adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
06 Aprel 2015 13:15
27015
AVTOMABİL
A- A+

Şəhər küçələrində qeyri-adi Porsche nümayişi

Aprelin 18-də Çexiyanın paytaxtı Praqada  qeyri-adi tədbir keçiriləcək. Praqanın mərkəzində 100 ədəd Porsche 911 avtomobili dəstə ilə keçəcək. Bu aksiya aprelin 9-da Praqadakı "Arkády Pankrác” ticarət kompleksinin ərazisində açılacaq "Porsche qoynunda” sərgisi çərçivəsində təşkil ediləcək və aprelin 29-dək davam edəcək.

Yüz idman avtomobilinin Praqa boyunca səyahəti aprelin 18-də saat 15:00-da "Arkády Pankrác” ticarət mərkəzinin girəcəyində başlanacaq. Avtomobil dəstəsi Na Pankratsi, Na Strji küçələrindən, daha sonra Podolskaya, Raşinovaya, Resslov, Leqerov, Vilsonov küçələrindən keçərək Vatslav meydanına gələcək, oradan Mezibransk, Sokolovsk və 5 May (5 Kvetna) küçələrindən keçərək ticarət mərkəzinin yanına qayıdacaq. Düz bir saat davam edəcək bu unikal şou saat 16.00-da başa çatacaq.