ANA SƏHİFƏ / YAZARLAR

ALDIRMA, KÖNÜL!

14063    |   2010-07-17 05:57
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Son vaxtlar qəzetlərin sonuncu səhifələrində faydalı məsləhətlərə daha çox diqqət yetirilməsi yaxşı haldır. Xüsusilə sağlam həyat tərzinin formalaşması üçün qidalanmanın və hərəkətliliyin ən optimal sistemləri təbliğ olunur. Qəzet maarifçiliyi insanları daim cəlb edən məsələdir. Daha buna lazımınca əməl olunub-olunmaması fərdi yanaşma subyektidir.
   
   Lap yaxın vaxtlara qədər eyni ritmlə piyada yeriməyin, bir növ idman yerişının, yüngül qaçışların faydalılığından, ürək-damar xəstəlikləri ilə mübarizədə bütün bunların əhəmiyyətindən bəhs edilirdi. Məlum səbəbə görə, mən tələblərə gündəlik əməl etmək məcburiyyətindəyəm və əməl edirəm də. Hətta razılaşıram ki, ən sağlam adamlar üçün də hər gün 4-5 kilometr piyada yerimək olduqca faydalıdır.
   
   İndi qəzetlər bunun qeyri-adi, az vaxt aparan və əziyyətsiz, nəinki əziyyətsiz, hətta ləziz formasını, çarəsini təbliğ edirlər. Amerika mətbuatının yazdığına və bizim də qəzetlərin təkrarladığına görə "Qaçmaqdansa, öpüşmək yaxşıdır". Heç demə hərəsi minimum 20 saniyə olmaqla, ən azı 3 dəfə öpüşməyin xeyiri daha çoxdur. Ehtiraslı (!) öpüş nəbz döyüntüsünü dəqiqədə 150-dək artırır. Nəticədə qan dövriyyəsi sürətlənir... Öpüşmək əlavə fiziki yük olmadan (yəni 4-5 km yerimədən, 1-2 km qaçmadan) artıq çəkini atmağa da kömək edir.
   
   Bu ehtiraslı və uzun öpüşlə 1 kilometr məsafəni qaçmaq insan orqanizminin eyni həcmdə kalori atmasına səbəb olur və sair və ilaxır.
   
   Oxucularımın hamısından dönə-dönə üzr istəyirəm. Hər istəyənin öpüşmək şansı varmı? Özü də ehtirasla, yəni şəhvətlə... Öpüşməyə daha çox meyilli olan yaş qruplarının sağlamlıq problemləri olurmu?
   
   Tələbə vaxtı əlimə Moskva çaplı qalın bir kitab düşmüşdü. Yoqların həyatından, minillik ənənələrindən, möcüzələrindən, təlimlərindən bəhs edirdi. Yoqların yalın ayaqla qızarmış köz üstə rəqs etməsini, mədə-bağırsaqlarını, digər daxili orqanlarını hərəkətə gətirməsini, uzun məsafəyə sürətlə qaçmağın sirrini canavarlardan öyrənməsini, ürək döyüntülərini idarə etmələrini, artırıb-azaltmaqlarını, bədənlərində şişlə deşiklər açıb qan çıxmağa qoymamasını, ilan çalarkən ölməməsini, əksinə ilanın "zəhərlənməsini", uzaq məsafə qət edərkən yorulanda tez kürəyi üstə uzanaraq 15 saniyə (!!!) dərin yuxuya gedib, hətta xoş təəssüratlı yuxu görüb ayıldıqdan sonra gümrah şəkildə yoluna davam etməsini... oxuyub heyrətə gəlirdim. İnanmadıqlarım da olurdu. Sonralar Moskva televiziyasındakı canlı verilişlərə baxarkən yoqların adi insanlardan seçilən xüsusiyyətlərinə əminlik yarandı. Ancaq bu indiki halda tamam başqa məsələdir. Yoqlar ona görə bizlərdən fərqlənir ki, onların minillərlə formalaşan möcüzəli təmrinləri olub və onlar məhz özlərindən başqa heç kəsin tam daxil ola bilmədiyi yoqlar olaraq qalıblar.
   
   Onlar məhz bu xüsusiyyətlərinə görə təsadüfi ölümlər olmasa, 85-90 ilə yaxın sağlam və hərəkətli ömür sürürlər.
   
   Yoqları mənə xatırladan o 20 saniyəlik öpüşlər, nəbzi 150 vurğuya çatdıran şəhvət anlarının assosiasiyası oldu. Həm də...
   
   Mən bir ildən artıqdır ki, Bakıda, rayonda, hətta iş yerimdə - nəşriyyatın altıncı mərtəbəsinin uzun dəhlizində imkan tapan kimi yeriməyimlə məşğul oluram. Həkimlərimə inanıram, onlar da daha çox piyada gəzirlər. Bakıda evin qarşısındakı 500 metrlik məsafədə, rayonlardasa stadionlardakı qaçış cığırlarında yeriyirəm. Harda olsam tanış insanlar, tanış simalarla qarşılaşıram. İşimlə bağlı mənə hər yerdə güzəşt edirlər. Soruşmurlar ki, bəs neçə gündür hardasan, görünmürsən. Çoxumuz ürək xəstəsiyik, bir-birimizi qoruyuruq, arxa dururuq. Bəzilərimiz də artıq çəki atmaqla və ya eləcə də sağlamlıq, formada qalmaq eşqiylə stadiona gəlirik.
   
