ANA SƏHİFƏ / YAZARLAR

YUXU

14364    |   2010-08-14 00:22
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Uzun illərdir ki, nadir hallarda yuxu görürəm. Az qala elə oyanana qədər unudulan qırıq-qırıq qısa yuxular. Çünki mən çox az yatıram, gün ərzində maksimum 3-4 saat. "Nə yatdım ki, nə yuxu gördüm..." misalı kimi çıxmasın, əsl yuxu, yəni röya başqa şeydir, siz də bunu gözəl bilirsiniz.
   
   Eyni yuxunun tamam təkrarı da mümkün olmayan bir şeydir, çox adamdan soruşmuşam. Ancaq mənim ildə 1-2 dəfə gördüyüm qəribə bir yuxu ki var, 30 ilə yaxındır qısametrajlı film kimi təkrarlanır. Hər il beləcə... Oyaq deyilsən ki, "kanalı dəyişib" futbola-filana baxasan, bu, kölgə kimi bir şeydir, nəsə. Kölgə demiş, bu qatmaqarışıqlıqda dost şairin "Kölgən" şeiri yadıma düşdü. O şeirdən bircə bəndi xatırlasam dünya dağılmaz ki...
   
   
   
   Görəsən, bir azca
   
   səni unudub
   
   Birtəhər başımı
   
   qatarammı heç?
   
   Görəsən kölgənin
   
   ucundan tutub
   
   Gəlsəm, gəlsəm
   
   sənə çatarammı heç?
   
   
   
   ... Qətiyyən o fikirdə də deyiləm ki, o yuxuyla bu şeirin müəyyən bir bağlılığı və ya əvəzlənməsi, ötürücülüyü var. Sadəcə mən bu yuxuya hər dəfə eyni ssenaridə və quruluşda və təbii ki, ağ-qara görüntüdə baxmalı oluram. Bunu rəngli yuxuların olmadığını mən də bildiyim üçün demədim.
   
   Bizim ilk gənclik illərimizdə, yəni keçən əsrin yetmişinci illərində universitetin jurnalistika fakültəsi o vaxtkı Yefim Saratov, indiki Nigar Rəfibəyli küçəsində ikimərtəbəli sarı bir binada yerləşirdi. Dərslərimizi isə çox vaxt 150-200 metr aşağı düşüb şərqşünaslıq və hüquq fakültələrinin tələbələriylə birlikdə keçmiş Ali Sovetin binasına bitişik "üçmərtəbəli küncdə" keçirdik. Burada hər yer darısqal idi, Əminənin bufeti də darısqal idi, dap darısqal idi. Ancaq çox qəribədir ki, bu darısqal bufet 3 fakültənin tələbələrini və müəyyən qism müəllimlərini yola verirdi. Hər üç fakültənin əksər uşaqları bir-birini tanıyır, salamlaşır, ümumi hörmət anlayışları ilə münasibət qururdular. Fərqli düşüncəli və yovuşmazlar da vardı. Ancaq onlar o qədər az idi ki, heç diqqəti də cəlb etmirdilər.
   
   ... Mən ağsaqqal, tanınmış müəllimlərimlə yanaşı, nisbətən cavan müəllimlərin, xüsusilə Cahangir Məmmədlinin, Akif Rüstəmovun, Nəsir Əhmədlinin... xətrini çox istəyirdim. Bəlkə bu həm də ondan irəli gəlirdi ki, onlar mənə həm də bir böyük qardaş, dost münasibəti də göstərir, lazımi məsləhətlər verirdilər.
   
   
   
   Sonralar, doğma müəllimlərimdən başqa, xatirələri yaşamaq üçün məkan anlayışlı heç nə qalmadı. Hər halda bizim nəsil üçün.
   
   ... Mən əvvəllər həmin o yuxunu görəndə ayılıb 1-2 saat özümə gələ bilmirdim. Gülməyin, sənədlərimi töküşdürüb ali təhsilli jurnalist olmağımı təsdiqləyən diplomumu əlimə götürməyincə özümü hələ yuxudaymış kimi hiss edirdim.
   
