adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

QALX,SƏLAHƏDDiN, BiZ YENƏ GƏLDiK!

ORXAN ARAS
16524 | 2010-07-10 00:32

   
   1917-ci ilin dekabr ayı. Birinci Dünya Savaşı bütün şiddətiylə davam etməkdədir. Osmanlı İmperatorluğu tam dörd cəbhədə savaşmaqdadır. Fələstin cəbhəsində ingilislərlə savaşan Osmanlı ordusu böyük itkilər verməkdədir. Həmin ilin mart ayında özündən qat-qat zəif olan Osmanlı ordusu qarşısında məğlubiyyətə uğrayan ingilis generalı Edmund Henri Hinman Allenbi bu dəfə çox diqqətlidir. Türk əsgərinin qəhrəmanlığını yaxından öyrənmiş və hərbi istehkamla Osmanlı ordusunu ağır ağır gerilətməyə başlamışdır. İttihad və Tərəqqi liderləri xəyal qururlar, amma bu soyuqqanlı britaniyalı genaral çox gerçəkçidir.
   
   General Allenbi bəsit bir əsgər deyildir; Sandhurstdakı məşhur Kral Əsgəri Məktəbində dərs görmüş, Inniskilling Dragoons adlı xüsusi süvari birliyinə qatılaraq Bechuanalandda savaşıb savaş təcrübəsini artırmışdır. İngilislər zavallı afrikalı boerləri əzərkən, gələcəyin məşhur generalı Allenbi də o savaşlarda əldə etdiyi təcrübələrdən bolluca istifadə etmişdir.
   
   Dekabrın doqquzunda məharətlə istifadə etdiyi taktikalar ve texniki üstünlüklə bir neçə ay öncə məğlub olduğu Osmanlı ordusu üzərində qələbə çalar. Bu məğlubiyyət müqəddəs Qüds şəhərinin əldən çıxmasına da səbəb olar. Düz 730 il sonra Qüds xristiyanların əlinə keçər. Qüdsün əldən çıxmasını mərhum Məhmət Akif Ərsoy Vyanada öyrənmiş və orada şəhər içində bizim müttəfiqimiz olan almanların, düşməni ingilislərin bu zəfərinə necə sevindiklərini yaxından görmüş və böyük acı duymuşdur. Akif dostlarına bu olayı söylərkən, sevinc içində küçələrə axışan, bizim məğlubiyyətimizi məşəl yürüyüşü ilə bayram edən müttəfiqimiz və dostumuz almanlara olan isti duyğularının da necə birdən birə yox olub getdiyini açıqlayar. Çünki Akifin alman dostluğunu vəsf edən şeirləri də vardır.
   
   General Allenbi xristianlar tərəfindən "Qüds Fatihi" ləqəbinə layiq görülmüşdür . Həm də haqlı olaraq özünü 1192-ci ilin oktyabrında Səlahəddin Əyyübinin önündə darmadağın olan ingilis kralı I Riçardın (Aslan Ürəkli Riçard) intiqamını almış kimi görməkdədir. Haqlıdır da. Çünki artıq İslam dünyasının bir Səlahhədin Əyyubisi yoxdur.
   
   Məğrur britaniyalı general 11 dekabr 1917-ci ildə Səlahəddin Əyyubinin məzarını ziyarətə gedər və bir ayağını məzarın üzərinə qoyaraq belə deyər:
   
   "Qalx, Səlahəddin, biz yenə gəldik!"
   
   Təəssüf ki, o dönəmdə sadəcə Səlahəddin deyil, İslam dünyası da ölü vəziyyətdədir və ayağa qalxacaq halı yoxdur. Əgər Səlahəddinin varisləri o halda olmasaydılar bu ərköyün "vikont" Hitdin savaşında olduğu kimi həddini bildirərdilər və o da ataları kimi canını qurtarmaq üçün İngiltərəyə doğru yelkən açmış gəmiyə özünü zorla atardı. Ama zaman artıq Səlahəddinin zamanı deyildir. Yüz illərcə qərbi diz çökdürən Osmanlı can verməkdədir.
   
   Britaniyalı genaral Allenbi Qüdsdən sonra Nablusa yönəlir və orada İldırım ordularına başçılığı üzərinə götürmüş alman generalı Liman fon Sandersi, dolayısı ilə Osmanlı ordusunu böyük bir məğlubiyyətə uğradır. Liman fon Sanders istefa edər etməsinə, amma Şam, Humus, Hələb ard-arda ingilislərin əlinə keçər. 30 oktyabr 1918-ci ildə Osmanlı Mondros Sülh anlaşması imzalamaq məcburiyyətində qalar.
   
   1919-cu ilin fevralında ingilis generalı Edmund Allenbiyi bu dəfə İstanbulda görməkdəyiz. İşğal ordularına komandan olaraq bəyaz at üstündə İstanbula girər. Guya Fatih Sultan Məhmədə bu hərəkətiylə bir cavab vermiş olmaqdadır. General, aradan çox keçmədən öldüyü düşünülən Türk millətinin yenidən dirçələrək özünü və işğal qüvvələri əsgərlərinin İstanbuldan qovulacağını xəyal belə etməməkdədir. Amma bir kəs daha haqq Türk millətinin yanındadır və bu həyasız general Türk torpaqlarını tərk edərək Misirə gedər. 1919-cu və 1925-ci illər arasında Osmanlıdan qoparılan Misirin krallıq Komissarı olaraq fəaliyyət göstərər.
   
   Təbii ki indi İsrail torpaqlarını yəhudilərə hədiyyə edən bu cür ingilis dostlar unudulmamışdır. Bu gün Tel- Avivin ana küçəsinin adı Allenby Street adını daşıyarkən , İsrail ilə Ürdün arasındakı Şeria çayı üzərində keçid nöqtəsindəki körpünün adı da Allenbi Körpüsüdür.
   
   Baxın, qərbli əsgəriylə, məmuruyla, tələbəsiylə bu qədər şüurludur və lazım olduğunda yüz illər öncəsinin hesabını sora bilməkdədir.
   
   Bu günlərdə tez-tez adını yenidən duyduğumuz Fələstin, Gəzza, Qüds kimi hələ 100 il öncə Türklərin hakim olduğu torpaqlarda savaşları, acıları öyrənmədən, o acılardan dərin bir tarix şüuru ilə dərs almadan olaylara bəsit gözlə baxmaq yanlış olar.

TƏQVİM / ARXİV