   Bizlər hər yerdə - həyətimizdə, stadionlarda, bağlarda lap çoxalmışdıq. O qədər çoxalmışdıq ki, eləcə üzdən, yeriş-duruşdan, fərqli idman geyimlərindən tanıyırdıq bir-birimizi. İndi gündən-günə azalırıq, sıralarımız seyrəlir yamanca. Bəzən təşvişə düşüb soraqlayırıq, çoxumuz xəstə adamlarıq, Allah eləməmiş birdən...
   
   Ancaq məsələ belə deyilmiş. Seyrəlmənin səbəbi başqaymış. Qəzetlərdəki daha effektiv məsləhətlərin təsirindənmiş 3-5 nəfərə qədər azalmağımız. Belə gedirsə deyəsən meydanda tək qalacağam. Bir yandan da "ulu mentallar" məni möhkəmcə silkələyir, zəif damarımdan tutub buraxmaq istəmir. Başını piyləyib yolundan azdırsalar, qanım getdi! Odeyy, o gün qonşuluqda qırğın-qiyamət idi. Arvad kişinin yaxasından yapışıb qışqırırdı: "Bəs hər gün krassovka geyinib idmana gedirsən deyirdin, bəs ürəyim, damarım xəstədir deyirdin, bəs həkimlər sənə ancaq dieta, ancaq idman elə tapşırıblar deyirdin...
   
   ...Üzündəki, boynundakı arvad boyası hardandı? Yoxsa bunu da həkimlər deyib hə?.. Bəs mənə çatanda "olmaz, olmaz..." deyirdin, allergiyam var, deyirdin, mənim dərdim böyükdü deyirdin, bədbəxt adamam deyirdin, məhəbbət şeirləri yazmağıma baxma, elə-belə uydururam deyirdin..."


YAZARIN ARXİVİ

2017-08-04 : VAMPYRUM
2017-06-16 : DINIŞKA
2017-05-19 : Qarik
2016-06-25 : QARTALI SEVMƏK
2015-09-19 : NOSTALJİ
2015-08-15 : ŞOTA
2015-08-09 : MAFİOZLAR
2015-07-07 : QARTALI SEVMƏK
2014-12-06 : KANYON
2014-08-26 : REGİON
2014-08-23 : REGİON
2014-08-09 : DAHİ
2014-08-02 : QARTALI SEVMƏK
2014-05-31 : SPARTAKiada
2014-03-20 : Novruz küləyi
2014-03-15 : ŞARJ
2014-02-15 : SVOBODA!
2014-01-11 : MİRAJ
2014-01-09 : KARDELEN
2013-09-18 : NEOVENDETTA?
2013-09-14 : I I I İSGƏNDƏR
2013-09-07 : XORA
2013-08-24 : TATUİRİZM?
2013-08-03 : SFİNKS
2013-07-27 : PSİTTAKİFORMES
2013-04-02 : SÖZÜN ŞƏKLİ
2012-10-20 : YUXU
2012-10-18 : STADİON
2012-08-25 : ALDIRMA, KÖNÜL!
2012-08-23 : PİS ADAM YOLDA
2012-05-01 : MAY GÜNÜ
2012-03-03 : VAMPYRUM
2011-08-13 : İki Koşevoy
2011-04-30 : VENDETTA?
2011-03-16 : SADƏCƏ...
2010-10-02 : ATA QATİLLƏRİ
2010-08-14 : YUXU
2010-07-17 : ALDIRMA, KÖNÜL!
2010-06-12 : VAMPYRUM
2010-05-01 : MAY GÜNÜ
2010-04-24 : MONOLOQ
2010-04-03 : SPARTAKiada
2010-02-20 : DERBİ
2009-12-19 : ÇƏTİN SÖHBƏT
2009-10-31 : İMLA QONAQLIĞI
2009-10-10 : SEZARIN QAYITMASI
SON XƏBƏRLƏR
2018-01-19
2018-01-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (73.33%)
Yox (26.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mollaya xəbər verirlər ki, qayınanasını su aparıb. Molla gəlib girir çaya, başlayır su yuxarı axtara-axtara getməyə. Görənlər soruşurlar ki:
- Ay Molla, bu necə axtarmaqdı? Cənazə su axan tərəfə gedər, ya yuxarı dırmaşar?
Molla deyir:
- Siz onu tanımırsınız. O, elə bir tərs adam idi ki, hökmən yuxarı gedib. Sizin işiniz olmasın, mən bu saat onu tapacağam.




digər lətifələr
ARXİV
FACEBOOK