   Bu qəribə yuxunun motivi isə belədir. İldə 1 və ya 2 dəfə yuxuda mənə universitetdən, jurnalistika fakültəsinin dekanlığından xəbərdarlıq məktubu gəlir. Təxminən belə bir məzmunda: "Əgər 3 gün ərzində gəlib kəsiriniz olan fənnən imtahan verməsəniz, kursda qalacaqsınız...". Mən də, baxmayaraq elə yuxudaca universiteti çoxdan müvəffəqiyyətlə bitirdiyimi billə-bilə, tələsik fakültəyə gedir, guya kəsirim olan müəllimin adına göndəriş alıb aşağı binadakı keçmiş tarix (?) fakültəsinin yarımqaranlıq otaqlarının birində bilet çəkirəm. Müəllim yoxdur. Mənsə sualların, olduqca asan sualların cavablarını vərəqlərə yazıb otaqdan çıxıram. Qaranəfəs Yefim Saratovdakı sarı binaya qaçıram. Bina yoxdur. Binanın yerində səliqəsiz boşluq bozarır. Aşağı qaçıram, susuzluqdan dilim-boğazım quruyub. Su köşkünə yaxınlaşıb əlimdəki 5 qəpikliyi gombul arvada uzadıram. Yadıma "Beş qəpiklik motosikl" düşür. Elçinin çoxdan unudulmuş hekayəsi. Siroplu və qazlı su püskürən stəkanı götürüb içə-içə küçənin o vaxtkı "narxoz" və "Baksovet" aralığına tərəf baxıram. 10-15 dəqiqə əvvəl o aralıqdan çıxıb qan-tər içində yuxarı qaçmağımı da unutmuşam. Qarşıdakı səkiylə o tərəf-bu tərəfə addımlayan adamların arasından qıvrım saçları çiyninə tökülən, son modalı enlibalaq şalvar geyinmiş Aqili görürəm. O məni görmür, yoxsa əl yelləyərdi. Sanki ara küçələrlə Yefim Saratovdakı həmin o sarı binanı gəzir çılğın baxışlarıyla. Hər halda bir anlıq mənə belə gəlir. İkinci stəkanı içərkən iki cavan adam - yazıçı Elçin və o vaxtlar komsomolun Mərkəzi Komitəsində məsul vəzifədə işləyən Fəqan Əliyev yavaş addımlarla Aqilin qarşısından keçirlər. Bir də baxanda daha onu dayandığı yerdə görmürəm.
   
   Yuxunun özündə yavaş-yavaş bəzi şeyləri anlayıram.
   
   Sonra oyanıb daha dərindən anlayıram.
   
   Sonra hər il həmin yuxu...
   
   Ancaq bəzən yalnız imtahanla bağlı epizodlar.
   
   İşıqlar söndümü?
   
   Eh, mənim hansısa bir fənn mənasında kəsirim qalmayıb, yoxsa mənə diplom verməzdilər. Ancaq çox güman ki, o illərin ən təmiz, ən şərəfli, ən müqəddəs fakültəsi olan jurnalistika məbədimiz bizlərdən həmişə narahatdır. Bəlkə belə yuxuları təkcə mən görmürəm. Məsələ yuxunun yozumundan gedirsə, mən o gözəl, o müqəddəs fakültəmə, doğma müəllimlərimə, dünyadan köçənlərin ruhuna çox borcluyam, lap çox...
   
   Ancaq indi mən nə edim ki, Vaqif Bayatlı Odər demiş, "Dəlləklər gəzirlər karetalarda..."
   
   Həm də belə baxanda mənim o müqəddəs fakültəyə bu yuxunun özü kimi qeyri-adi nəsə bir borcum qaldığını da hiss edirəm.


YAZARIN ARXİVİ

2017-08-04 : VAMPYRUM
2017-06-16 : DINIŞKA
2017-05-19 : Qarik
2016-06-25 : QARTALI SEVMƏK
2015-09-19 : NOSTALJİ
2015-08-15 : ŞOTA
2015-08-09 : MAFİOZLAR
2015-07-07 : QARTALI SEVMƏK
2014-12-06 : KANYON
2014-08-26 : REGİON
2014-08-23 : REGİON
2014-08-09 : DAHİ
2014-08-02 : QARTALI SEVMƏK
2014-05-31 : SPARTAKiada
2014-03-20 : Novruz küləyi
2014-03-15 : ŞARJ
2014-02-15 : SVOBODA!
2014-01-11 : MİRAJ
2014-01-09 : KARDELEN
2013-09-18 : NEOVENDETTA?
2013-09-14 : I I I İSGƏNDƏR
2013-09-07 : XORA
2013-08-24 : TATUİRİZM?
2013-08-03 : SFİNKS
2013-07-27 : PSİTTAKİFORMES
2013-04-02 : SÖZÜN ŞƏKLİ
2012-10-20 : YUXU
2012-10-18 : STADİON
2012-08-25 : ALDIRMA, KÖNÜL!
2012-08-23 : PİS ADAM YOLDA
2012-05-01 : MAY GÜNÜ
2012-03-03 : VAMPYRUM
2011-08-13 : İki Koşevoy
2011-04-30 : VENDETTA?
2011-03-16 : SADƏCƏ...
2010-10-02 : ATA QATİLLƏRİ
2010-08-14 : YUXU
2010-07-17 : ALDIRMA, KÖNÜL!
2010-06-12 : VAMPYRUM
2010-05-01 : MAY GÜNÜ
2010-04-24 : MONOLOQ
2010-04-03 : SPARTAKiada
2010-02-20 : DERBİ
2009-12-19 : ÇƏTİN SÖHBƏT
2009-10-31 : İMLA QONAQLIĞI
2009-10-10 : SEZARIN QAYITMASI
SON XƏBƏRLƏR
2018-01-19
2018-01-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (73.33%)
Yox (26.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mollaya xəbər verirlər ki, qayınanasını su aparıb. Molla gəlib girir çaya, başlayır su yuxarı axtara-axtara getməyə. Görənlər soruşurlar ki:
- Ay Molla, bu necə axtarmaqdı? Cənazə su axan tərəfə gedər, ya yuxarı dırmaşar?
Molla deyir:
- Siz onu tanımırsınız. O, elə bir tərs adam idi ki, hökmən yuxarı gedib. Sizin işiniz olmasın, mən bu saat onu tapacağam.




digər lətifələr
ARXİV
FACEBOOK