Onsuz da bu il məmləkətimiz üçün o qədər düşərli olmayıb. Ona görə düşərli olmayıb ki, ölkəmizdə bir-birinin ardınca təbii fəlakətlər, sel, çovğun, leysan yağışlar təsərrüfatları, yaşayış məntəqələrini və ayrı-ayrı kəndləri pis günə qoyub. Yəni, camaatın on illərlə əzab-əziyyətlə və alın təri ilə tikdiyi ev-eşik, əkin sahəsi, mal-qarası suyun altında qalıb. Elə camaatı da yandıran odur ki, onlar bu isti yay günlərində ev-eşkilərindən didərgin düşərək çadır şəhərciklərində və bəziləri isə qohum-əqrəbasının evində yaşayır. Amma camaat yenə inamını və ümidini itirməyib. Onlar fikirləşirlər ki, tezliklə dövlət tərəfindən onlara dəyən maddi ziyan ödəniləcək, ev-eşikləri və həyat-bacaları sel sularından təmizlənəcək, bunun nəticəsində insanlar yenidən öz yurdlarına qayıdacaqlar.
Ancaq heç də hər şey ürəkaçan deyil. Çünki çay kənarında yerləşən kəndləri sel suları həddindən artıq pis günə qoyub. Artıq dövlət səviyyəsində bir çox kəndlərin köçürülməsi ilə bağlı konkret qərar qəbul edilib. Bir daha insanlara dərs olmalıdır ki, çayın kənarında, ümumityyətlə, su hövzələrinin yaxınlığında ev tikmək o qədər də yaxşı nəticə vermir. Çünki bu çay və bu göl günlərin birində həmin yaşayış evlərini su altında qoya bilər. Necə ki, Kür, Araz daşdı və Sarısuyun suyu kəndləri ağzına aldı, bax eləcə də günlərin birində istənilən çay daşa və ətrafdakı kəndləri basa bilər.
Fikrimiz heç də sel sularının insanlara gətirdiyi fəlakəti bir daha qabartmaq deyil. Sadəcə olaraq, onu yada salmaq istəyirik ki, bu il insanların heç bəxti gətirmədi. Yəni yazımızın əvvəlində qeyd elədiyimiz kimi, minlərlə hektar torpaq sahələri sel sularının altında qaldı. Fəlakəti başa düşmək olur. Atalar deyib ki, elnən gələn qada-bəla toy-bayramdır. Amma ataların bu deyimindən də baş aça bilmirəm. Necə yəni, elnən gələn, qada-bala toy-bayramdır?! Heç dərdin də sevinci olarmı? Heç dərddən də insan bir başqasına baxıb təsəlli taparmı? Nə isə...
Keçək əsas mətləbə. Bu il əvvəlki illərə nisbətən heç taxıl da bir o qədər çox olmayacaq. Ən azından ona görə ki, taxıl sahələrinin böyük bir hissəsi də su altında qalıb. Kənd təsərrüfatı naziri İsmət Abasov da bəyan edir ki, bəli, həqiqətən də bu il taxıl ötən ilə nisbətən az olacaq. Və xaricdən minlərlə ton taxıl alacağıq. Nolar, qoy taxıl alaq, amma bu gün taxıl sahələrində kombaynların çatışmazlığı üzündən bir çox fermerlər becərdikləri məhsulu biçə bilmirlər. Üstəlik də havaların qeyri-sabit keçməsi həmin fermerləri olduqca çox narahat eləyir. Bir yandan bu il taxıl az olub, digər yandan da məhsulu becərən adam taxılı vaxtında biçə bilmir. Bəs buna nə ad vermək olar? Axı bu insanlar bütün ümidlərini həmin taxıl məhsullarına bağlayıblar. Həmin taxılı da vaxtında biçə bilməyəndə onlar xeyli məhsul itkisinə yol verirlər. Məhsul itkisi də fermerin balasının çörəyini kəsilməsi deməkdir.
Adamı təəccübləndirən odur ki, hər rayonda "Aqrolizinq"lər fəaliyyət göstərir. Bu "Aqrolizinq"ləri də dövlət hesabına milyonlarla manat dəyərində olan maşın, texnika, traktor və kombayn alıblar. Ancaq əkin-biçin vaxtı gələndə "Aqrolizinq" rəhbərləri kim onların boğazını "yaşlayır", "şirinlik" verir, birinci onların işini aşırırlar. Yəni imkansız adamlar kimisə "görməsə" və "şirinlik" verməsə çətin ki, onun işi həll edilə. Belə də olanda ayrı-ayrı fermerlər istər-istəməz narazılıq eləyirlər. Nə üçün "Aqrolizinq"lər hamıya eyni gözlə baxmır? Kimin əli cibindədi və kim-kimin bığını yağlayır o dəqiqə onun işi düzəlir. Onların "dilini" tapmayan adamların isə işləri dolaşığa düşür, açılmır ki, açılmır. Belə bir çətin vəziyyətdə bir çox taxıl sahələri isə bilərəkdənmi, ya da təsadüfdənmi od-tutub yanır. Bu yaxınlarda bir neçə rayonda taxıl sahələri yanıb. Bunun da əsas səbəbi hansısa maşın və texnikanın bu taxıl sahələrinin yanından keçməsi və ora qığılcım düşməsidir. Yazıq fermer il boyu dişi və dırnağı ilə məhsul yetişdirir, sonra da qalır "Aqrolizinq"in arasında. Bir də gözünü onda açır ki, taxılı biçməyib və günlərin birində onun taxıl sahəsinə od düşüb. Özü də taxıl sahəsinə od düşən adamlar sadə insanlardır. Balam, necə olur hansısa vəzifəli bir insanın min hektarlarla əkdirdiyi taxıl sahəsi yanmır, amma bir kasıb adamın iki hektar taxıl sahəsi bir göz qırpımında od tutub yanır. Bax, bu məsələnin açmasını biz də deyə bilmərik.
Qoy əlaqədar təşkilatlar bu cür qəliz-qəliz məsələləri çözsün və ona bir aydınlıq gətirsin.