Nə görüblər bugöydələndə? Nə tapıblar bu "karopka" evlərdə?

Hə, yəqin ki, bu yazımıoxuyanda həmin o mövzunu təkrar-təkrar müzakirə etdiyim dostlarım hücuma keçəcəklər,təzə arqumentlər qoyacaqlar ortaya. Olsun! Mən öz içimi, yəni ürəyimin həsədinionlardan gizlətməmişəm. Sadəcə, onların bir fikri məndə ümid yeri qoyub. Onlardeyirlər ki, kəndə qocalanda getmək lazımdı ki, əl-ayağa dolaşmayasan. Nə deyirəm,təki ağrısız-acısız, normal bir qocalığın qapısını döyə bilsinlər. Mənoldum-olmadım onda kəndin nə demək olduğunu yaşayıb bilərlər. Və…

Bəli, mən bütün yazıboyu çalışdım ki, bir insanın, xüsusilə bir ruh adamının indiki durumunu,indiki görünən və görünməyən halını bir az diqqətə təqdim eləyim. Yəni bizimgerçək həyatımızın görünən və görüməyən tərəflərini azacıq qabardım. Bilmirəm,bu istəyim çin oldu, yoxsa yox. Şəxsən mən insan əti yemək, xüsusilə fətvasıverilən ətin dadına baxmaq fikrindən çox-çox uzağam. Eyni zamanda həm də mənmehrabı göylər olan eşqin daşıcısıyam. Elə ona görə də bu yazını xoş ovqatla, yənisənə ünvanladığım misralarla bitirmək istəyirəm.

 

Səssizliyin içində

Səssiz qala bilmədim…

Səssizliyin içindən

Səssiz ala bilmədim -

Səni!

 

Sükutun caynağında

Fikrə dala bilmədim…

Sükutun caynağından

Çəkib ala bilmədim -

Səni!

 

İçimdən qaçan özüm

Tənhalığa çəkildim…

Axtaranda gördüm ki,

Ürəyimə əkirdim -

Səni!

 

Hə, bu yazı kimlərin ürəyinəazacıq da olsa sevgi toxumu səpə bildisə, deməli, yazmağa və oxumağa dəyər...

TƏQVİM / ARXİV