adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
07 Aprel 2015 18:08
30874
AVTOMABİL
A- A+

Dövlət Komitəsi su qiymətinə maşınlar satır

Əmlak Məsələləri üzrə Dövlət Komitəsi mayın 5-də hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısını açıqlayıb.

Komitənin məlumatına görə, 2006-ci il istehsalı olan "Toyota Corolla” 3306 manata (start qiyməti) satışa çıxarılır. 1996-cı il istehsalı olan "VAZ-2106” 416 manata (start qiyməti) alıcılara təklif olunur. Bundan başqa, start qiyməti 480 manat olan 1997-ci il istehsalı olan "QAZ-3102” də hərracda yer alır.

1998-ci il istehsalı olan "Daewoo Leganza” start qiyməti 800 manat olmaqla hərracda yer alacaq.

Qeyd edək ki, hərracda "Honda Accord”, "Chevrolet Niva” avtomobilləri də var.

Belə ki, hərracda start qiyməti 2273 manat olan 2003-cü il istehsalı olan "Honda Accord” və 2005-ci il istehsalı olan "Chevrolet Niva” start qiyməti 2338 manat olmaqla satışa çıxarılıb.

Məlumat üçün bildirək ki, Bakının avtomobil bazarında 2007-ci il istehsalı olan "Toyota Corolla” 15 500 dollara, 1997-ci il istehsalı 6000 dollara, 2002-ci il istehsalı olan "Honda Accord” 11 500 dollara, 2005-ci il istehsalı olan "Chevrolet Niva” isə 5700 dollara alıcılara təklif olunur.